Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[2][3][…], Nyu-York, Nyu-York ştatı[4]27 yanvar 2010[5][6][…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı.

Cerom Selincer
ing. Jerome David Salinger
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Korniş, Nyu-Hempşir, ABŞ
Dəfn yeri
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
Fəaliyyəti Çovdarlıqda uçurumdan qoruyan (roman, 1951), Doqqoz hekayə (1953), Seymur: Giriş (1963)
Fəaliyyət illəri 1940-1965
Əsərlərinin dili İngilis
İlk əsəri Gənc adamlar (1940)
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı.

Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır.

1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır.

1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub. Xüsusən o dövrün gənc oxuyucularını təsirləndirən bu roman Selincerə məşhurluq qazandırır. Dünyanın müxtəlif ölkələrində ümumilikdə 60 milyon nüsxə ilə satılmış bu roman Devidin yazdığı yeganə romandır.

Həyatı

redaktə

Atası Solomon Selincer yəhudi əsilli Litvalıdır. O, gündəlik topdan satış pendir alveri ilə məşğul olurdu. Anası Meri Cillik yəhudi dinini qəbul etmiş şotland-irlandıyalıdır. Ceromun yeganə bacısı Dorris isə ondan səkkiz yaş böyük idi.

1942-ci ildə Cerom hərbi xidmətə çağırılmış, daha rabitə qoşununda zabit-serjant məktəbini bitirmişdi. Hətta bəzi əsirlərlə bağlı əməliyyatlarda da iştrak etmişdi.

Yaradıcılığı

redaktə

1940-cı illərin sonunda dzen- buddizmi araşdırmağa başlamışdı.

Romanı çap edilməmişdən qabaq Ceromun artıq iyirmi altı əsəri, yeddi novellası işıq üzü görmüşdü. Daha sonralar yazdığı iki novellanı birləşdirərək 1953-cü ildə " Doqquz novella " kitabını çıxarmışdı.

60-cı illərdə dərc olunan "Freeni və Zui" novellası və "Raise High the Roof Beam, Carpenters" povesti Devidə ədəbiyyat yolunda yenilik gətirir. O, əsərdə yaratdığı intellektual, zərif, incə Qlass ailəsi obrazını yeni fikirlərinin bələdçisinə çevirir. Bu qəhrəmanları sayəsində Dzen buddizm, iddiasız, mülayim mistisizm, nihilizm və Tolstoy ideyalarını sintez etməyi bacarır. Romanından sonra Devid demək olar müsahibə verməkdəm tamamilə imtina etməyə başladı. 1965-cı ildə isə çap etdirməyi ümumiyyətlə dayandırdı və yalnız özü üçün yazmağı qərara aldı. Bəzi köhnə yazılarına isə qadağa qoydu.

Həyatının son illərində isə öz böyük darvazalı evində qalır və heç kimlə görüşmürdü. Müxtəlif ruhani meditasiyalar, praktikalar edirdi. Buddizm, hinduizm, yoqa, makrobiotika, dianetika ilə maraqlanırdı. Və eləcə də qeyri- ənənəvi tibblə, urinoterapiya ilə, homeopatiya ilə, müəyyən xristian elmləri ilə məşğul olurdu.

Devid Selincer 2010-cu il 27 yanvarda 91 yaşında Nyu-Hempşir ştatında, öz evində vəfat etmişdir.[7].

İstinadlar

redaktə
  1. Find a Grave (ing.). 1996.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Itaú Cultural J. D. Salinger // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  4. Deutsche Nationalbibliothek Record #118605054 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. McGrath C. J. D. Salinger, Literary Recluse, Dies at 91 (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2010. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  6. J. D. Salinger // filmportal.de. 2005.
  7. "Selincer vəfat edib". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-09.

Xarici keçidlər

redaktə