Gimnastika
Gimnastika — idmanın populyar növlərindən biridir.
Gimnastikanın aşağıdakı növləri var: İdman gimnastikası, bədii gimnastika, akrobatik gimnastika, tamblinq
İdman gimnastikası
redaktəQadın idman gimnastikası 4 alət üzərində (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, xalça üzərində sərbəst hərəkətlər)[1], kişi idman gimnastikası isə 6 alət üzərində (xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik) hərəkətlərin icra olunduğu bir idman növüdür.[2]
Qadın idman gimnastları güc, ustalıq, artistizm, elastiklik tələb edən tarazlıq, mayallaq aşma, fırlanma və salto elementlərini xüsusi zərifliklə mükəmməl icra edirlər.[1]
Güc, elastiklik, tutma çevikliyi, akrobatik elementlər və alətin bir tərəfindən digər tərəfinə keçmə bacarığı dəfedilməz, başdöndürən çıxış nümayiş etdirməyə imkan yaradır. Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir. Digər gimnastika növləri ilə müqayisədə kişi idman gimnastikası ən çox medal dəstlərinin oynanıldığı bir yarış növüdür.[2]
Bədii gimnastika
redaktəGimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür.
Dünya miqyaslı yarışlarda alətsiz çıxışlar bir qayda olaraq müşahidə olunmur. Qrup hərəkətləri komandaları isə iki proqram üzrə çıxış edirlər: birincisi - beş eyni alətlə (məsələn: 5 top, beş cüt gürz, 5 halqa) ikincisi isə, iki fərqli alətlərlə (məsələn: halqalar və gürzlər, lent və toplar, ip və toplar).[3]
Akrobatik gimnastika
redaktəAkrobatika gimnastikası musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür.
Yarışlarda gimnastlar 5 proqram üzrə mübarizə aparırlar: qadın, kişi və qarışıq (1 qadın və 1 kişi) cütlüklər, qadın (3 nəfər) və kişi (4 nəfər) qrupları. Mötəbər turnirlərdə cütlük və ya qruplar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirirlər. Bütün çıxışlar ölçüsü 12x12 m olan və əlavə 1 m məhdudlaşdırıcı təhlükəsizlik xətti ilə əhatə olunmuş elastik gimnastika xalçasında yerinə yetirilir.[4]
Tamblinq
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Qadın idman gimnastikası". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ 1 2 "Kişi idman gimnastikası". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
- ↑ "Bədii gimnastika". agf.az. 2022-07-03 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Gimnastika Federasiyası". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.