Dehidrogenləşmə
Bu məqalə qaralama halındadır. |
Dehidrogenləşmə — hidrogenin üzvi maddə molekullarından ayrılmasıdır. Hidrogen akseptorlarının təsiri altında və ya katalizatorların iştirakı ilə həyata keçirilir. Katalitik dehidrogenləşmə və əksinə dönən reaksiya hidrogenləşmə bir-birilə dəyişkən termodinamik tarazlıq vasitəsilə əlaqəlidir. Dehidrogenləşməyə keçmə temperaturun artmasına və təzyiqin enməsinə səbəb olur. Dehidrogenləşməni adətən 300ºC-dən yuxarı temperaturda və 0,1–5 MPa təzyiqdə həyata keçirirlər. Daha yüksək təzyiqin tətbiqinin vacibliyini müvafiq temperaturun artması ilə əlaqələndirirlər.
Dehidrogenləşmə katalizatorları adətən tərkibində keçirici metallar, onların oksidləri və ya sulfidləri olan çoxkomponentli sistemlərdir. Dehidrogenləşmə zamanı reaksiyaya məruz qalan birləşmə katalizatorla kompleks, ardınca ayrılan H2 və katalizator səthindən desorbsiya olunan dehidrogenləşmə məhsulu əmələ gətirir. Doymuş və doymamış tsiklik birləşmələrin aromatik birləşmələrə çevrilməsi dehidroaromatikləşmə adlanır. Katalitik dehidrogenləşməyə oksidləşdiricilərin (O2, SO2, H2O2, I2, Br2 və.s.) təsiri altında qaz fazada keçən oksidləşdirici dehidrogenləşmə həmçinin aiddir. Reaksiya praktiki olaraq dönməzdir bu da məqsədyönlü məhsulların çıxımının artmasına səbəb olur. Belə ki, metanol gümüş katalizatorunun iştirakı ilə oksigenli havada 400°С –də formaldehidə oksidləşir. Məhsulun çıxımı 80% -ə yaxın olur. Oksidləşdirici dehidrogenləşmə olefinlərə, alkilbenzollara və digər üzvi birləşmələrə müxtəlif katallizatorların iştirakı ilə tətbiq edilir.
Dehidrogenləşmə prosesinin özəllikləri
redaktəDehidrogenləşmənin kimyəvi induksiyadan istifadə etməklə radikal- zəncirvari mexanizm üzrə həyata keçirilməsi bir sıra üstün cəhətlərə malikdir:
- Katalizatorlar və onların sintezi və regenerasiyası ilə bağlı məsrəflər sərf olunmur;
- Reaksiyanın kinetikasının və mexanizminin öyrənilməsini radikal –zəncirvari proseslər sahəsində fundamental tədqiqatların yaxşı işlənmiş, dəıqiq ifadəsinin tapmış müddəaları bazasında həyata keçirmək olar;
- Reaksiyaların kinetik modelləri alınmış təcrübi göstəriciləri yaxşı təkrarlayır, deməli, tədqiq olunan reaksiyaların həm süürətini, həm də istiqamətini şüurlu sürətdə idarə etməyə imkan verir;
- Prosesin yüksək selektivliyi əhəmiyyətli miqdarda bir-birindən çətin aralanan komponentlərin ayrılması ilə bağlı bir sıra texnoloji əməliyatları istisna etməyə imkan verir, selektivliyin artması prosesin xammal resurslarından daha tam istifadə etməyə imkan yaradır;
- Qoşulma dehidrogenləşmə elə doymamış birləşmələr almağa imkan yaradır ki, onların adi üsullarla sintezi ya mümkün deyil, ya da az səmərəlidir.
Tarixi
redaktə1960-cı illərin ortalarından butan və izopentanın oksigenlə birmərhələli oksidləşdirici dehidrogenləşməsi divinil və izopren alınması üçün tətbiq edilir. Keçmiş SSSR-də 1984-cü ildə dehidrogenləşmə yolu ilə 2mln.tondan çox butadien və 11 mln.ton stirol alınmışdır.
Tətbiqi
redaktəDehidrogenləşmə üsulundan dərman sənayesində, neft-kimya sənayesində, xalq təsərrüfatında geniş istifadə olunur. Dərman vasitələri, aromatik birləşmələr və.s.alınmasında tətbiq edilir.
Mənbə
redaktə- Tofiq M. Nağıyev "Sinxron reaksiyalara koherent baxış" Bakı 2018 s. 151–173
- АлхазовТ. Г., Лисовский А. Е., Окислительное дегидрирование углеводородов, М., 1980;
- Гейтс Б. К., Кетцир Дж., Шуйт Г., Химия каталитических процессов, пер. с англ., М., 1981;
- Адельсон С. В.. Вишнякова Т. П.,Паушкин Я. М., Технология нефтехимического синтеза, 2 изд., М., 1985; Imai Н. [а.о.], "Materials Research Bulletin", 1985, v. 20, № 5, p. 511–16. B. B. Лунин.
- Физер Л., Физер М., Реагенты для органического синтеза, пер. с англ., т. 1–7, М., 1970–78