Gültəkin Cabbarlı

Gültəkin Əjdər qızı Cabbarlı (9 mart 1929, Bakı15 oktyabr 1996, Bakı) — 1950-ci il fevralın 6-dan Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru, Azərbaycan SSR əməkdar artisti (1990).

Gültəkin Cabbarlı
Gültəkin Əjdər qızı Cabbarlı
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Aydın Qaradağlı
Uşaqları Xanım Qaradağlı, Aygül Qaradağlı, Vüqar Qaradağlı
Fəaliyyəti diktor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1990

Həyatı

redaktə

Gültəkin Cabbarlının Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub. O, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.

1947-ci ildə orta məktəbi bitirib.
1950-ci il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub.
1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub.
1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub.
1990-cı ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülüb.
1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.
 
Gültəkin Cabbarlı efirdə, 1956

Yaradıcılığı

redaktə

Respublikanın əməkdar artisti Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.

Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var. Gültəkin Cabbarlının səsini daha çox Güney Azərbaycan dinləyiciləri yaxşı tanımış, ona "Gültəkin ana" deyərək qəlblərində yer vermişlər. Çünki Gültəkin xanım uzun müddət Cənubi Azərbaycan redaksiyasında çalışaraq hər gün həmvətənlərimizlə təmasda olmuşdur.

Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.[1]

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə