Azərbaycan (jurnal, 1923)

Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı

AzərbaycanAzərbaycanda nəşr olunan ədəbiyyat jurnalı.

Azərbaycan jurnalı
Baş redaktor İntiqam Qasımzadə
Növ Aylıq jurnal
Format A4
Təsis tarixi 28 yanvar, 1923
Qərargah Azərbaycan, Bakı şəhəri,
Dil Azərbaycan dili

Haqqında

redaktə

"Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.[1]

24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır[2].

27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar.[3]

Jurnalın şöbələri

redaktə
  1. Poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq, publisistika.

Müxtəlif illərdə jurnal aşağıdakı adlarla çıxıb

redaktə
  1. "Maarif və mədəniyyət — 1923–1927-ci illərdə
  2. "İnqilab və mədəniyyət" — 1928–1936-cı illərdə
  3. "Revolyusiya və kultura" — 1936–1941-ci illərdə
  4. "Vətən uğrunda" — 1941–1946-cı illərdə
  5. "İnqilab və mədəniyyət" — 1946–1952-ci illərdə
  6. "Azərbaycan" — 1953-cü ildən bu günə kimi

Baş redaktorları

redaktə
  1. Tağı Şahbazi Simurq — 1923
  2. Cəlil Məmmədzadə — 1924–1926
  3. Ruhulla Axundov — 1927–1928
  4. Mustafa Quliyev — 1929–1932
  5. Museyib Şahbazov — 1932–1933
  6. Hacıbaba Nəzərli — 1934
  7. Məmməd Kazım Ələkbərli — 1934–1936
  8. Mirzə İbrahimov — 1938–1941
  9. Məmməd Arif — 1942–1945
  10. Mehdi Hüseyn — 1946–1950; 1954
  11. Əbülhəsən — 1952–1953
  12. Əli Vəliyev — 1954; 1958–1959
  13. Əhməd Cəmil — 1959–1960
  14. Qılman Musayev — 1963–1966
  15. Cəlal Məmmədov — 1966–1975
  16. İsmayıl Şıxlı — 1976–1978
  17. Əkrəm Əylisli — 1978–1983
  18. Cabir Novruz — 1984–1987
  19. Yusif Səmədoğlu — 1987–1997
  20. İntiqam Qasımzadə — 1997 -dən bu günə kimi.

İstinadlar

redaktə
  1. ""Azərbaycan " dərgisi". 2012-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
  2. Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 1997-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli, 846 nömrəli Fərmanı". e-qanun.az. 27 yanvar 2003-cü il. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.