Ecco2K (tam adı: Zak Arogundade Gaterud; 23 oktyabr 1994, London) — İsveç dizayneri, vizual artisti, müğənnisi, repçisi.

Ecco2K
Ümumi məlumatlar
Ləqəbi Ecco2k[1]
Doğum tarixi 23 oktyabr 1994(1994-10-23) (29 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqi prodüseri, müğənni, repçi, model[d], dəb dizayneri
Fəaliyyət illəri 2013-cü ildən
Albom şirkəti YEAR0001

O, yeniyetmə yaşlarında qrafik dizaynerlik sənətini öyrənib. 2004-cü ildə dostu və sinif yoldaşı Bladee ilə Krossad adlı musiqi qrupu yaradıb. Bundan üç il sonra o, Alaska adlı öz moda brendinin əsasını qoymuş və daha sonra İsveçin Eytys adlı ayaqqabı markasında dizayner kimi işə düzəlmişdir. 2013-cü ildə uşaqlıq dostları Bladee, Thaiboy Digital və Whitearmor ilə birlikdə Drain Gang musiqi kollektivini formalaşdırıb. O, "Peroxide" mahnısına olan klipi Öresund boğazında yerləşən Lilqrund külək fermasında lentə aldırıb.

Həyatı

redaktə

Ecco2K Stokholmda və ya Londonda anadan olub. Əslən Nigeriyadan olan britaniyalı atası arxitext, İsveçdən olan anası isə makiyaj artistidir.

Diskoqrafiya

redaktə

Studiya albomlar

  • E (2019)

Mini-albomlar

  • Crush Resist (2015)
  • PXE (2021)

Kollaborativ albomlar

  • D&G (2017) (Bladee və Thaiboy Digital ilə)
  • Trash Island (2019) (Bladee və Thaiboy Digital ilə)
  • Crest (2022) (Bladee ilə)

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə