Davud Əhmədov (1941, Lənkəran2015, Bakı) — aktyor, diktor, redaktor.

Davud Əhmədov
Doğum tarixi 1941
Doğum yeri
Vəfat tarixi 2015
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor

Həyatı

redaktə

Davud Əhmədov 1941-ci ildə Lənkəranda anadan olub. 1960-cı ildə Teatr İnstitutunun kino və dram aktyorluğu şöbəsinə qəbul olunub. İkinci kursda oxuyarkən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Teymur Elçin tərəfindən səsi bəyənilib, "Ulduz" verilişinin aparıcısı olub. 1963-cü "Romeo-Cülyetta və zülmət" əsərində Pavel, 1980-ci illərin əvvəllərində Süleyman Sani Axundovun "Laçın yuvası"nda Ədil bəy obrazlarını canlandırıb. 1965-ci ildə əsgərliyə gedib, 1967-ci ilin yanvarında televiziyaya işə qayıdıb. Şeirlər yazıb. Vaxtilə səsinə görə onu "Azərbaycanın Levitanı" da adlandırıblar. Televiziyanın fondunda 300-dən çox şeir və əsər səsləndirilməsində onun səsindən istifadə olunub.

24 sentyabr 2015-ci ildə vəfat edib. Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.[1]

İstinadlar

redaktə
  1. "Azərbaycanın tanınmış diktoru vəfat etdi". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.