Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi,[1] Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru,[2][3][4] "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır.[5]
Cavad Heyət | |
---|---|
Doğum tarixi | 24 may 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 2014 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
İran Şahlığı İran İslam Respublikası Azərbaycan Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Atası | Mirzə Əli Heyət |
Anası | Məsumə Sultan |
Elm sahəsi | jurnalist |
İş yerləri |
"Varlıq" jurnalı “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalı Müxtəlif özəl və dövlət xəstəxanaları |
Təhsili |
|
Tanınmış yetirməsi | Rza Heyət |
Tanınır | Türkologiya, Cərrahiyyə, Filologiya sahələrində |
Mükafatları |
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatı “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.[6]
O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Təhsili
redaktəCavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuşdur. Burada təhsil alarkən özü Avropa universitetlərindən birinə qəbul olmaq istəyirmiş Lakin atası Mirzə Əli Heyət buna mane olmuşdur.[7]
Bundan sonra Cavad Heyət ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.[7]
Ailəsi
redaktəCavad Heyət Mirzə Əli Heyətin 9 övladından biridir.
"Varlıq" dǝrgisinin imtiyazını özündǝn sonra Rza Heyətin adına keçmǝsini rǝsmi şǝkildǝ vǝsiyyǝt etmişdir.
Fəaliyyəti
redaktəTibb sahəsində fəaliyyəti
redaktəBundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərslik kitabının müəllifidir.[7]
Türkologiya sahəsində fəaliyyəti
redaktəCavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoymuşdur.
Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır[8].
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.[6]
Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.[5]
Cavad Heyət və Azərbaycan dili
redaktəBundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.[9]
Cavad Heyət və Türkiyə
redaktəCavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kültür Cəmiyyətini qurmuş, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışmışdır.[5]
1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haqtanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açmış və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərmişdir.[5]
"Varlıq" jurnalı
redaktə"Varlıq" jurnalı (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnaldır. Azərbaycan və fars dillərində çıxır.[10]"Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli jurnalın yaradılmasında və yaşamasında yaxından iştirak etmişdirlər. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.[6] Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.[11]
Süleyman Dəmirələ məktubu
redaktəCavad Heyət, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ məktub yazmış və yardım istəmişdir.[7]
Məktubun bir nüsxəsi o dövrki İran İslam Respublikasının o dövrki XİN rəhbəri Əliəkbər Vilayətiyə də göndərilmişdi.
Mükafatları və fəxri adları
redaktəCavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.[9]
Azərbaycan Yazıçılar Birliyinin M. F. Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.[9]
Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.[9]
Ölümü
redaktəCavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş[12] və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır[13].
Qalereya
redaktə-
Cavad Heyət, anası Məsumə Sultan və qardaşları
-
Cavad Heyət dünyada ilk dəfə insana ürək köçürən Cənubi Afrikalı professor Kristan Barnardı İrana qonaq dəvət etmişdir. Şəkil Şirazda, 1968-ci ildə çəkilmişdir.
-
Cavad Heyət 35 yaşında
-
Cavad Heyət və Bulud Qaraçorlu
-
Cavad Heyət və doktor Müsəddiq
-
1982-ci ildə ADPU-da Cavad Heyətə professorluq verilərkən çəkilən foto
-
Cavad Heyət Çingiz Aytmatov ilə birlikdə
-
Cavad Heyət və "Varlıq" jurnalının redaktor heyəti (2003)
-
Cavad Heyətin məzarı
Əsərləri
redaktəKitabları
redaktə- Azərbaycan ədəbiyyat tarixinə bir baxış — I. Tehran, 1980.[3]
- Müqayisətül-lüğəteyn. Tehran, 1984 (farsca).
- Türk dili və ləhcələrinin tarixinə bir baxış. Tehran, 1987 (farsca).
- Türklərin tarix və mədəniyyətinə bir baxış. Tehran, 1987.
- Azərbaycan şifahi xalq ədəbiyyatı. Tehran, 1988.
- İki dilin müqayisəsi. Bakı, 1989 (farscadan tərcümə).
- Azərbaycan ədəbiyyat tarixinə bir baxış — II. Tehran, 1990.
- Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1990.
- Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1993.
- Türklərin tarix və mədəniyyətinə bir baxış — II. Bakı, 1993.
Məqalələri
redaktə- Vətən və İslam iranlılığının əsasları. Ettelaat, Tehran, mart, 1979 (farsca).[3]
- Azəri türkcəsinin tarixinə bir baxış. Varlıq, 1979.
- İran İslam Respublikasında milliyyətin əsasları (Vətən və İslam). Varlıq, 1979, № 5 (farsca).
- İslam mədəniyyətinin Qərb mədəniyyətinə təsiri. Varlıq, 1979, № 10 (farsca).
- İslam, İnsan "Sartr" və Şəriəti. Ettelaat, Tehran, aprel, 1979 (farsca).
- Qərb mədəniyyətini gözübağlı qəbul etmək olmaz. Bamdad, Tehran, fevral, 1979.
- Əflatun əxlaqiyyatı və "nə etmək gərəkdir" anlayışı. Ettelaat, Tehran, may, 1979.
- Təbrizdə Azərbaycan şair və yazıçılar toplantısında. Varlıq, 1980, № 6.
- Yeganə səfər. Prof. Rüstəm Əliyevin məqaləsinə müqəddimədir. Varlıq, 1980, № 8.
- Həzrəti Əlinin öyüdləri (ərəbcədən tərcümə). Varlıq, 1980, № 6.
- Azərbaycan şifahi xalq ədəbiyyatı (1–12). Varlıq, 1981.
- Azərbaycanın tanınmış böyük şairi Murtaza Quluxan Zəfər. Varlıq, 1981.
- Dədə Qorqud kitabı – ölməz söz xəzinəmizdən incilər. Varlıq, 1981, № 4.
- XIV əsr Azərbaycanın böyük şairi Qazi Zərir haqqında bir neçə söz. Varlıq, 1981, № 9.
- Nəsir Bakuidən bir müxəmməs. Varlıq, 1981, № 11, 12.
- Könül dərdi – Həmiddən ön söz. Varlıq, 1981, № 11, 12.
- İzah (Azərbaycan ədəbiyyat tarixinə bir baxış kitabına dair). Varlıq, 1982, № 1.
- Türk dili və ləhcələrinin tarixi kitabından bir bölmə: Azərbaycan türkcəsinin adı və mövqeyi haqqında. Varlıq, 1982, № 3–4 (farsca).
- Türk dili və ləhcələrinin tarixi. Varlıq, 1982, № 9–10 (farsca).
- Türkmən dili və ədəbiyyatının tarixi haqqında bir neçə söz. Varlıq, 1982, № 11–12 (farsca).
- İslamda və başqa məktəblərdə əxlaqın əsasları. Varlıq, 1982, № 11–12 (farsca).
- Boğucu Pəhləvi dövründə Azərbaycan dili və ədəbiyyatının geriləməsi və İslam İnqilabından sonra onun yenidən çiçəklənməsi (İndiana Universiteti – Birinci Türk Araşdırmaları Beynəlxalq Konfransındakı məruzə). 1982 (ingiliscə).
- Azərbaycan ədəbiyyat tarixinə bir baxış (1–38). Varlıq, 1983.
- Mömin və etiqadlı şair Mehmet Akif. Varlıq, 1983, № 1–2 (farsca).
- Yunus Əmrə — Türkiyənin mütəsəvvif xalq şairi. Varlıq, 1983, № 5–6 (farsca).
- Əski türk şeirində vəzn, şəkil və qafiyə. Varlıq, 1983, № 7–8.
- Oğuzlar. Varlıq, 1983 (farsca).
- "Kutadqu Bilik" və ya Səadət Elmi. Varlıq, 1983, № 9–10 (farsca).
- Mahmud Kaşğarinin "Divani-lüğatit-türk"ü. Varlıq, 1983, № 11–12 (farsca).
- Həzrəti Məhəmmədin öyüdləri (ərəbcədən tərcümə). Varlıq, 1983.
- Nəsimidən rübailər. Varlıq, 1984, № 9–10 (farsca).
- Məhəmməd Əmani. Varlıq, 1984, № 11–12.
- Nəvai. Varlıq, 1985, № 1–2.
- Ədəbiyyat bizim dövrümüzdə. Varlıq, 1985, № 5–6 (farsca).
- XX əsrdə Güney Azərbaycan ədəbiyyatı. Varlıq, 1985, № 9–12.
- XX əsrdə Azərbaycan ədəbiyyatı. Birinci Beynəlxalq Türkoloji Kongresi. İstanbul, iyul, 1985.
- Ağqoyunlular. Varlıq, 1986, № 1–2.
- Əski Türk kitabələri. Varlıq, 1986, № 3–5.
- İslam dövrü türk ədəbiyyatı (1–3). Varlıq, 1986.
- Türk dilinin qısa tarixi. Təbriz Universitetində qurulan Azərbaycan-Türk dilinin tədqiqi Seminarında oxunan məruzə. Təbriz, 1987 (farsca).
- Azərbaycan türkcəsinin tarixi. Varlıq, 1987, № 2.
- Füzulinin dili (1–2). Varlıq, 1987, № 3–4.
- Füzulinin ədəbi şəxsiyyəti. Varlıq, 1987, № 5.
- Təbriz Universitetində Azərbaycan-Türk dilinin tarixi haqqında Dr. Cavad Heyətin çıxışı. Ettelaat, 1987, iyun (farsca).
- Füzulinin ədəbi təsiri və təəssürü. Varlıq, 1988, № 1.
- Ustad Məhəmməd Hüseyn Şəhriyar. Varlıq, 1988, № 3.
- Xələc türkcəsi. Varlıq, 1988, № 4 (farsca).
- Xorasan türkcəsi. Varlıq, 1988, № 5 (farsca).
- Ləhcə və dil. Şərqi Azərbaycan Ostanının coğrafiyası, 1988 (farsca).
- Şəhriyar. Türk dili, Türkiyə, 1988, № 442.
- "Oğuznamə", Məcməül-əmsali-Məhəmməd Əli. Türk kültürü, Türkiyə, 1988, № 307.
- "Oğuznamə", ya Oğuz atalar sözü və məsəlləri. Varlıq, 1989, № 1.
- Təbriz ləhcəsi haqqında (Dr. M. Məmmədovla birlikdə). Varlıq, 1989, № 1.
- Cahanşah Qaraqoyunlu və şeirləri. Varlıq, 1989, № 2.
- Məhəbbətname-i Xarəzmi. Varlıq, 1989, № 2.
- Bakı səfəri. Varlıq, 1989, № 3.
- Şimali Azərbaycanda baş veren qanlı hadisələr və qırğınlar. Varlıq, 1989, № 4.
- Füzulinin söz dağarcığı (VI Beynəlmiləl Türkoloji Konqresində oxunan məruzə). Türk Kültürü Araştırmaları, Türkiyə, 1989, № 2.
- Quzey Azərbaycanda baş veren qanlı hadisələr və qırğınlar. Xəzər, Bakı, avqust, 1990.
- Bakı səfəri. Türk yurdu, Türkiyə, aprel, 1990.
- İranlılıq və etnik dillər. Keyhan-e həvai, Tehran, avqust, 1990 (farsca).
- İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri. Varlıq, 1990, № 1.
- İranlılıq və etnik dillər. Varlıq, 1990, № 2.
- Bakıdan gələn əziz qonaqlar. Varlıq, 1990, № 1.
- Sovet Azərbaycanında əlifba məsələsi. Varlıq, 1990, № 2.
- Ankarada Türk dili qurultayı. Varlıq, 1990, № 3.
- Alim qardaşım polkovnik Dr. Murtəza Heyətin yasında. Varlıq, 1990, № 3 (farsca).
- Məhəmməd Əmin Rəsulzadə. Varlıq, 1990, № 4.
- Müasir şeirin Hafizi. Karvan, Bakı, sentyabr, 1990.
- İslam mədəniyyətinin Qərb mədəniyyətinə təsiri. Mədəniyyət, Bakı, mart, 1990.
- Məhəmməd Əmin Rəsulzadə (1–2). Dalğa, Bakı, may, 1990.
- Azərbaycan – mədəni və etnik bağlılıq. İran taymz, № 43, 28 dekabr, 1990.
- Sovet Azərbaycanında əlifba məsələsi. Keyhan-e həvai, Tehran, 1990, № 191 (farsca).
- "Xəmsə"də türkcə sözlər (1–2). Ədəbiyyat, Bakı, iyul-avqust, 1991.
- Türklərdə əlifba məsələsi. Ədəbiyyat, Bakı, mart, 1991.
- Tehrandan məktub ("Dalğa"nın ilk nömrəsinə). Dalğa, Bakı, fevral, 1991.
- Həkim Nizaminin əsərlərində türkcə sözlər, məfhumlar və atalar sözləri. Varlıq, 1991, № 1 (farsca).
- "Quran" və İslam. Varlıq, 1991, № 1–3.
- Fəzilət günəşinin batışı. Dr. Qulamhüseyn Sadiqinin vəfatı. Varlıq, 1991, № 1 (farsca).
- Yunus Əmrə — mütəsəvvif Türk şairi. Varlıq, 1991, № 2 (farsca).
- Yeni tapıntı: Baltazar-Sparenfeld məcmuəsi. Varlıq, 1991, № 2.
- Azərbaycanın Baş nazirinə "Varlığ"ın teleqramı. Varlıq, 1991, № 3 (farsca).
- Türk dilinin tarixi. Varlıq, 1991, № 4 (farsca).
- "Kutadqu Bilik"də Quran və hədisin təsiri (Yazan: Mehmet Koca; Çevirən: Dr. Cavad Heyət). Varlıq, 1991, № 4.
- Məhəmməd Əmin Rəsulzadə. Milli kültür, Türkiyə, 1991, № 87.
- Gəncəli Nizaminin "Xəmsə"sində türkcə sözlər, məfhumlar və atalar sözləri. Milli kültür, Türkiyə, 1991, № 90.
- Həkim Nizaminin əsərlərində türkcə sözlər, məfhumlar və atalar sözləri. Foruğ-e azadi, 1991 (farsca).
- "Qura"n və İslam (1–3). Ədəbiyyat, Bakı, sentyabr, 1991, yanvar, 1992, iyul, 1992.
Söhbət və dəyərləndirmələri
redaktə- "Fars dili – İranlı qövmiyyətinin böyük əlaməti" məqaləsi haqqında bir neçə söz. Varlıq, 1982, № 5, 6 (farsca).[3]
- "İran və türklər Sasanilər dövründə" kitabı haqqında bir neçə söz. Varlıq, 1986, № 6, 7, 8.
- Yenə də məzlum İran. Nəşr-e daneş, Tehran, 1993, № 6.
- "Türk ədəbiyyatı, Azərbaycan bölücülərinin nidası" məqaləsinə cavab (farsca).
- "Azərbaycan haradır?" məqaləsinə cavab. Varlıq, 1990, № 3.
- "Azərbaycan haradır?" məqaləsinə cavab. Keyhan-e həvai, Tehran, yanvar, 1991.
- "Azərbaycan haradır?" məqaləsinə cavab. Dirilik, Amerika, 1992, № 1.
- Azərbaycanın adı haqqında tədqiq – "Dəmir mismar daşa keçməz" və "Azərbaycan" məqalələrinə cavab. Kəhkəşan, Tehran, 1992, № 18.
- "Boz qurdun dişi" nifaqın iti qayçısı – "Boz qurdun əfsanəsi" məqaləsinə cavab. Keyhan-e həvai, Tehran, mart, 1992 (farsca).
- "Parlamentin dilçilik haqqındakı qərarı" məqaləsinə cavab. Bəhar-e Azərbaycan, Tehran, yanvar, 1992.
- "Gün" sözü. Varlıq, 1992, № 3 (farsca).
- Gerçəyi söyləmək və ya xəyala dalmaq – "Mühəndis Bazərqan və simaların o biri üzü" məqaləsinə cavab. Keyhan-e həvai, sentyabr, 1993.
- Gerçəyi söyləmək və ya xəyala dalmaq – "Mühəndis Bazərqan və simaların o biri üzü" məqaləsinə cavab. Varlıq, 1993, № 2 (farsca).
- İnkar divarının arxasında, ya hamının gözü önündə – "Həqiqətin parlaq siması tarixi hadisələrin ötəsində" məqaləsinə cavab. Keyhan-e həvai, Tehran, 1993 (farsca).
- Əziz Möhsininin "Dədə Qorqud" kitabı barədə. Varlıq, yaz, 2003.
- Aran Azərbaycanın bir vilayətidir. M. Əbhəriyanın məqaləsinə cavab. Varlıq, yaz, 2006 (farsca).
- Cənab Papın sözlərinə qısa cavab. Varlıq, yay, 2006 (farsca).
- Əhməd Kəsrəvinin ərəb dilində məqaləsi haqqında qeydlər. Varlıq, payız, 2006 (farsca).
Müsahibə və reportajları
redaktə- İranın yarısı türkcə danışır. Bayrak, Türkiyə, 1988.[3]
- Hər şey mədəniyyətdən başlayır. Ədəbiyyat və incəsənət, Bakı, sentyabr, 1989.
- Ankarada Birinci Türk dili konqresinin raporu – Dr. Cavad Heyətlə müsahibə. Keyhan, Tehran, oktyabr, 1990 (farsca).
- Əməkdaşlıq orbitində: Cərrahların səmərəli əlaqələri. Bakı, fevral, 1990.
- İranlı türkoloq: hökumət bizə yardımçı olur. Tercüman, Türkiyə, 1990.
- Əlifba haqqında Amerika radiosu ilə müsahibə. Əbrar, Tehran, yanvar, 1991.
- Danışır simpozium iştirakçıları. Ədəbiyyat, Bakı, aprel, 1991.
- Sözdən işə keçməyimiz məni çox sevindirdi. Dalğa, Bakı, aprel, 1991.
- Ağlımızı hislərimizə hakim qılaq. Mədəniyyət, Bakı, iyun, 1991
- Erməni təxribatı hər yerdə mövcuddur. Azərbaycan müəllimi, iyul, 1992.
- Xalqımızın istiqbalı parlaqdır. Doğru yol, Bakı, iyun, 1991.
- Redaksiyamızın qonağı: Kərbəlaya gedən cığır. Ədəbiyyat, Bakı, aprel, 1994.
- Şəhriyar çağımızın Hafizidir. Kültür ve senet, Türkiyə, mart, 1994.
- Şəhriyar bir çıraq idi. Şəhriyar, Bakı, oktyabr, 1994.
- Şimallıların ifrat təəssübkeşliyi cənubluların başını ağrıdır. 7 gün, Bakı, dekabr, 1994.
- Cavad Heyətlə müsahibə. Varlıq, 1995, № 98–3.
- Cavad Heyət. Yunus, Trabzon, 1997, № 17.
- Cavad Heyətlə özəl müsahibə. Mobin, Tehran, 1999, № 2.
- Cavad Heyət Bakıdadır. Günaydın, Bakı, 6 – 7 aprel, 2000.
- "Kitabi-Dədə Qorqud" dastanı xalqımızın şah əsəridir. Xalq, Bakı, 2 aprel, 2000.
- Doktor Cavad Heyətlə görüşlərim və təəssüratım. Varlıq, yaz, 2000, № 116–1.
- İstəyin son həddi eşqdir. İmpuls, Bakı, 17 avqust, 2001.
- Bakının şöhrətli qonağı. Respublika, Bakı, 4 aprel, 2003.
- Varlığımızı yaşadan "Varlıq". Nəvid-e Azərbaycan, № 345, 18 may, 2004.
- Dünyada gedən proseslərlə ayaqlaşmalıyıq. Xalq cəbhəsi, Bakı, 29 iyun, 2005.
- XX–XXI əsrlərin alim və mütəfəkkiri, canlı ensiklopediya kimi tanınmış doktor Cavad Heyət. Şərq fəlsəfəsi problemləri, № 1–2, 2005–2006.
- İki elin ağsaqqalı. Birlik, Bakı, 5 avqust, 2006.
- 82 ildə ürəyim heç vaxt ağrımayıb. Müsavat, Bakı, 9 sentyabr, 2007.
- Şərq və Qərb – ziddiyyətli məfhumlar. Nedelya, Bakı, 7 dekabr, 2007 (rus dilində).
- Xalqa xidmət: istər bıçaqla, istər qələmlə. Sepid, 27 yanvar-3 fevral, 2007 (farsca).
- Görkəmli cərrah və türkoloq Dr. Cavad Heyətlə müsahibə. Sina, 27 iyul, 2008 (farsca).
- Ədəbiyyat haqqında ("Səhər" proqramına müsahibə). Varlıq, payız, 2008.
- Ədəbiyyat ruhun inkişafına kömək edir. Ədəbiyyat, Bakı, 22 may, 2009.
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Cavad Heyət — Türklərin Tarix və mədəniyyətinə bir baxış". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ "Əhməd Obalı: Doktor Cavad Heyət Azərbaycana böyük sevgisi ilə yadda qalacaq". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ 1 2 3 4 5 ""Dilimizə sarıldıqca eşqim daha da artdı"". 2015-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ "Doktor Cavad Heyətlə FOTOSÖHBƏT". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ 1 2 3 4 "Prof. Dr. Cevat HEYET". 2014-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ 1 2 3 Əsrin Azərbaycanlısı [ölü keçid]
- ↑ 1 2 3 4 "Atalar və övladlar – Cavad Heyətin varisi: "Səhərə qədər yatmayıb, Süleyman Dəmirələ göz yaşı içində məktub yazdı" - LAYİHƏ". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.
- ↑ http://azertag.az/node/1261311
- ↑ 1 2 3 4 "Məşhur həkim Cavad Heyət vəfat etdi". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ Varlıq Arxivləşdirilib 2019-04-06 at the Wayback Machinefars.
- ↑ "Özünü millətinə həsr edən vətən sevdalısı – Doktor Cavad Heyət". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- ↑ "Doktor Cavad Heyət vəfat edib". ANSPRESS (az.). anspress.com. 13.08.2014 00:37. 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
- ↑ "Cavad Heyət Bakıda dəfn olundu (VİDEO)". ANSPRESS (az.). anspress.com. 15.08.2014 18:51. İstifadə tarixi: 2014-08-15.[ölü keçid]
Ədəbiyyat
redaktə- Pərvanə Məmmədli, Özünü millətinə həsr edən vətən sevdalısı – Doktor Cavad Heyət
- İsmayıl Umudlu. Onun dünyaya baxışı işıqlı baxışdır. Ayna (qəzet), 6,10.2012.