Cocuq Mərcanlı

Cəbrayıl rayonunda kənd

Cocuq MərcanlıAzərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır.[3] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir.

Cocuq Mərcanlı
39°23′34″ şm. e. 47°17′48″ ş. u.HGYO
Ölkə
Region Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 200 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.428 nəf.[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 14
Xəritəni göstər/gizlə
Cocuq Mərcanlı xəritədə
Cocuq Mərcanlı
Cocuq Mərcanlı
Cocuq Mərcanlı xəritədə
Cocuq Mərcanlı
Cocuq Mərcanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

redaktə

Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır.[4] Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.[5]

1993-cü ildə Ermənistan ordusu hücuma keçərək Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirib və kənd tamamilə dağıdılıb. 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi Aprel döyüşləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.[6]

Coğrafiyası və iqlimi

redaktə

Əhalisi

redaktə

Qarabağ müharibəsindən əvvəl kənddə 1075 nəfər – 283 ailə yaşayıb.

Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 2018-ci il üçün 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.

Mədəniyyəti

redaktə

Kənddə kitabxana, poçt və yerli administrasiya fəaliyyət göstərir.

Təhsil

redaktə

Kənddə məktəb fəaliyyət göstərir.

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və üzümçülük təşkil edib. Kənddə dəyirman fəaliyyət göstərib.

10 fevral 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədilə 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.[7]

Kənddə Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.[8]

Səhiyyə

redaktə

Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

redaktə
  1. https://report.az/multimedia/cocuq-mercanli-sakinleri-nece-yasayir-foto-vi-deoreportaj/.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  4. Cocuq Mərcanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  5. Гаджиев Г.И. Восстановление древних морфем в тюркских языках // Этимологические и историко-морфологические исследования тюркских языков. — Б., 1987. — С. 7.
  6. President. "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 24 yanvar 2017. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  7. "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 10 fevral 2017. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-11.
  8. MÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)

Xarici keçidlər

redaktə