Capcom Co., Ltd.[a]Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis", "Dead Rising", "Sengoku Basara", "Ghosts 'n Goblins", "Monster Hunter", "Breath of Fire" və "Ace Attorney" kimi çox satan videooyun franşizalarının, eləcə də bir neçə "Disney" lisenziyalı videooyunun müəllifidir. 1979-cu ildə təsis olunmuş şirkət Şimali Amerikada, Avropada və Yaponiyada şöbələri olan beynəlxalq müəssisədir.[3]

Capcom
Capcom
カプコン
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kabuşiki qaişa[d], ictimai şirkət
Sənaye videooyun sənayesi[d]
Məhsulu proqram təminatı[1]
Təsis tarixi 30 may 1979
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 783.200.000 $ (2020)
Xalis mənfəəti
  • 148.700.000 $ (2020)
Əməliyyat mənfəəti
  • 219.100.000 $ (2020)
Struktur
İşçi sayı
  • 2.832 nəf.
capcom.com
capcom.co.jp
capcom-germany.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Strukturu

redaktə

Şöbələri

redaktə

Osaka prefekturasının Çuo-ku rayonunda yerləşən baş ofis binası, eləcə də tədqiqat və inkişaf binasına əlavə olaraq, Yaponiya mərkəzli şirkətin Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşən Şincuku Mitsui binasında ofisi var.[4] Həmçinin, şirkətin Mie prefekturasının İqa şəhərində yerləşən Ueno müəssisəsi var.[3]

Beynəlxalq "Capcom Group" Yaponiya, Şimali Amerika, AvropaŞərqi Asiyada 15 şöbəni əhatə edir.[3] Əlaqəli şirkətlərə Cənubi Koreyanın "Koko Capcom Co., Ltd.", ABŞ-nin "Street Fighter Film, LLC" və "Dellgamadas Co., Ltd." aiddir.[5]

Oyunlarla bağlı media

redaktə

Şirkət ev, onlayn, mobil, arkada, paçinko və paçislo oyunlarının istehsalı və nəşrinə əlavə olaraq, strategiya kitabçaları nəşr edir, Yaponiyada "Plaza Capcom" adlı arkada mərkəzləri işlədir və öz franşizalarını əlaqədar məhsullar, filmlər, teleseriallar və səhnə ifaları üçün lisenziyalaşdırır.

Marketinq və musiqi leyblı olan "Suleputer" müəssisəi "Sony Music Entertainment Intermedia" ilə əməkdaşlıq çərçivəsində 1998-ci ildə təsis edilmişdir və "Capcom" şirkətinin oyunları əsasında CD-lər, DVD-lər və başqa media nəşr edir. "Captivate" adlı illik özəl media sammiti ənənəvi olaraq, yeni oyun və biznes anonsları üçün platforma kimi istifadə edilir.

Oyunlar

redaktə

Platin buraxılışlar

redaktə

"Capcom" ilin hər rübündə yenilənən, "Platin buraxılışlar" adı verilən, bir milyondan çox nüsxə satmış videooyunlarından ibarət siyahısını tərtib edir. Siyahıdan 90-dan çox oyun adı var. Aşağıda ən çox satan 10 buraxılış qeyd olunub:

31 dekabr 2019[6] tarixində yenilənib
Açar
  Rəqəmsal yayım da daxildir
Buraxılış Tarix Platforma(lar) Satışlar (milyonla)
Monster Hunter World   yanvar 2018 PlayStation 4, Xbox One, PC 14.9
Resident Evil 5   mart 2009 PlayStation 3, Xbox 360 7.6
Resident Evil 6   oktyabr 2012 PlayStation 3, Xbox 360 7.4
Resident Evil 7: Biohazard   yanvar 2017 PlayStation 4, Xbox One, PC 7.0
Street Fighter II iyun 1992 Super Nintendo Entertainment System 6.3
Resident Evil 2 Remake   yanvar 2019 PlayStation 4, Xbox One, PC 5.8
Resident Evil 2 yanvar 1998 PlayStation 4.96
Monster Hunter Freedom 3   dekabr 2010 PlayStation Portable 4.9
Monster Hunter Generations   noyabr 2015 Nintendo 3DS 4.3
Monster Hunter 4 Ultimate   oktyabr 2014 Nintendo 3DS 4.2

Qeydlər

redaktə
  1. yaponca: 株式会社カプコン Hepbörn: Kabushiki-gaisha Kapukon?

İstinadlar

redaktə
  1. National Software Reference Library.
  2. http://www.capcom.co.jp/ir/company/history.html?tab=3.
  3. 1 2 3 "Corporate Information: Capcom Group". capcom.co.jp (ingilis). Capcom Co., Ltd. August 31, 2009. April 22, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 7, 2020.
  4. "Locations Arxiv surəti 7 oktyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 7, 2011, at the Wayback Machine." Capcom. Retrieved on August 12, 2011. "3-1-3 Uchihirano-machi, Chuo-ku, Osaka 540-0037, Japan" and "Shinjuku Mitsui Building 2-1-1 Nishi Shinjuku, Shinjuku-ku, Tokyo"
  5. "Annual Report 2009" (PDF). capcom.co.jp (ingilis). Capcom Co., Ltd. September 17, 2009. October 15, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 7, 2020.
  6. "Capcom, Platinum Titles". capcom.co.jp (ingilis). Capcom. December 31, 2019. December 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2020.

Xarici keçidlər

redaktə
  • capcom.com — "Capcom" şirkətinin rəsmi saytı  (ing.)

   Yaponiya portalı    Videooyunlar portalı