Fallout: New Vegas

Fallout: New Vegas (azərb. Radioaktiv yağıntı: Nyu-Veqas‎) və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6).[4][5][6] Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyumlu olaraq buraxılmışdır. Oyunun hadisələri ABŞ-nin Arizona, Kaliforniya, NevadaYuta ştatlarının bir hissəsini əhatə edən bir regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 3"-ün hadisələrindən 4 il sonra, "Böyük müharibə"dən (ing. The Great War) isə 204 il sonra, yəni 2281-ci ildə baş verir. Buna baxmayaraq, "New Vegas" əvvəlki oyunun birbaşa sikveli deyil.

Fallout: New Vegas
Loqonun şəkli
"Fallout: New Vegas" videooyununun rəsmi afişası
"Fallout: New Vegas" videooyununun rəsmi afişası
Hazırlayanlar Obsidian Entertainment
Yayımlayan Şimali Amerika Böyük Britaniya Bethesda Softworks
Distribüterlər Avropa Avstraliya Bandai Namco Entertainment
Lokalizator
Seriya "Fallout"
Anons tarixi 20 aprel 2009
Buraxılış tarixi
Janrlar Döyüş rol videooyunu
Yaş reytinqləri
  • BBFC: 18
  • PEGI: 18
  • USK: 18
  • CERO: Z
Rejissorlar Coş Soyyer
Prodüserlər
  • Mayki Doulinq
  • Ceyson Feyder
  • Mett Sinqh
  • Tess Treduell
Dizaynerlər Coş Soyyer
Ssenaristlər Con Qonsales
Proqramçılar Frenk Kovalkovski
Rəssamlar Co Sanabria
Bəstəkarlar İnon Zur
Texniki məlumat
Platforma Microsoft Windows[1], PlayStation 3, Xbox 360
Mühərriklər Gamebryo
Oyun rejimi birnəfərli oyun[2]
İnterfeysin dili çoxdilli
Daşıyıcılar DVD (PC üçün), Blu-Ray (PS3Xbox 360 üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
Sistem tələbləri
İdarəetmə klaviaturasiçan
geympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunçu "kuryer" (ing. Courier) adlı bir personajı idarə edir. Kuryer Moxave səhrasından irəliləyərək Nyu-Veqas şəhərinə (indiki Las-Veqas) paket apararkən ona tələ qurulur. Paket oğurlanır və o, güllələnir. Bu insidentdən sağ çıxan kuryer onu öldürməyə cəhd edəni axtarmaq və paketi əldə etmək üçün macəraya çıxır, bir-birləri ilə vuruşan fraksiyalarda özünə dost və düşmən qazanır, özünü Nyu-Veqas şəhəri və Moxave səhrasına kimin nəzarət edəcəyini müəyyənləşdirən bir münaqişənin ortasında tapır.

"New Vegas" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun ssenari, tapşırıq və təkmilləşdirilmiş geympleyini tərifləmiş, mənfi fikirli tənqidçilər isə oyunu buraxılış zamanı mövcud olan texniki problemlərə görə pisləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi. Oyun dünya səviyyəsində təqribən 12 milyon nüsxə satmışdır. Oyun 2011-ci ildə "İlin ən yaxşı rol oyunu" kateqoriyası üzrə "Qızıl Coystik" mükafatı qazanmış, ən yaxşı strategiya oyunu və ən yaxşı hekayə kateqoriyaları üzrə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatına, o cümlədən dramda ən yaxşı köməkçi performans (Felisiya Dey) kateqoriyası üzrə Milli Video Oyun Ticarət Rəyçiləri Akademiyası mükafatına nominasiya olmuşdur.[7][8][9]

Geympley

redaktə

"Fallout 3" videooyununun geympleyinin böyük bir hissəsi "Fallout: New Vegas"da olduğu kimi saxlanılsa da, "Obsidian Entertainment" seriyaya köhnə və yeni xüsusiyyətlər əlavə edərək oyunun geympleyini mövcud elementlər ilə birlikdə daha da təkmilləşdirmişdir. Bəzi yeniliklərə aiddir:

  • Döyüş sistemi təkmilləşdirilmişdir. Volt-Tek Yardımlı Hədəfləmə Sistemidir (V.Y.H.S. və ya ing. Vault-Tec Assisted Targeting System — V.A.T.S) yeni V.Y.H.S.-yə məxsus hücumlarla yenilənmişdir. Oyunun müxtəlif əlbəyaxa döyüş silahları üçün bir neçə yeni öldürmə animasiyaları hazırlanmışdır. Silahların reaksiya və dəqiqliyi təkmilləşdirilmişdir. Oyunçular artıq müəyyən böyükhəcmli silahlar və enerji silahları istisna olmaqla odlu silahlardan arpacıqla nişan ala bilərlər.[10][11][12][13]
  • Oyundakı üçüncü şəxs perspektivi "Fallout 3"-dəkindən daha "çiyin üstü" görünmək üçün yenidən dizayn edilmişdir.
  • Oyunun personaj yaratma hissəsi oyunçunun "Fallout 3"-dəkindən daha az vaxt alması üçün yenidən tərtib edilmişdir. Həmçinin, oyunçular öyrədici seqmentdən yan keçə və dərhal Çöllüyə üz tuta bilərlər. Oyunçu başlama nöqtəsi olan Qudsprinqsin (ing. Goodsprings) sərhədlərindən keçərkən oyunçu personaja dəyişikliklər edə bilər.
  • Oyunçu personajın inkişafında daha çox seçim yaratmaq üçün oyuna daha çox üstünlük əlavə edilmişdir.
  • Üstünlük sisteminin özü də dəyişdirilmişdir. Əvvəlki oyunlarda oyunçuya hər dəfə yeni səviyyəyə çatanda yeni üstünlük seçmək imkanı verilirdisə, bu imkan artıq hər iki səviyyədən bir verilir.
  • Oyuna 9 mm-lik tapança, təkmərmili qırma tüfəng, barıt partlayıcıları, dinamitlər, iztanıyan karabin və qumbaraatan kimi yeni silahlar əlavə olunmuşdur. Hər silah oyunda müəyyən və taktiki bir rol oyanır.[13]
  • "Böyük silahlar" və "Kiçik silahlar" bacarığı "Silahlar" adı altında birləşdirilmişdir.
  • Oyuna "Sağ qalma" adlı yeni bir bacarıq təqdim edilmişdir. Bu bacarıq oyunçunun sağlamlığının qida və içkilər ilə nə dərəcədə bərpa etməsinə təsir göstərir. Həmçinin, bacarıqların dialoq seçimlərinə daha böyük təsiri var. Dialoq seçiminin uğurlu olub olmayacağı əvvəlcədən göstərilir və tamamilə bacarıq səviyyəsindən asılıdır.[12] Oyunçuların bacarıqları Moxave çöllüyü boyunca tapıla və ya satıcılardan alına bilən bacarıq jurnalları vasitəsilə məhdud vaxta gücləndirilə bilər. Bu jurnalların effektləri müəyyən üstünlüklər ilə təkmilləşdirilə bilər.
  • Oyunçular qumar oynaya bilərlər. Oyunçular bunu kazinolara daxil olub, oyundakı üç əsas valyuta ilə satın alıb blekcek, slot-maşını və ruletka ilə oynayaraq edə bilərlər. Oyunçular həmçinin, "Karvan" (ing. Caravan) adlı kart oyununu oynaya bilərlər. Bu, oyun üçün xüsusilə tərtib edilmişdir və öz qaydaları var.[14][15]

Kraftinq və modifikasiyalar

redaktə
 
"Fallout 3"-də olduğu kimi, oyunçular şəkildə nümayiş edilən birinci şəxs perspektivindən "New Vegas"da təkmilləşdirilmiş üçüncü şəxs perspektivinə keçid edə bilərlər.

Baxmayaraq ki, "Fallout 3"-də oyunçular əşya kraft edə bilirdilər, bu funksiya sadəcə bir neçə özəl silah ilə məhdudlaşdırılmışdı. Kraftinq sistemi "New Vegas" ilə birlikdə, xüsusi silahlar bir yana, qida, içki, dərmansilah-sursatın yaradılmasına da imkan verərək genişləndirilmişdir. Kraftinq verstaklar, patron tədarükü üçün verstaklar və səyyar tonqallarda edilir. Həmçinin, sistemin tətbiqi üçün müəyyən komponentlər, o cümlədən yetərli bacarıq səviyyəsi tələb olunur. Məsələn üçün, səyyar tonqallarda yemək bişirmək üçün oyunçunun "Sağ qalma" bacarığı yetərli səviyyədə olmalıdır. Bəzi xüsusi əşyaların resept və ya sxeması aşkar olunmayana qədər onları kraft etmək olmur. "Bethesda" şirkətinin "The Elder Scrolls" seriyasında olduğu kimi, yemək bişirmək üçün oyunçular reseptlərdəki müəyyən bitkiləri toplamalıdır.[10]

Kraftinqə əlavə olaraq, oyunçular silahları xüsusi odlu silah modifikasiyaları ilə özəlləşdirə bilərlər. Bu cür modifikasiyalar atış nisbətini və ya maqazinlərin həcmini artıra, eləcə də atışın daha uzaq məsafəni əhatə etməsi üçün silaha teleskopik nişangah əlavə edə bilərlər. Silahların maksimum üç modifikasiyası olur və onlar quraşdırıldıqdan sonra sökülmür. Modifikasiyaları adətən Moxavedən tapmaq və ya satıcılardan almaq lazım olur.[10]

Karma və reputasiya

redaktə

Karma sistemi oyuna yenidən təqdim olunmuşdur, lakin "New Vegas"dakı karma sistemi "Fallout 3"-dəkinə nisbətən daha az effektə malikdir, çünki qeyri-oyunçu personajların (NPC) oyunçuya olan münasibətinə təsir göstərən əsas amil reputasiya sistemidir. Oyunda mövcud olan fraksiyaların çoxluğu istehsalçıların ilk dəfə "Fallout 2"-də istifadə olunan, ancaq daha sonra "Fallout 3"-də tətbiq olunmayan reputasiya sistemini yenidən təqdim etməsinə səbəb olmuşdur.[16] Həmçinin yenidən təqdim edilən karma sistemində olduğu kimi, oyunçunun müəyyən bir fraksiya ilə olan münasibəti onun fraksiya ilə olan əlaqəsi və aldığı qərarlardan asılı olaraq dəyişir. Məsəl üçün, oyunçular hansısa fraksiyaya yardım edirsə, onların həmin fraksiya ilə olan reputasiyası fraksiyanın nəzarət etdiyi hər bir məkanda artır. Əksinə, oyunçular həmin fraksiyaya qarşı bir fraksiya üzvünü öldürmək kimi mənfi hərəkətlər edirsə, bu, onların fraksiya ilə olan reputasiyasının azalmasına səbəb olur. Oyunçunun hər bir fraksiya ilə olan reputasiyası qeyri-oyunçu personajarın ona qarşı olan münasibətinin dəyişməsinə gətirib çıxarır. Müsbət reputasiya bəzi tapşırıqları daha da asanlaşdırır, fraksiyaya tabe olan satıcıların endirim etməsinə və fraksiya üzvlərinin oyunçuya hədiyyələr verməsinə səbəb olur. Əksinə, mənfi reputasiya fraksiyanın oyunçuya kömək etməkdən imtina etməsinə və fraksiya üzvlərinin onu gördüyü yerdə öldürməyə cəhd göstərməsinə, o cümlədən onun arxasınca sui-qəsdçilər göndərməsinə gətirib çıxarır.[17]

Yoldaşlar

redaktə

"New Vegas" videooyunundakı yoldaşlıq sistemi "Fallout 3"-ündəkindən daha ətraflı hazırlanmışdır. Təqdim edilən yoldaş çarxı vasitəsilə oyunçular yoldaşlarının davranış və hücum tərzi kimi döyüş taktikasına aid xüsusiyyətləri dəyişdirə, o cümlədən onları azad edə, onların yaralarını sağalda, inventarlarına dəyişiklik edə və onlarla danışa bilərlər. Oyunçular eyni vaxt iki yoldaş ilə gəzə bilərlər. Onlardan biri humanoid, digəri isə qeyri-humanoid olmalıdır. Yoldaşları oyunçulara xüsusi bacarıq və ya üstünlük təqdim edirlər. Həmçinin, onlara xas xüsusi tapşırıqların yerinə yetirilməsi ilə onları təkmilləşdirmək də mümkündür. Oyunçular həmçinin, onları azad edərək orijinal məkanları əvəzinə, "Laki 38" otel-kazinosunun 22-ci mərtəbəsindəki süitaya göndərilə bilərlər. Hər bir yoldaş fərqli bir döyüş üslubunu təmsil edir. Oyunda cəmi səkkiz daimi yoldaş mövcuddur.[a] Onlar:

  • Reks (ing. Rex) – əvvəlcə Kral (ing. The King) tərəfindən sahiblənən kiberit.
  • Şaron Kassidinin qızılgülü (ing. Rose of Sharon Cassidy), həmçinin Kess (ing. Cass) – keçmiş karvan sahibi və "Fallout 2"-də yoldaşlardan biri olan Con Kassidinin qızı.
  • Raul Alfonso Texada (ing. Raul Alfonso Tejada; səsləndirən: Denni Trexo) – müharibədən əvvəl müxanik kimi işləmiş meksikalı xortdan.
  • Lilian Mari Bouen (ing. Lillian Marie Bowen) və ya Lili (ing. Lily) – "Fallout" videooyunundakı Yaradıcının ordusunda xidmət göstərmiş yaşlı bir gecə uşağı super mutantı.
  • Kreyq Bun (ing. Craig Boone) – snayper və Yeni Kaliforniya Respublikasına tabe olan 1-ci kəşfiyyat batalyonunun keçmiş üzvü.
  • ED-E (Eddi deyə tələffüz olunur), "E obyekti" (ing. Subject E) və ya "E obyekti" eksperimental dürafreym robogözü (ing. Eyebot Duraframe Subject E) – şərq sahilindən olan dürafreym robogöz.
  • Veronika Renata Santanjelo (ing. Veronica Renata Santangelo; səsləndirən: Felisiya Dey) – Polad qardaşlığının Moxave şöbəsində xidmət göstərən mirzə.
  • Arkeyd İzrael Gennon (ing. Arcade Israel Gannon) – Apokalipsisin ardıcılları üçün işləyən alim.

Hardkor rejim

redaktə

"New Vegas" oyununa əlavə edilmiş qeyri-məcburi çətinlik səviyyəsi də Hardkor rejimidir (ing. Hardcore mode). Bu rejim oyunçu ətraf mühitinə realizm və gərginlik əlavə edir. Tənzimləmək imkanının mövcud olduğu standart çətinlik səviyyələri sadəcə döyüş çətinliyinə təsir göstərir, lakin Hardkor rejimi oyuna yeni statistikalar əlavə edir, eləcə də oyunçuları ehtiyat menecmenti və döyüş taktikalarını nəzərə almağa məcbur edir. Oyun rejissoru Coş Soyyer qeyd etmişdir ki, bu rejim müxtəlif "Fallout 3" modifikasiyalarından ilhamlanmışdır.[18] Bu rejimdə baş verənlər aşağıda qeyd olunub:[19][20]

  • Qida və su kimi bütün sağaldıcı əşyalar oyunçudunu dərhal sağaltmır, bir müddət ərzində öz təsirini göstərir. Həmçinin, antiradinlər (ing. RadAway) də radiasiya zəhərlənməsini dərhal azaltmaq əvəzinə, tədricən azaldır və bunun üçün müəyyən bir vaxt tələb edir.
  • Stimulyatorlar (ing. Stimpak) şikəst bədən üzvlərini sağalda bilmir. Oyunçular bunun üçün həkim sakvoyajlarından, Hidra kimlərindən (ing. Chems) istifadə etməli, yataqlarda yatmalı və ya həkimlərə müraciət etməlidir.
  • Mərmi və butulka qapaqlarının ağırlığı var.
  • Oyunçular aclıq, susuzluq və yorğunluq yaşamamaq üçün yemək yeməli, su içməli və yatmalıdır. Bunlara riayət edilməsi, oyunçunun müəyyən bacarıqları zəifləyir və oyunçu axırda, ölür.
  • Yoldaşların sağlamlıq dərəcəsi sıfır zərbə balından aşağıya çatdıqdan sonra, huşlarını itirmək əvəzinə, ölürlər.
  • Oyunu bu rejimdə bitirmək[b] nailiyyətin qazanılmasına[c] gətirib çıxarır.

"Fallout: New Vegas" videooyununun hadisələri "Fallout 3" videooyununun hadisələrindən təqribən 4 il, 2077-ci ildə baş vermiş Böyük müharibədən (ing. Great War) isə təxminən 204-cü il sonra – 2281-ci ildə, artıq "Nyu-Veqas" adlanan keçmiş Las-Veqas ətrafındakı ərazilərdə cərəyan edir. Oyun başlayan vaxtda Nyu-Veqas və ətrafınının nəzarətini ələ almaq istəyən üç əsas fraksiya var – Yeni Kaliforniya Respublikası (abr. YKR; ing. New California Republic, abr. NCR), Sezar legionu (ing. Caesar's Legion) və Cənab Haus (ing. Mr. House; səsləndirən: Rene Oberjonya). Axırıncı dəfə "Fallout 2" oyununda görünən YKR artıq həddindən artıq dərəcədə genişləmiş və düzgün idarə edilmir. Buna baxmayaraq, respublikanın şərq doğru genişləməsi onun Moxave ərazisinin əksəriyyətini nəzarətini ələ almasına gətirib çıxarmışdır. Onların genişlənməsinə yeganə təhdid Sezar legionun Roma ordusundan ilhamlanmış quldar qüvvələridir, hansı ki, şərqdə hökm sürən 86 tayfanı fəth edərək öz bayrağı altında birləşdirmiş və Nyu-Veqası fəth etmək arzusunda olan Sezar (ing. Caesar; səsləndirən: Con Doman) tərəfindən idarə olunur. Bu iki tərəf oyunun hadisələri başlamazdan 4 il əvvəl Nyu-Veqası elektrik ilə təmin edən,[12] eləcə də hər iki tərəfin ələ keçirməyi istədiyi "Huver" bəndində bir-birləri ilə vuruşmuşdur. Eyni zamanda, Cənab Haus öz seküriton ordusu ilə Nyu-Veqasın de-fakto rəhbəri olan sirli bir biznezmendir ki, o, bu iki tərəf bənd uğrunda qarşısı alınmaz ikinci bir döyüş üçün hazırlaşarkən bəndi özü üçün ələ keçirmək planlarının axırıncı mərhələlərinə doğru irəliləyir.

Oyunun hadisələrinin əksəriyyəti Moxave çöllüyündə cərəyan edir, hansı ki, keçmiş Arizona, Kaliforniya, NevadaYuta ştatlarının bir hissəsini əhatə edir. Bu üç əsas fraksiyaya əlavə olaraq, regionda kiçikhəcmli fraksiyalar da mövcuddur. Onlar:

  • Bumerlər (ing. Boomers) — izolyasionist və ksenofob olan, ağır silahlanmış və "Nellis" aviabazasında məskunlaşmış keçmiş sığınacaq (ing. Vault) sakinlərindən ibarət tayfa.
  • Toz quldurları (ing. Powder Gangers) — Yeni Kaliforniya Respublikasından olan, həbsdən qaçmış cinayətkarlardan ibarət zorakı qrup.
  • Böyük xanlar (ing. Great Khans) — "Fallout 2"-dəki Yeni xanlardan (ing. New Khans) törəyən, narkotik satıcıları və basqınçılardan ibarət tayfa.
  • Polad qardaşlığı (ing. Brotherhood of Steel) — ABŞ Silahlı Qüvvələrinin xalqa əhəmiyyətli dərəcədə ziyan verə biləcək texnikaları nəzarət altına almağa çalışan texnologiyaya meylli qalıqları.
  • Apokalipsisin ardıcılları (ing. Followers of the Apocalypse) — Yeni Kaliforniyada yaradılmış, əziyyət çəkən insanlara maarifləndirici və tibbi xidmətlər göstərən, o cümlədən qeyri-hərbi sahədə araşdırmalar aparan humanitar təşkilat.
  • Krallar (ing. Kings) — Frisaydda fəaliyyət göstərən, Elvis Preslini yamsılayan Kralı (ing. The King) izləyən insanlardan ibarət banda.
  • Cinlər (ing. Fiends) — Vestsaydda fəaliyyət göstərən, yerli əhaliyə hücum edən, mülki şəxsləri zorlayan və öldürən narkomanlardan ibarət basqınçı bandası.
  • Əqrəblər (ing. Scorpions) — Vestsaydda fəaliyyət göstərən, gəlir mənbəyi narkotik satışı olan əhəmiyyətsiz vəzifəpərəst basqınçılardan ibarət banda.
  • Anklav qalıqları (ing. Enclave remnants) — keçmiş Anklav qazilərindən ibarət kiçik dəstə.
  • Brayt tərəfdarları (ing. Bright Brotherhood) — Ceyson Brayt rəhbərliyindəki "REPKONN" sınaq poliqonunda yaşayan, vəhşiləşməmiş və analoji düşünən xortdanlardan ibarət kult təşkilat, hansı ki, əsas məqsədi kosmosa gedərək orada "yeni dünya"nı tapmaqdır.

"Huver" bəndi və "Nellis" aviabazasına əlavə olaraq, regionda sığınacaqlar və "HELİOS Bir" (ing. HELIOS One) günəş enerjisi stansiyası kimi önəmli məkanlar mövcuddur.[20]

Məzmun

redaktə

Oyunun baş qəhrəmanı "Mojave Express" çatdırılma şirkəti üçün işləyən bir kuryerdir (ing. Courier). Oyun Primmdən Nyu-Veqas stripinə "platin fişka" (ing. Platinum chip) adlı sirli bir əşyanı çatdıran kuryerin Benni (ing. Benny; səsləndirən: Metyu Perri) adlı qanqster rəhbərliyindəki bir Böyük xanlar dəstəsi tərəfindən pusquya salınması ilə başlayır. Benni fişkanı götürür, kuryerə atəş açır və onu ölümə buraxır. Buna baxmayaraq, kuryer Viktor (ing. Victor; səsləndirən: Uilyam Sedler) adlı bir seküriton tərəfindən xilas edilir, Dok Mitçell (ing. Doc Mitchell; səsləndirən: Maykl Hoqan) isə onu Qudsprinqsdə sağaldır.[12] Kuryer Bennini tapmaq, onunla üzləşmək və platin fişkanı sahibinə çatdırmaq üçün Moxave çöllüyündə bir macəraya çıxır.

Oyunda hadisələr oyunçu personajın aldığı qərarlara əsasən irəliləyir və müxtəlif hadisələr, fraksiyalar, o cümlədən personajları əhatə edir. Oyunun əsas süjet xətti kuryerin aralarında oaln problemi həll etməsi və platin fişkanı əldə etməsi üçün Benninin izinə düşməsini əhatə edir. Bu zaman o, fərq-fərqli problemləri olan insanlara rast gəlir. O, bu insanlara kömək edə, onlara məhəl qoymaya və ya ziyan vura bilər ki, bu hərəkətlər də müsbət və mənfi karma ilə nəticələnir. Nəticədə, Benni və fişkanı aşkar edən kuryer özünü ekspansionist demokratik bir federasiya olan Yeni Kaliforniya Respublikası, Roma cəmiyyətindən ilhamlanan quldarlar olan Sezar legionu və Nyu-Veqasın müəmmalı de-fakto hakimi, şəhər nəzarət edən seküriton ordusunun rəhbəri Cənab Haus arasındakı bir münaqişənin ortasında tapır. Bu üç tərəf "Huver" bəndinin nəzarətini ələ keçirmək istəyir, hansı ki, regionun cənub-qərbini elektrik və təmiz, radiasiyasız su ilə təmin edir. Bu o deməkdir ki, bəndin nəzarəti regiona effektiv nəzarət üçün bir açardır. Böyük müharibədən əvvəl yaşamış və qapalı həyatta saxlama kamerası sayəsində sağ qalan bir insan olan Cənab Hausun müharibədən əvvəl həmin platin fişkanı sifariş etdiyi aşkar olunur. Həmin fişka əslində içərisində seküritonların döyüş effektivliyini xeyli dərəcədə təkmilləşdirən bir proqram olan data saxlama cihazıdır. Bu fişka yenidən proqramlaşdırılmış bir seküriton olan Yes-menin (ing. Yes Man; səsləndirən: Deyv Foli) köməyi ilə Hausun təhlükəsizlik qüvvələri əl keçirərək Nyu-Veqasın nəzarətini ələ almaq istəyən Benni tərəfindən oğurlanmışdır.

Kuryer xəbər tutur ki, Sezar legionu "Huver" bəndinə hücum etmək istəyir. Oyunçu personaj baş verəcək bu döyüşün nəticəsinin necə olacağına qərar verməlidir. Qorxulu leqat Lani (ing. Legate Lanius) öndərliyindəki legion qüvvələri bəndə hücum edərkən general Li Oliver (ing. Lee Oliver) rəhbərliyindəki YKR qüvvələri öz mövqelərini qoruyur. Oyunçu personajın bənd uğrunda olan döyüş zamanı tərəfində durmaq üçün seçdiyi fraksiyadan asılı olaraq, bənd ya heç kəsin əlinə keçməsin deyə məhv edilir, ya Sezar legionu tərəfindən ələ keçirilir, ya YKR tərəfindən uğurla müdafiə olunur, ya da Cənab Hausun şəbəkəsinə qoşdurulur ki, o və ya Yes-menin nəzarətinə keçsin. Oyun oyunçunun qərarlarının nəticələrini, "Huver" bəndi uğrunda döyüşdən sonra Nyu-Veqas və Moxaveyə kimin rəhbərlik etdiyini, eləcə də digər fraksiyaların taleyini göstərən və izah edən slayd-şou ilə sona çatır.

Sonluqlar

redaktə

Oyunçu Moxave çöllüyünün taleyini qərarlaşdıracaq qərarlar alır.

  • Yes-men (müstəqil) – Yes-menin tərəfində durmaq kuryerin regionu seküriton ordusunun yardımı ilə özü üçün ələ keçirməsinə gətirib çıxarır. Kuryer general Oliver və leqat Lanini ya öldürməli, ya da ki regionu tərk etmələri üçün onlarla danışmalıdır. Beləliklə, kuryer ilə Yes-men "Huver" bəndinin nəzarətini ələ keçirir, Nyu-Veqas isə müstəqil qalır.
  • Cənab Haus – Cənab Hausun tərəfində durmaq kuryerin nəzarət otağına daxil olaraq ora ləğv fişkasını yükləməsinə və seküriton ordusunu çağırmasına gətirib çıxarır. Kuryer general Oliver və leqat Lanini ya öldürməli, ya da ki regionu tərk etmələri üçün onlarla danışmalıdır. Beləliklə, Cənab Haus və onun seküritonları YKR ilə Sezarı regiondan qovaraq Nyu-Veqasın nəzarətini özündə saxlayır.
  • Sezar legionu – legionun tərəfindən durmaq kuryerin "Huver" bəndi uğrunda döyüşdə bəndə hücum edən tərəfə dəstək olmasına gətirib çıxarır. Kuryer general Oliverin imarətinə daxil olaraq ya onu öldürməli, ya da ki regionu tərk etməsi üçün onunla danışmalıdır. Beləliklə, legion "Huver" bəndinin nəzarətini ələ keçirir, YKR-nı regionu tərk etməsinə məcbur edir və Nyu-Veqas ilə Moxave çöllüyünü fəth edir.
  • Yeni Kaliforniya Respublikası – tərəfindən durmaq kuryerin "Huver" bəndi uğrunda döyüşdə bəndi müdafiə edən tərəfə dəstək olmasına gətirib çıxarır. Kuryer həmçinin, leqatın düşərgəsinə edilən hücuma rəhbərlik etməli, orada leqat Lanini ya öldürməli, ya da ki regionu tərk etməsi üçün onunla danışmalıdır. YKR döyüşün qalibi olur, Nyu-Veqas və Moxave çöllüyünü ilhaq edir.

İstehsal

redaktə
 
"PAX East 2010" festivalında "Welcome to New Vegas" başlıqlı reklam.

"Bethesda Softworks" 2004-cü ildə "Fallout 3" videooyununu istehsal etmək və nəşr etmək, o cümlədən iki sikvel istehsal etmək üçün "Interplay Entertainment" şirkətindən lisenziya satın alır.[24] Onlar üç il sonra "Fallout" əqli mülkiyyətini satın alır.[25] "Bethesda" əvvəlki "Fallout" buraxılışlarının orijinal geympley üslubunu tərk edir. Şirkətin satışa çıxardığı "Fallout 3" hərəkət balı/növbəyə əsaslanan döyüş sisteminə malik izometrik bir videooyun yox, real zamanlı döyüş sistemi, eləcə də hərəkət balına əsaslanan V.Y.H.S. sisteminə malik tamamilə üçölçülü bir videooyun olur.[26][27][28]

"Fallout 3" 2008-ci ildə satışa çıxarılmış, tənqidi və kommersial uğur olmuşdu ki, bu da "Bethesda"nın oyun üçün sikvelin istehalına start verməsinə səbəb olur. "Bethesda" şirkətinin istehsalçı komandası "The Elder Scrolls V: Skyrim" videooyunu üzərində işləyirdi deyə məşğul idi. Buna görə də rəhbərlik yeni bir buraxılışın istehsalı üçün "Obsidian Entertainment" şirkətinə müraciət edir, hansı ki, "Interplay" şirkətinin orijinal "Fallout" istehsalçı studiyası olan "Black Isle Studios"un keçmiş əməkdaşları tərəfindən yaradılmışdır. "Bethesda" və "Obsidian" qərara gəlir ki, "Fallout 3" süjeti əvəzinə "Qərb sahili" hekayəsini davam etdirmək daha məqbuldur.[26] Oyunun hadisələrinin "Fallout 2" və "Fallout 3" videooyunlarının hadisələrinin arasındakı bir dövrdə cərəyan etməsi təklifi "Bethesda" rəhbərliyi tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, rəhbərlik oyunun hadisələrinin Las-Veqas şəhəri və onun ətrafında cərəyan etməsi fikri ilə razı olmuşdur.[29][30]

"Fallout: New Vegas" 2009-cu ilin aprel ayında rəsmi olaraq, anons edilir.[31] "Obsidian" studiyasının istehsalçı komandasında keçmiş "Interplay" və "Black Isle" əməkdaşları da var idi. Bunlara oyunun rejissoru Coş Soyyer, o cümlədən oyunun baş ssenaristi və endirilən bilən məzmununun rejissoru Kris Avellon da daxildir.[18][32] "New Vegas"ın süjet xətti "Black Isle" studiyasının istehsal etdiyi, çox zaman "Van Buren" adlandırılan orijinal "Fallout 3" videooyunundan böyük dərəcədə ilham almışdır, hansı ki, ləğv edilməzdən əvvəl rejissorluğunu Coş Soyyer edirdi.[33] Bu ilhamlardan ən əhəmiyyətlisi videooyuna əslində "Van Buren" üçün yaradılmış olan Sezar legionu fraksiyasının əlavə edilməsidir. "Obsidian" şirkəti oyuna keçmiş "Fallout" buraxılışlarında görünən fraksiyaları da əlavə etmiş və fraksiyaların yaxşı ilə pis şəklində ayırd edilməsindən yayınmışdır. Bunun əvəzinə, fraksiyalar oyunçunun seçdiyi yoldan asılı olaraq, onların potensial rəqib obrazını canlandırır.[34][35]

Oyunun istehsal müddəti təqribət 18 aydır.[36] "New Vegas" əslində "Fallout 3"-ə bənzəyir, çünki hər iki videooyun da "Gamebryo" mühərrikindən istifadə edir. Buna baxmayaraq, "New Vegas"da istifadə olunan mühərrikin əvvəlki buraxılışın mənbə kodundan istifadə edərək yenilənmiş versiyasıdır ki, bu versiya ilə qrafika renderləmə təkmilləşdirilmiş və yeni incəsənət aktivləri əlavə edilmişdir. Həmçinin, Las-Veqas stripinə daha çox işıq və effektlərin yerləşdirilməsi üçün mühərrik üzərində yenidən işlənmişdir.[35][37] "Obsidian" studiyasının istehsalçı komandası "Gamebryo" mühərriki ilə tanış deyildilər və "Oblivion" modderi Xorxe Salqadodan kömək almalı olmuşdular.[38] "Obsidian" real zamanlı atış mexanikalarını inkişaf etdirmiş və arpacıq əlavə etmişdir ki, oyunu V.Y.H.S. sistemindən istifadə edərək oynamaq "Fallout 3"-də olduğu kimi, məcburiyyətə çevrilməsin.[33][39] Oyunun PC versiyası nailiyyətlər və bulud yaddaşı bazası, o cümlədən müəllif hüquqlarının qorunması üçün texniki vəsait (DRM) kimi onlayn funksiyalar üçün "Steamworks" funksiyalarından istifadə edir.[40] Oyunun DRM-dən istifadə etməyən versiyası 1 iyun 2017-ci il tarixində GoG.com virtual satış platformasında satışa çıxarılmışdır.[41]

Prodüser Ceyson Berqman oyunun hadisələrini rəvayət edən Ron Perlman və radio disk jokeyi "Cənab Nyu-Veqas"ı səsləndirən Ueyn Nyuton kimi bir neçə aktyorun oyunun istehsalında iştirak edəcəyini anons etmişdir.[42] O həmçinin, oyunun səs aktyoru heyətində Metyu Perri, Zakari Levi, Kris Kristoferson, Denni Trexo, Maykl DornFelisiya Deyin olacağını təsdiqləmişdir. "Obsidian"ın istehsalçı komandası oyunun kastinq prosesinə, eləcə də səs istehsalına nəzarət etməsi üçün kastinq rejissoru və səs prodüseri Timoti Kubbisonu işə götürmüşdü. Oyun birnəfərli döyüş rol videooyunları arasında ən çox dialoq sətirlərinə sahib olmaq üzrə yeni rekord qırmışdır. "New Vegas"da təxminən 65.000 dialoq sətiri var. Beləliklə, oyun öz sələfi və rekordun keçmiş sahibi olan "Fallout 3"-ü keçmişdir, hansı ki, təqribən 40.000 sətirli bir dialoq sisteminə malik idi.[43]

"Obsidian Entertainment" 4 fevral 2010-cu il tarixində "Fallout: New Vegas" üçün tizer treyleri yayımlamışdır. 11 iyun 2010-cu il tarixində, "E3" tədbirinin "GameTrailers" hissəsində ikinci bir treyler nümayiş edilmişdir.[44]

Buraxılış

redaktə
 
"IgroMir 2010" tədbirində "New Vegas" üçün reklam.

"Bethesda" içində müəyyən oyundaxili əşyalar olan öncədənsifariş bonus paketləri anons etmişdir. Onlar: "Klassik", "Tayfa", "Karvan" və "Muzdlu". Bu paketlər sadəcə müəyyən satıcılarda mövcud idilər,[45] ancaq 27 sentyabr 2011-ci il tarixində ayrı formada satışa çıxarılmışdır. Oyunun "Kolleksiyaçı buraxılışı" 11 may 2010-cu il tarixində anons edilmiş, qlobal səviyyədə Microsoft Windows, PlayStation 3Xbox 360 platformalar üçün satışa çıxarılmışdır. Buraxılışın təqdim etdiklərinə "Fallout: New Vegas" oyununun kazinolarındakından yeddi real poker fişkası, hər birinin üzərində müəyyən bir personaj şəkli və onlar haqqında məlumat olan kartlar, "New Vegas" oyununun hadisələrindən əvvəl baş verənləri əhatə edən, "All Roads" adlı qrafik roman, oyundakı "Laki 38" platin fişkasının böyük surəti və oyunun istehsalı haqqında sənədli film aiddir.[46]

"Fallout: New Vegas" 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılmışdır.[47][48] Oyunun 19 oktyabr 2010-cu il tarixində satışa çıxarıldıqdan bir neçə saat sonra "Fallout: New Vegas" oyunçuları yaddaşda saxlanılan oyunların xarab olması, oyunun donması, oyunçuların oyundaxili relyefin içində ilişib qalması və ixtiyari qeyri-oyunçu personajların oyunçunun arxasında spaun olaraq döyüşə başlaması kimi müxtəlif texniki xətalardan şikayətlənməyə başlamışdır.[49] "Bethesda Game Studios" çox keçməmiş "Obsidian" ilə birlikdə yeniləmələr üzərində işlədiklərini və bunun "olduqca qısa zamanda" buraxılacağını qeyd edən bir bəyanat yaymışdır. Onlar müştəriləri satın aldıqları "New Vegas" nüsxələrini mağazaya qaytarmaq əvəzinə, özlərində saxlamağa çağırmış, şirkətin priotetinin istifadəçilərinə mümkün olan ən yaxşı təcrübəni təqdim etmək olduğunu qeyd etmişdir.[50]

Oyunun satışa çıxarılmasından bir həftə keçməmiş, onun PC, Xbox 360PlayStation 3 versiyaları üçün patç buraxılmışdır, hansı ki, tapşırıq və skriptləşdirmə ilə bağlı 200-dən çox düzəlişlər ehtiva edirdi.[51] 14 dekabr 2010-cu il tarixində buraxılan başqa bir yeniləmə yoldaşlarla əlaqədar qüsurlar kimi digər xətaları və yaddaş problemlərini aradan qalmışdır.[52] Fevral və aprel aylarında müxtəlif xətaları və geympley problemlərinə toxunan yeniləmələr buraxılmışdır. 5 iyul 2011-ci il tarixində buraxılan patç oyunun son mərhələsindən əvvəl avtomatik olaraq yaddaş faylı yaradır ki, oyunçular yeni oyuna başlamaq məcburiyyətində qalmadan endirilə bilən məzmunları oynaya bilsin.[53] Oyunun istifadəçi icması yerdə qalan xətaları aradan qaldıran qeyri-rəsmi patçlar da hazırlamışdır.[54]

Oyun mühərrikinin PlayStation 3 konsolunda ciddi performans problemləri var. Uzunmüddətli oyun və ya endirilə bilən məzmun yükləndiyi zaman oyunun yaddaş faylı çox böyük olur. Bu isə oyunun kadr təzliyini oynanması mümkün olmayan dərəcəyə çatdırır. Buna oxşar problemlər "The Elder Scrolls V: Skyrim" videooyununda da var idi,[55] ancaq "New Vegas" üçün performans patçı buraxılmamışdır.[56] Soyyer bildirmişdir ki, problem oyun mühərrikində olduğundan bu problemləri aradan qaldıracaq bir patç hazırlamaq asan deyil.[57]

Endirilə bilən məzmun

redaktə

"Bethesda Softworks" 18 oktyabr 2010-cu il tarixində açıqlamışdır ki, "Fallout 3" oyununda olduğu kimi, "New Vegas" üçün də endirilə bilən məzmunlar (EBM; ingiliscə – DLC) buraxılacaq. Oyun üçün satışa çıxarılan EBM-lər bunlardır: "Dead Money", "Honest Hearts", "Old World Blues", "Lonesome Road", "Gun Runners' Arsenal" və "Courier's Stash". EBM-lərin birlikdə ümumi effekti səviyyə limitinin 30-dan 50-yə qalxmasıdır.

Dead Money

Oyunun birinci EBM paketi 21 dekabr 2010-cu il tarixində Xbox 360,[58][59] 22 fevral 2011-ci il tarixində isə PlayStation 3PC.[60][61][d] "Dead Money" buraxılışının süjetində dəli olmuş keçmiş Polad qardaşlığı lideri Elayca ata kuryeri oğurlayır və o, digər üç məhbus ilə əməkdaşlıq edərək zəhərli bulud ilə əhatə olunmuş "Serra-Madre" kazinosunun əfsanəvi xəzinəsini tapmalıdır. Paket oyuna yeni nailiyyətlər/kuboklar, silahlar, bacarıqlar, məkanlar, düşmənlər və məzmun əlavə edir, o cümlədən oyunçu səviyyəsinin limitini beş vahid artırır.[58][59] Bu, oyun üçün buraxılmış dörd hekayə EBM-sindən yeganəsidir ki, əsas süjet xəttinin bitməsindən sonra geri qayıtmaq mümkün deyil.[62]

Honest Hearts

Oyunun ikinci EBM paketi 17 may 2011-ci il tarixində "Xbox Live" və "Steam" platformaları, 2 iyun 2011-ci il tarixində isə "PlayStation Network" platforması üçün satışa çıxarılmışdır.[63] "Honest Hearts" buraxılışının süjetində daha sonra basqınçılar tərəfindən məhv edilən "Xoşbəxt yol" karvanına qoşulan kuryer Yuta ştatında yerləşən Zayon milli parkındakı bir ticarət ekspedisiyasında iştirak edir. Moxave çöllüyünə qayıtmağa çalışan kuryer tayfalar, Mormonizmin postapokaliptik inkarnasiyası olan "Yeni kənanlılar" və Sezarın "Huver" bəndi uğrunda birinci döyüşdə məğlub olduqdan sonra qatranlanmış, yandırılmış və Böyük Kanyona atılmış keçmiş leqatı – "Yanmış adam" adlanan bir şəxs arasındakı münaqişənin ortasına düşür.[64] Paket oyuna yeni nailiyyətlər/kuboklar, silahlar, bacarıqlar, məkanlar, düşmənlər və məzmun əlavə edir, o cümlədən oyunçu səviyyəsinin limitini beş vahid artırır.

Old World Blues

Oyunun üçüncü EBM paketi 19 iyul 2011-ci il tarixində Xbox 360, PlayStation 3PC platformaları üçün satışa çıxarılmışdır.[65] "Old World Blues" buraxılışının süjetində kuryer oğurlanır və təcrübə üçün məcbur bir laboratoriyaya yerləşdirilir. Bu təcrübə uğursuz alınır və kuryer Moxavenin bəzi mutasiyaya uğramış varlıqları və təlükəli texnologiyalarının mənşəyini aşkar edir. "Old World Blues" buraxılışının hadisələri müharibədən əvvəl mövcud olmuş "Böyük dağ" araşdırma mərkəzində cərəyan edir. Oyunçu ya onu oğurlayanlara qarşı vuruşa, ya da onlara qoşula bilər.[66] Paket oyuna yeni nailiyyətlər/kuboklar, bacarıqlar, məkanlar və məzmun əlavə edir, o cümlədən oyunçu səviyyəsinin limitini beş vahid artırır.

Lonesome Road

Oyunun üçüncü EBM paketi ilkin olaraq, 2011-ci ilin avqust ayında Xbox 360, PlayStation 3PC platformaları üçün satışa çıxarılacaqdı, ancaq bu, naməlum səbəblərdən 20 sentyabra qədər təxirə salınmışdı.[67] "Lonesome Road" buraxılışının süjetində kuryer Uliss ilə tanış olur. Uliss ehtimal olunan çatdırıcıların siyahısında kuryerin adını gördükdən sonra xidmətdən imtina edən keçmiş bir legioner və kuryerdir.[66] Uliss personajının "New Vegas" süjetindəki iştirakına oyunun ilkin buraxılışından bəri işarə edilirdi və "Lonesome Road" Uliss ilə kuryerin hekayəsini tamamlayır.[68]

Gun Runners' ArsenalCourier's Stash

"Bethesda Softworks" 27 sentyabr 2011-ci il tarixində Xbox 360, PlayStation 3PC platformaları üçün "Gun Runners' Arsenal" və "Courier's Stash" adlı iki məzmun paketi satışa çıxarmışdır. "Gun Runners' Arsenal" paketi oyuna katana, vaxtlı bomba və zəncirli mişar kimi müxtəlif silahlar, o cümlədən susdurucu, nişangahlar, lazerli arpacıqlar və üst-üstə yığılmış maqazinlər kimi silah modifikasiyaları, həmçinin yeni mərmi növləri əlavə edir. "Courier's Stash" paketində oyunu öncədənsifariş etdikdə təqdim edilən bütün bonusları ("Caravan Pack", "Classic Pack" , "Mercenary Pack" və "Tribal Pack" ) özündə daşıyır.[67][69]

Ultimate Edition

"Bethesda Softworks" 3 noyabr 2011-ci il tarixində "Fallout: New Vegas – Ultimate Edition" buraxılışını anons etmişdir ki, hansı ki, oyunun özünü və bütün endirilə bilən məzmunlarını əhatə edir. Buraxılış 7 fevral 2012-ci il tarixində Şimali Amerika, 10 fevral 2012-ci il tarixində isə Avropada Xbox 360, PlayStation 3PC platformaları üçün satışa çıxarılmışdır.[70]

C.E. Soyyerin modu

"Fallout: New Vegas" oyununun rejissoru Coş E. Soyyer 29 dekabr 2011-ci il tarixində oyunun PC versiyası üçün qeyri-rəsmi bir mod buraxmışdır. Bu mod oyunçunun səviyyə limitini 35-ə qaldırır, oyunçunun təcrübə ballarının artım nisbətini ikiyə bölür, oyunçunun əsas sağlamlıq sayğacını kiçildir, oyunçunun daşıya bildiyi əsas yük ölçüsü balacalaşdırır, spesifik personajları neytral əvəzinə, yaxşı və pis deyə müəyyənləşdirir və oyuna başqa dəyişikliklər əlavə edir. Soyyer bu dəyişiklərin orijinal oyunda mövcud olmasını istəyirdi, ancaq bu, rəsmi bir yeniləmə kimi buraxılmamışdır. Bu mod bütün EBM-lərin yüklənmiş halda olmasını tələb edir.[71][72]

New California

"Fallout: New California"[e] "Radian-Helix Media" azarkeş komandası tərəfindən hazırlanmışdır və "Fallout: New Vegas" oyunu üçün nəzərdə tutulmuş nəhəng bir moddur. Bu mod oyuna tam şəkildə səsləndirilmiş personajlar, yeni tapşırıqlar, yoldaşlar. fraksiyalar, eləcə də fərqli sonluqlara malik yeni bir tammetrajlı süjet və xəritə əlavə edir. Buraxılışın hadisələri Kaliforniya ştatında yerləşən San-Bernardino dağlarında cərəyan edir.[73]

Saundtrek

redaktə

Oyunun saundtrekini "Fallout 3"-ün saundtreki üzərində də işləmiş olan İnon Zur bəstələmişdir.[74] "New Vegas"da üç əsas oyundaxili radiostansiya var. Bu radiostansiyalarda kantri, blüqrass, cazklassik janrlarda olan mahnılar, eləcə də 1940-cı və 1950-ci illərin populyar mahnıları səsləndirilir.[13] Hər bir radiostansiyanın əvvəlcədən müəyyənləşdirilmiş və ixtiyari şəkildə təkrarlanan bir trek siyahısı var.[75] Oyunda Mark Morqanın ilk iki "Fallout" oyunu üçün bəstələdiyi musiqilərdən də istifadə olunur.[76][77]

Mahnılar
  • "It's a Sin" – Eddi Arnold.
  • "Stars of the Midnight Range" – Conni Bond.
  • "Love Me as Though There Were No Tomorrow" – Net Kinq Kol.
  • "Orange Colored Sky" – Net Kinq Kol.
  • "Something's Gotta Give" – Binq Krozbi.
  • "Mad About the Boy" – Helen Forrest.
  • "Lucky Day" – Cudi Qarlend.
  • "It's a Sin to Tell a Lie" – "The Ink Spots"
  • "Jingle Jangle Jingle" – Key Kayser.
  • "Johnny Guitar" – Peqqi Li.
  • "Why Don't You Do Right?" – Peqqi Li.
  • "Ain't That a Kick in the Head?" – Din Martin.
  • "Heartaches by the Number" – Qay Mitçell.
  • "Big Iron" – Marti Robins.
  • "Blue Moon" – Frenk Sinatra.
  • "Hangover Heart" – Henk Tompson.
  • "Cobwebs and Rainbows" – Coş E. Soyyer.
  • "Home on the Wastes" – Coş E. Soyyer və Nataniel Çapmen.
  • "Streets of New Reno" – Coş E. Soyyer və Nataniel Çapmen.
  • "New Vegas Valley" – Coş E. Soyyer və Ceyms Melilli.
  • "Begin Again" – Castin Bell, Kris Avellon, Mayki Doulinq və Stefani DeBrul.
  • "Concerto For 2 Violins in D Minor – 2: Allegro Ma Non Troppo" – İohann Sebastyan Bax.
  • "Jazz Club Blues" – Harri Bluston.
  • "Where Have You Been All My Life?" – Hel DevidCon Kakavas.
  • "Slow Sax" – Kristof Dejan.
  • "The Flower Duet" – Leo Delib.
  • "In the Shadow of the Valley" – "Lost Weekend Western Swing Band".
  • "Let's Ride Into the Sunset Together" – "Lost Weekend Western Swing Band".
  • "Lone Star" – "Lost Weekend Western Swing Band".
  • "Sleepy Town Blues" – Harri Lubin.
  • "Spring Song" (Op 62, No 6) – Feliks Mendelson Bartoldi.
  • "Piano Concerto No. 21 in C Major – 2: Andante" – Volfqanq Amadey Motsart.
  • "Joe Cool" – Nino Nardini.
  • "Blues For You" – Qabriel Pares.
  • "Goin' Under" – Darrell Ueyn Perri və Tommi Smit.
  • "I'm Movin' Out" – "The Roues Brothers"
  • "Sit and Dream" – Pit Tomas.
  • "I'm So Blue" – Keti Tompson.
  • "American Swing" – Gerhard Trede.
  • "Hallo Mister X" – Gerhard Trede.
  • "Jazz Blues" – Gerhard Trede.
  • "Manhattan" – Gerhard Trede.
  • "Slow Bounce" – Gerhard Trede.
  • "Strahlende Trompete" – Gerhard Trede.
  • "Von Spanien Nach Südamerika" – Gerhard Trede.
  • "Concerto Grosso no. 10 in B Minor – 1: Allegro" – Antonio Vivaldi.
  • "Concerto Grosso no. 10 in B Minor – 3: Allegro" – Antonio Vivaldi.
  • "Four Seasons No. 4, Winter – 2: Largo" – Antonio Vivaldi.
  • "The Ride of the Valkyries" – Riçard Vaqner.
  • "Big Note Blues (Lazy Day Blues)" – Bert Vidon.
  • "China Doll (Happy Times)" – Bert Vidon.
  • "Rockin' at the Roundhouse (Roundhouse Rock)" – Bert Vidon.
Musiqilər

Bütün musiqilər İnon Zur tərəfindən bəstələnmişdir.

Trek siyahısı
BaşlıqMüddət
1."Main Title"2:03
2."The Doctor is in"0:29
3."Howdy Partner"3:55
4."Wasteland Justice"2:16
5."Mutant Massacre"4:11
6."No Rest For these Bones"4:08
7."Industrial De-Evolution"4:01
8."Not My Vault"3:58
9."Primm and Proper"4:03
10."Knock on My Cazador"4:10
11."Jacobstown Ladder"3:58
12."CCC Doesn’t Work for Free"4:02
13."Marcus Needs a Favor"4:01
14."Mountaintop Movement"4:05
15."Beneath the Streets"3:52
16."Garden of Evil"4:06
17."The Courier Walks Softly"4:05
18."Under the Stars"4:03
19."TCB in Freeside"4:09
20."Out of Business"3:58
21."Subterranean Meltdown"4:00
22."Rubble of the Forgotten"3:55
23."The Gangs of New Vegas"1:47
24."Junkies in the Trunk"4:05
25."Boys and Ghouls"4:17
26."The Two Headed Bear"3:58
27."Battle for the City"2:19
28."Rocket to Repconn"4:01
29."Thorn in My Side"4:12
30."Blood and the Bull"4:21
31."Hail Caesar"4:22
32."Righteous Republic"4:04
33."The Viper’s Sting"2:24
34."Monsters of the Mojave"4:16
35."Dam Nation"4:05
Ümumi müddət:1:69:39

Tənqidçilərin mövqeyi

redaktə

Rəy toplayıcısı "Metacritic" portalına əsasən "Fallout: New Vegas" bütün platformalarda "ümumiyyətlə yaxşı" rəylər almışdır. Tənqidçilər oyunun "Fallout 3" buraxılışına nisbətən daha yaxşı geympleyə və geniş məzmuna sahib olmasını tərifləmiş, ancaq onu sözügedən oyuna olan oxşarlığı və texniki problemlərinə görə pisləmişdir.

"IGN" mütəxəssisi Keza MakDonald oyunun ssenarisini tərifləmiş, ancaq personaj modellərini və sifət animasiyalarını "ölüvay və inanılmaz" adlandıraraq onları tənqid etmişdir.[78][79] "Eurogamer" əməkdaşı Den Uaythed qeyd etmişdir ki, ""Obsidian" tamamilə dəfedilməz bir dünya yaratmışdır və onun pozuntuları oyunun təqdim etdiyi başqatan, mübtəlalıq yaradan təcrübənin yanında əhəmiyyətsiz qalır. Möhtəşəm fon əmələ gətirən dağıdılmış mənzərədə olduğu kimi, "New Vegas" nəhəng və geniş, bəzən alabəzək, hətta açıq-aydın çirkin, ancaq həmişə səy göstərmədən həyasızcasına əyləncəlidir".[80] "GameSpot" tənqidçisi Kevin VanOrdun fikrinə görə, oyunun "oxşar ritmi seriyanın azarkeşlərini heyran edəcək, nəhəng dünyası, geniş tapşırıqları və yaratdığı gizli məmnunluğu oyunçuları aşkar edə biləcəkləri digər fərəhləndirici şeyləri axtarmağa məcbur edəcək. Buna baxmayaraq, daimi xətalar vaxt keçdikcə oyunun bütün elementlərinə müdaxilə edir və nəticədə, oyunçunu əldən salır".[81]

"Giant Bomb" əməkdaşı Ceff Gerstmann "Fallout: New Vegas" oyunun "Xbox 360" versiyasının resenziyasını, olduqca çoxlu sayda olan baq və xətalarına baxmayaraq, müsbət qiymətləndirmişdir. Gerstmann yazmışdır ki, "Mən öz təcrübəmi əks etdirəndə, böyük ehtimalla əvvəl oyunun onlarla fərqli üsullarla ilişməsini və ya xarab olmasını, daha sonra isə onun böyük dünyasını və onu dolduran tapşırıqları xatırlayıram. Əgər siz özündən əvvəl "Fallout 3" və "Oblivion"da dolu olan bu xətalar üzərində qalmaqdan qaçınsanız, "New Vegas" axırda, sizə yaxşı vaxtlar verəcək".[82] "1UP.com" mütəxəssisi Mayk Nelson qeyd etmişdir ki, "Bir tərəfdən, oyun hər hansı bir "Fallout" seriyası azarkeşinə tövsiyə ediləcək bir şey imiş hissi yaradır. Mən o azarkeşləri ayrı götürürəm, çünki onlar divara qarşı yeriyən və bəzi hallarda göydə uçan personajlarla tanış olmaq kimi axmaqca olan xətaları bağışlayar. Bu azarkeşlər oyunun kiçikhəcmli bütövlükdə qrafik anormallıqlardan qat-qat daha möhtəşəm olduğunu dərk edir. Digər tərəfdən, mən sadəcə ya Moxave çöllüyündə gəzərkən oyunun kraş olmasına, ya oyundakı xətalara görə bitirə bilmədiyim tapşırıqlara, ya da oyunun yoldaşlarımı mənə ən çox lazım olduqları anlarda ortadan çıxartmasına məhəl qoymaya və onu buna görə bağışlaya bilmirəm. Bunlar mənim hansısa oyunda rast gəldiyim ən məyusedici baqlardan bəziləridir, xüsusilə də bunlar mənim çox sevdiyim bir seriyada olanda".[83]

Royalti qalmaqalı

redaktə

"Obsidian Entertainment" studiyasının "Bethesda Softworks" şirkəti ilə olan müqaviləsinə əsasən, "Fallout: New Vegas" oyunun "Metacritic" portalında 85 və ya ondan yüksək bir bal qazandığı haldan, studiya oyun üçün royalti alacaqdı. Buna baxmayaraq, oyun həmin portalda 84 bal almışdır – hədəflənən baldan 1 vahid az. Kris Avellon bildirmişdir ki, "Obsidian" studiyası "New Vegas" üzərində gördüyü işə görə sadəcə birdəfəlik ödəniş almışdır.[84] Çox keçməmiş, studiya 30 əməkdaşını işdən çıxarmalı və üzərində işlədikləri, "North Carolina" layihəsi adlanan bir oyunu ləğv etməli olmuşdur.[85]

Satışlar

redaktə

"Fallout: New Vegas" 8 noyabr 2010-cu il tarixində əldə edilən məlumatlara görə, qlobal səviyyədə 5 milyon nüsxə satmış,[86] 300 milyon ABŞ dolları məbləğində qazanc əldə etmişdir.[87] Bazar üzrə araşdırma firması olan "Electronic Entertainment Design and Research" təxmin etmişdir ki, oyun 2015-ci ilə qədər qlobal səviyyədə 11.6 milyon nüsxə satmışdır.[88]

Qeydlər

redaktə
  1. Digər yoldaşlar yalnız endirilə bilən məzmunlara aiddirlər. Buna görə də, onlar daimi yoldaş hesab edilmirlər.
  2. Bu rejimi oyunun başlanğıcından sonuna qədər istənilən an söndürmək və ya aktivləşdirmək mümkündür.
  3. Xbox 360[21]Steam[22] platformalarında elə adlandırılsa da, PlayStation 3[23] platformasında kubok adlanır.
  4. "Steam" virtual mağazası vasitəsilə.
  5. İlkin adı "Project Brazil" olmuşdur.

İstinadlar

redaktə
  1. redump.org (ing.). USA.
  2. Steam. 2003.
  3. "New Vegas News: It's done! Plus PC reqs, and cake". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 1 oktyabr 2010. 3 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  4. Clayton, Natalie. "Fallout 4's New Vegas remake mod saddles up for a slick new trailer". Rock, Paper, Shotgun. October 20, 2020. January 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2022.
  5. "Microsoft can now make Fallout New Vegas 2 happen". Polygon. September 21, 2020. January 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2022.
  6. "Roll the dice: Ars reviews Fallout: New Vegas". October 19, 2010. January 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2022.
  7. "Top 100 RPGs of All Time". IGN. İstifadə tarixi: August 8, 2021.
  8. "The 50 best RPGs ever". VG247. April 12, 2019. August 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2021.
  9. "The best RPGs to play on PC in 2021". Rock Paper Shotgun. July 7, 2021. March 30, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2021.
  10. 1 2 3 Steplton, Den. Deker, Loqan (redaktor). "Fallout New Vegas". PC Gamer (ingilis) (199). Amerika Birləşmiş Ştatları: Future Publishing (199). aprel 2010: 52.
  11. "What happens in New Vegas stays in New Vegas". PlayStation 3 Magazine (ingilis). Birləşmiş Krallıq: Future Publishing: 22–29. 2010.
  12. 1 2 3 4 Şarki, Mayk. "PC Gamer, Developers Talk Fallout: New Vegas". GameSpy (ingilis). IGN Entertainment. 8 fevral 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  13. 1 2 3 Kelli, Kevin. "Interview: Josh Sawyer on Fallout: New Vegas". engadget.com (ingilis). Engadget. 5 may 2010. July 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2020.
  14. "Fallout: New Vegas Hits the Strip". ign.com (ingilis). IGN. 14 may 2010. November 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2020.
  15. "Fallout: New Vegas – Betting on a Caravan". ign.com (ingilis). IGN. 9 sentyabr 2010. December 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2020.
  16. Edvards, Tim. "March issue of PC Gamer". PC Gamer (ingilis). fevral 2010: 40–41.
  17. "Fallout: New Vegas PC Games Interview – Video Interview". IGN (ingilis). IGN Entertainment. 30 aprel 2010. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2020.
  18. 1 2 Miku, Vlad. "Obsidian's Josh Sawyer on Fallout: New Vegas, the Van Buren legacy and learning from mods". gamesauce.org (ingilis). Gamesauce Media, Inc. 8 sentyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  19. "E3 2010 Live: Fallout: New Vegas Demo". G4 (ingilis). G4 Media, Inc. 16 iyun 2010. 7 oktyabr 2011 tarixində orijinalından (Video) arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  20. 1 2 Brudviq, Erik. "Fallout: New Vegas First Look". IGN (ingilis). IGN Entertainment. 30 aprel 2010. November 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  21. "Fallout: New Vegas Achievements". Xbox360Achievements.org (ingilis). October 15, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  22. "Fallout: New Vegas :: Achievements" (ingilis). Steam Community. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  23. "Fallout: New Vegas Trophies List" (ingilis). PS3Trophies.org. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2020.
  24. Börns, Endrü. "Interplay In Trouble; Assets Sold & Optioned". ign.com (ingilis). IGN Entertainment. 14 oktyabr 2004. February 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  25. Boyer, Brendon. "Fallout IP Sold To Bethesda". gamasutra.com (ingilis). Gamasutra. 13 aprel 2007. April 15, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  26. 1 2 MakLaflin, Ras. "IGN presents the History of Fallout". au.retro.ign.com (ingilis). IGN Entertainment. 21 iyul 2010. December 14, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  27. Ribiki, Co. "Preview: Fallout 3" (ingilis). 1up.com. 1 iyul 2007. 16 mart 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  28. Orri, Tom. "Fallout 3 Preview" (ingilis). Videogamer.com. 22 aprel 2008. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  29. Şrayyer, Ceyson. "The Knights of New Vegas: How Obsidian Survived Countless Catastrophes And Made Some Of The Coolest Role-Playing Games Ever". kotaku.com (ingilis). Kotaku. 17 dekabr 2012. November 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  30. Pitts, Rass. "Feargus Urquhart Comes Home". escapistmagazine.com (ingilis). The Escapist. 30 aprel 2010. December 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  31. "Fallout: New Vegas Announced". ign.com (ingilis). IGN Entertainment. 20 aprel 2009. September 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  32. Oy, Uill. "An Interview with Chris Avellone – game designer, writer, and former 'unlucky schlep'". gamasutra.com (ingilis). Gamasutra. 23 iyun 2011. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  33. 1 2 Kelli, Kevin. "Interview: Josh Sawyer on Fallout: New Vegas". engadget.com (ingilis). Joystiq. 5 may 2010. December 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  34. "Fallout: New Vegas; Mining The Past Interview". gametrailers.com (ingilis). GameTrailers. 13 avqust 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  35. 1 2 Uebb, Den. "Interview: Josh Sawyer Talks Fallout: New Vegas". playstationtrophies.org (ingilis). 3 iyun 2010. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  36. Kallen, Conni. "PS3 Skyrim stutter-bug linked to Fallout: New Vegas glitches" (ingilis). VG24/7. 5 dekabr 2011. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  37. Mik, Ceyson. "Fallout: New Vegas Collectors Edition, Gameplay, and Launch Date Revealed". dailytech.com (ingilis). DailyTech. 6 iyun 2010. 30 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  38. Beyli, Ket. "He's Getting a Fireball: Josh Sawyer Reflects on Nearly 20 Years Spent Making RPG Classics for Obsidian and Black Isle Studios". usgamer.net (ingilis). USgamer. 6 sentyabr 2017. September 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  39. "Interview – Fallout New Vegas" (ingilis). Gamefreakz.co.nz. 27 sentyabr 2010. 22 yanvar 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  40. Feylor, Kris. "Fallout: New Vegas PC Using Steamworks DRM". shacknews.com (ingilis). Shacknews. 8 iyun 2010. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2020.
  41. "Fallout: New Vegas on sale at GoG". GoG.com (ingilis). CD Projekt. 1 iyun 2017. January 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  42. Snayder, Mayk. "'Fallout: New Vegas' owes Wayne Newton a danke schoen". USA Today (ingilis). Gannett Company, Inc. Şablon:Dtae. November 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  43. Guinness World Records 2011 – Gamer's Edition (ingilis). Guinness World Records Ltd. 2010. səh. 147. ISBN 978-1-4053-6546-8.
  44. "Fallout: New Vegas Video Game, E3 2010: Exclusive Gameplay Trailer". GameTrailers (ingilis). MTV Networks (Viacom). 11 iyun 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  45. "Fallout: New Vegas preorders scavenging in-game gear". gamespot.com (ingilis). GameSpot. 10 iyun 2010. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  46. "Bethesda Softworks announces Fallout: New Vegas Collector's Edition". fallout.bethsoft.com (ingilis). Bethesda Softworks. 11 may 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  47. Bramuell, Tom. "Fallout: New Vegas dated". Eurogamer (ingilis). Eurogamer Network Limited. 14 iyun 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  48. Ransom, Ceyms. "First Fallout: New Vegas DLC 'exclusive' to Xbox 360" (ingilis). Joystiq. 18 oktyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  49. "Fallout:New Vegas patches arrive". gamespot.com (ingilis). GameSpot. 20 oktyabr 2010. 11 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
  50. "Arxivlənmiş surət". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 22 oktyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2010.
  51. "Fallout: New Vegas patched on consoles". joystiq.com (ingilis). Engadget. 27 oktyabr 2010. October 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  52. "Massive Fallout: New Vegas Patch Has Landed" (ingilis). 14 dekabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  53. "New update, screenshots for Old World Blues". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 5 iyul 2011. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  54. İftixar, Zəvad. "Community Patches Fallout New Vegas With Bug Fixes". segmentnext.com (ingilis). Segment Next. 2 noyabr 2010. October 31, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020. Fallout New Vegas was the most bug plagued game of the past month. [...]most of these issues have been fixed with a community bug fix compilation patch. Download and Install this patch to fix any remaining bugs, errors, crashes, or other game breaking issues that you are facing.
  55. Bradford, Mett. "Bethesda acknowledges PS3 Skyrim frustrations, pledges a "future" fix". gamesradar.com (ingilis). GamesRadar+. 7 dekabr 2011. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  56. "Fallout: New Vegas Dev weighs in". Escapist Magazine (ingilis). 5 dekabr 2011. November 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  57. "Fallout: New Vegas dev blames PS3 lag on restrictive RAM" (ingilis). Shack News. 5 dekabr 2011. November 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  58. 1 2 Yin-Pol, Uizli. "Fallout: New Vegas DLC raises level cap" (ingilis). Eurogamer. 25 noyabr 2010. March 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  59. 1 2 "Bethesda Blog " Blog Archive " First New Vegas DLC Announced". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 17 noyabr 2010. İstifadə tarixi: 8 avqust 2020.[ölü keçid]
  60. "Fallout: New Vegas: Dead Money appearing on PS3, PC on February 22, more packs soon". vg247.com (ingilis). VG247. 4 fevral 2011. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  61. "Fallout: New Vegas Dead Money hits Steam, PS3 today". vg247.com (ingilis). VG247. 22 fevral 2011. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  62. ChrisAvellone. "You can return in all DLCs past Dead Money, which was a special case" (Tweet) (ingilis). 9 may 2011. 22 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  63. "Bethesda Blog » Blog Archive » New Vegas DLC: Details on Honest Hearts, Old World Blues, and Lonesome Road". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 3 may 2011. November 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  64. "Fallout New Vegas: Honest Hearts on Steam". Steam (ingilis). Valve. 17 may 2011. November 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2020.
  65. Yin-Pol, Uizli. "F: NV DLC Old World Blues release date". eurogamer.net. Eurogamer. 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  66. 1 2 "Bethesda Blog » Blog Archive » New Vegas DLC: Details on Honest Hearts, Old World Blues, and Lonesome Road". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 3 may 2011. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  67. 1 2 "Lonesome Road coming September 20th; Courier's Stash and Gun Runners' Arsenal one week later". Official Bethesda Softworks blog (ingilis). Bethesda Softworks. 25 avqust 2011. February 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  68. Yin-Pol, Uizli. "Fallout: NV Lonesome Road delayed News – Page 1". eurogamer.net (ingilis). Eurogamer. 10 avqust 2011. September 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  69. "News — New Release — Fallout: New Vegas DLCs". Steam (ingilis). Valve. 27 sentyabr 2011. November 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  70. "Fallout: New Vegas Ultimate Edition Bundles the Game and All its DLC". 1up.com (ingilis). 1UP.com accessdate=9 avqust 2020. 3 noyabr 2011. 9 yanvar 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020. (#missing_pipe)
  71. Eşkraft, Brayan. "Fallout: New Vegas Developer Releases a Personal Mod". kotaku.com (ingilis). Kotaku. 29 dekabr 2011. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  72. Kayatta, Mayk. "Fallout: New Vegas Project Director Releases Personal Mod". The Escapist (ingilis). 30 dekabr 2011. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  73. Radian-Helix Media. "Fallout - New California". nexusmods.com (ingilis). Nexus Mods. February 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2020.
  74. Şanell, Maykl. "Fallout: New Vegas developer not dictated by fans". Official Xbox Magazine (ingilis). Future Publishing. February 15, 2010. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  75. Loulor, Skott. "The Music of The Mojave Wasteland". Gamasutra (ingilis). UBM TechWeb. 14 oktyabr 2010: 1, 2, 3. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  76. "Mark Morgan – Bethesda Softworks Forums". forums.bethsoft.com (ingilis). Bethesda Softworks. March 22, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  77. "Obsidian's Lawlor: Original Fallout 1, 2 Tracks In New Vegas As 'Homage'". Gamasutra (ingilis). UBM TechWeb. 14 oktyabr 2010. November 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  78. MakDonald, Keza. "Fallout: New Vegas UK Review". uk.pc.ign.com (ingilis). IGN. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  79. MacDonald, Keza. "Fallout: New Vegas UK Review". uk.ps3.ign.com (ingilis). IGN. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  80. Uaythed, Den. "Fallout: New Vegas". eurogamer.net (ingilis). Eurogamer. 19 oktyabr 2010. May 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  81. VanOrd, Kevin. "Fallout: New Vegas Review". gamespot.com (ingilis). GameSpot. 20 oktyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  82. "Fallout: New Vegas review". giantbomb.com (ingilis). Whiskey Media. 18 oktyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  83. Nelson, Mayk. "Fallout: New Vegas Review". 1up.com (ingilis). 1UP.com. 25 oktyabr 2010. October 22, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  84. Gilbert, Ben. "Obsidian missed Fallout: New Vegas Metacritic bonus by one point". engadget.com (ingilis). Engadget. 15 mart 2012. June 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  85. Datton, Fred. "Redundancies at Obsidian, next-gen project axed - report". engadget.com (ingilis). Eurogamer. 14 mart 2012. 13 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  86. Mitchell, Richard. "Fallout: New Vegas ships 5 million, more patches incoming". joystiq.com (ingilis). Engadget. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  87. Valiç, Teo. "Fallout: New Vegas Rakes $300 Million at Launch, $50M+ Online". brightsideofnews.com (ingilis). Bright Side of News. 8 noyabr 2010. October 22, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.
  88. Kollar, Fillip. "Fallout 4 could be a bigger hit than Skyrim". Polygon (ingilis). Vox Media. 10 noyabr 2015. 13 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2020.

Xarici keçidlər

redaktə

Məlumat

redaktə

Treylerlər

redaktə