Daxili Qoşunlar Günü

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.

Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.[1][2] Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.

Daxili Qoşunların sıralarından yüzlərlə vətən oğlu şəhid oldu. Onlardan 9 nəfərinə (8-inə ölümündən sonra) ölkəmizin ən yüksək adı olan "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şü- caətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşlar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü elan edilmişdir.[3][4]

İstinadlar

redaktə
  1. "DİN Daxili Qoşunlarda 12 mart tarixi "Daxili Qoşunlar Günü" kimi təntənəli şəkildə qeyd olunur". dq.mia.gov.az. 2024-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  2. "12 Mart Daxili Qoşunlar Günüdür İctimai sabitliyin keşiyində". din.nmr.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  3. "12 Mart – Azərbaycan Daxili Qoşunlar Günüdür". www.trt.net.tr. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  4. "12 mart - Daxili Qoşunların yaranması günüdür". Azertag.az.