SZ DJI Technology Co., Ltd. — multikopterlər, mikrokontroller, Pilotsuz uçuş aparatları (PUA) və video avadanlıqları istehsal edən Çin şirkəti. PUA sənayesində qabaqcıl və bazar liderlərindən biridir.

DJI
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye elektron sənaye, elektronika, informasiya texnologiyaları
Məhsulları Pilotsuz uçuş aparatı[1], Multikopter, mikrokontroller
Təsis tarixi 2006[2]
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 2.800 nəf. (2015)[5]
dji.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkətin mərkəzi Şençjen şəhərində yerləşir. 2018-ci ildə şirkət, "DJI"nin qərargahı yerləşəcək binalar kompleksinin inşasına başlayır. Kompleksin dizaynı ilə, " Foster və Partners" memarlıq bürosu məşğul olur.[6]

Şirkətin tarixi

redaktə

Şirkətin gələcək məhsullarına qeyri-müəyyən şəkildə və təcrübələr, 2006-cı ildə Honqkonqdakı tələbə yataqxanasında başlayır. Firmanın qurucusu olan (o zaman Honqkonq Elm və Texnologiya Unversitetinin Elektron Mühəndisliyi Fakültəsinin tələbəsi) Van Taonun pilotsuz hava vasitələrinə (PUA) marağı, təxminən 6 min dollar dəyərində olan ilk "prototiplərin" hazırlanmasına səbəb olur. "PUA"nın peyk naviqasiyasından istifadə edərək xəritədə göstərilən marşrut boyunca uçmasına və qalxma nöqtəsinə (XP3.1 WayPoint) qayıtmasına kömək edən ilk serialı nəzarətçi avadanlıqlar 2010-cu ildə buraxılır və çox yüksək qiymətə satışa çıxır.[7] Avadanlığın qiyməti təxminən 10 min dollar olur.[8] 2010-cu ildə şirkətin işçilərinin sayı təxminən 10–20 nəfər, şirkətin gəliri isə bir neçə yüz min dollar idi.[9]

2006–2013-cü illər arasında baş verən, cihazları yaxşılaşdırmaq və məhsulun maya dəyərini aşağı salmaq cəhdləri, qiyməti 800 dollardan az olan daha çox kütləvi pilotsuz təyyarə modelinin ortaya çıxmasına səbəb olr. Bunun nəticəsində, şirkətin məhsulları gözlənilməz bir kütləvi tələbə səbəb olur. Artıq təkcə şirkətlər, dövlət qurumları və peşəkar insanlar yox, sadəcə "uçan kamera" sahibi olmaq istəyən adi insanlar rahat şəkildə "PUA"lara sahib ola bilərdi.[10]

2013-cü ildə şirkət, özunun flaqman məhsulu olan "Phantom quadcopter" modelini bazara təqdim edir. Onun sayəsində şirkət ili 130 milyon dollar gəlirlə başa vurmağı bacarır. Artıq 2014-cü ildə bu modelin təxminən 400.000 ədədi satılır. 2015-ci ildə şirkətin dövriyyəsi 500 milyon dollar təşkil edir.[11]

Bir çox Çin texnoloji şirkətindən fərqli olaraq, DJI başqalarının dizaynına əsaslanan cihazlar istehsal etmir, texnologiyanı heç kimdən borc almır, ancaq özü Pilotsu Uçuş Aparatları bazarında yeniliklər edir. Bu səbəbdən və dron bazarının çox güclü bir şəkildə inkişaf etməsi səbəbindən mətbuat tez-tez DJI ilə Apple arasında paralellər qurur və ya DJI "Dronlar arasında Apple" adlandırılır.[12][13][11]

2015-ci ilin sonunda "DJI"nin, Avropanın tanınmış foto və video avadanlığı istehsalçılarından biri olan "Hasselblad"ın səhmlərinin bir hissəsini əldə etdiyi məlum olur.[14] Şirkətlər, hər iki şirkətin güclü tərəflərini bir araya gətirəcək bir strateji ortaqlıq elan edirlər.[14]

Məhsulları

redaktə
  • DJI Phantom
  • DJI Mavic Pro
  • DJI Inspire
  • DJI Inspire 2
  • DJI Spark
  • DJI Osmo
  • DJI Osmo Mobile
  • DJI Mavic Air
  • DJI Mavic Air 2
  • DJI Mavic 2 Pro
  • DJI Mavic 2 Zoom
  • DJI Osmo Action
  • DJI Ryze Tello
  • DJI Ronin
  • DJI Matrice
  • DJI Agras
  • DJI Mavic Mini
  • DJI Mini 2 (Mavic Mini 2)

İstinadlar

redaktə
  1. http://www.forbes.com/sites/ryanmac/2015/04/14/worlds-largest-drone-manufacturer-dji-seeking-to-raise-at-10-billion-valuation/#3d791f534e44.
  2. http://www.forbes.com/sites/ryanmac/2015/04/14/worlds-largest-drone-manufacturer-dji-seeking-to-raise-at-10-billion-valuation/#41611edc4e44.
  3. https://www.bloomberg.com/news/articles/2016-04-20/drone-maker-dji-willing-to-share-data-with-china-s-government.
  4. The Unicorn List. 2016.
  5. http://www.theverge.com/2015/3/12/8196413/dji-drone-funding-billion-dollar-sales.
  6. Ольга Мамаева Штаб-квартира производителя дронов по проекту Foster + Partners Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine — Art and Houses, 15 мая 2018
  7. https://web.archive.org/web/20160426090530/http://www1.investhk.gov.hk/zh-hk/success-stories/seeing-the-unseen/
  8. "Arxivlənmiş surət". 2016-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-25. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  9. https://web.archive.org/web/20160413142139/http://newseed.pedaily.cn/201509/201509011321370.shtml
  10. https://web.archive.org/web/20160415150728/http://www.forbes.ru/tekhnologii/mekhanizmy-i-gadzhety/288877-voina-dronov-kak-frenk-veng-sozdal-novyi-rynok-i-stal-milli?page=0,0
  11. 1 2 "Arxivlənmiş surət". 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. https://web.archive.org/web/20160406040740/http://www.investopedia.com/articles/investing/020116/dji-chinas-drone-maker-apple-drones.asp
  13. "Arxivlənmiş surət". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. 1 2 "Arxivlənmiş surət". 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09. (#redundant_parameters); (#redundant_parameters)