Biloksi (Missisipi)

BiloksiABŞ-nin Missisipi ştatında şəhər. 2010-cu ildə əhalinin siyahıya alınmasında əhalinin sayı 44054[1] nəfər qeydə alınıb, 2016-cı ildə isə 45975[2] nəfər olduğu açıqlanıb. Qalfport şəhəri ilə birlikdə Biloksi Harrison əyalətinin əsas mərkəzidir. İlk dəfə fransız kolonistlər tərəfindən salınmışdır.

şəhər
Biloksi
ing. Biloxi
30°23′45″ şm. e. 88°53′07″ q. u.HGYO
Ölkə  ABŞ
Tabesində Missisipi
Region Harrison
Başçı Andrey Qiliç
Tarixi və coğrafiyası
Əsası qoyulub 1838
Sahəsi 120.9 km²
Mərkəzin hündürlüyü m
Saat qurşağı
Əhalisi
Əhalisi 45,975 nəfər (2016)
Sıxlığı 464.5 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu 228
Poçt indeksləri 39530–39535, 39540
Digər
biloxi.ms.us
Xəritəni göstər/gizlə
Biloksi xəritədə
Biloksi
Biloksi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Biloksi şəhərinin sahil sərhəddi Missisipi çayı boyunca uzanır.

Şəhər ilk dəfə 1699-cu ildə fransızlar tərəfindən salınıb. 1720-ci ildə Luziana ştatının inzibati mərkəzi Mobil şəhərindən Biloksiyə köçürüldü.[3] 1722-ci ilin iyun ayında paytaxt Nyu-Orleansa köçürüldü və Biloksi əvvəlki statusunu itirdi.

Bir müddət şəhər Qərbi Floridanın paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində ABŞ-nin yurisdiksiyası altında keçdi.

Əhalisi

redaktə

2000-ci il siyahıya alınmasına görə, şəhərin irqi quruluşu 71.43% ağlardan, 19.04% afro-amerikalılardan, 0.49% yerli amerikalılardan, 5.11% asiyalılardan, 0.11% pasifik əhalisindən,1.43% digər irqlərdən və 2.38% iki və ya daha çox irqin nümayəsindən ibarətdir. Əhalinin 3.65% -i ispanlardan və ya latın amerikalılarından təşkil olunmuşdur.

2005-ci ildə Katrina qasırğası nəticəsində bir çox vyetnamlı amerikalılar Biloksi şəhərini tərk etdilər. 2009-cu ildə Biloksidəki Vyetnam ictimaiyyətinin üzvləri bildirdi ki, vyetnamlılar Birləşmiş Ştatların digər bölgələrində yoxsul iqtisadi vəziyyətə görə Biloksiyə geri dönürlər.[4]

Təhsil sistemi

redaktə

Şəhərdə Biloksi İctimai Məktəbi və Harrison Əyalət məktəbi yerləşir.

Körfəz sahilində böyük bir Katolik məktəb sistemi var, onun da 15%-i Biloksinin payına düşür.[5]

Virciniya kollecinin Biloksi/Qalfport ərazisində yerləşən geniş bir kampusu var.

İstinadlar

redaktə
  1. "Geographic Identifiers: 2010 Census Summary File 1 (G001): Biloxi city, Mississippi" Arxivləşdirilib 2020-02-13 at Archive.today. American Factfinder. U.S. Census Bureau. Retrieved August 15, 2017.
  2. "Population and Housing Unit Estimates" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. Retrieved June 9, 2017.
  3. "La Louisiane française" (in French), by Virginie Tanlay, from book Histoire de la Louisiane, flfa-enquete7 Archived March 4, 2009, at the Wayback Machine.: states that Iberville chose "le site de Bilocci" (or Biloxi)
  4. Thomas, Danielle. "Biloxi Vietnamese say poor economy equals local population rise Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine." WLOX. May 10, 2009. Updated on May 11, 2009. Retrieved on August 14, 2010.
  5. "Archived copy". Archived from the original on 2011-07-25. Retrieved 2010-11-21.

Xarici keçidlər

redaktə