III İnnokenti (лат. Innocentius PP. III, dünyəvi adı — Lotario Konti, Senyi qrafı, Lavanyi qrafı, it. Lotario dei Conti di Segni; 22 fevral 1160 və ya 1161, Qavinyano[d], Papa dövləti[1]16 iyul 1216[1][2], Peruca, Papa dövləti[3]) — 8 yanvar 1198-ci ildən 16 iyul 1216-cı ilədək Roma papası.

III İnnokenti
lat. Innocentius PP. III
Doğum tarixi 22 fevral 1160 və ya 1161
Doğum yeri
Vəfat tarixi 16 iyul 1216[1][2]
Vəfat yeri
Təhsili
Fəaliyyəti Roma katolik kilsəsinin papası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İlk illər

redaktə

Lotario təxminən 1161-ci ildə İtaliyada Ananyi yaxınlığında yerləşən Qavinyanoda anadan olmuşdur. Onun atası Trazimondo qrafı, Romaya 9 papa (o cümlədən IX Qriqori, IV Aleksandr, XIII İnnokenti) bəxş edən tanınmış Konti evinin üzvü idi. Lotario papa III Klimentin qohumu idi. Onun anası Klarisiya Skotti də tanınmış Roma ailələrindən birində anadan olmuşdur.[4].

Lotario ibtidai təhsilini Romada, ehtimallara görə müqəddəs Andrey benedikt abbatlığında almışdır.[5]. O, Paris universitetində ilahiyyatı, Boloniya universitetində hüququ öyrənmişdir.[6]. Papa III Aleksandrın ölümündən (30 avqust 1181) dərhal sonra Lotario Romaya qayıtmış və papa III Lusiyanın, III Urbanın, VIII Qriqorinin və III Klimentin hakimiyyəti dövründə müxtəlif kilsə vəzifələrini tutmuşdur. O, 1190-cı ilin sentyabrında III Kliment tərəfindən kardinal təyin edilmişdir.[7]

Kardinal Lotarionun yazdığı "De Miseria Humanae conditionis"[8] əsərinin 700-dən çox əlyazması bu gün də saxlanmaqdadır.[9].

Papa seçilməsi

redaktə

8 yanvar 1198-ci ildə papa III Selestin vəfat etdi. Ölüm qabağı o, kardinal kollegiyasına Covanni Kolonnanı öz xələfi kimi papa seçilməsini təklif etmişdir, lakin kardinallar bu tövsiyəni həzərə almamış və elə həmin gün Papa taxtına Lotario de Kontini seçmişlər. O, bu vəzifəni könülsüz qəbul etmiş və III İnnokenti adı ilə 37 yaşında 176-cı Roma papası olmuşdur.

Mənbə

redaktə
  • Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p. 16
  • [1] [2] [3] [4] — III İnnokentinin yəhudilər haqqında fərmanları.
  • Sayers, Jane. Innocent III: Leader of Europe, 1198–1216. London, 1994.
  • Moore, John C. Pope Innocent III (1160/61–1216): To Root Up and to Plant. Leiden/Boston: Brill, 2003; Notre Dame IN: U. of N. D. Press, 2009 (pb, lacking illustrations).

İstinadlar

redaktə
  1. 1 2 3 4 autori vari Enciclopedia dei Papi (it.). 2000.
  2. 1 2 BeWeB.
  3. 1 2 Maleczek W., Maleczek W. INNOCENZO III, papa // Dizionario Biografico degli Italiani (it.). 2004. Vol. 62.
  4. Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.16
  5. Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.17
  6. Jane Sayers, 'Innocent III: Leader of Europe 1199–1216' London 1994, p.21
  7. "The Cardinals of the Holy Roman Church — Cardinals of the 12th Century". 2011-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-24.
  8. Innocentius III, Pope, 1160 or …. "Open Library". Open Library. 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-23. John C. Moore, "De Miseria Humanae Conditionis: A Speculum curiae? Catholic Historical Review 67 (1981), 553–564.
  9. "LOTARIO DEI CONTI DEI SEGNI [POPE INNOCENT III], De miseria humanae conditionis [On the Misery of Human Condition] In Latin, manuscript on parchment likely Italy, c. 1250" (PDF). LES ENLUMINURES, LTD. 2006. 17 May 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 13 January 2011.

Xarici keçid

redaktə