Avraam ibn Əzra (təq. 1092[1][2][…], Tudela[1]23 yanvar 1167[1][2][…]) — Orta əsr yəhudi şairi, filosof və ilahiyyatçısı.

Avraam ibn Əzra
ivr.אברהם אבן עזרא‏‎
Doğum adı أبو إسحاق إبراهيم بن ماجد بن عزرا
אַבְרָהָם בֶּן מֵאִיר אִבְּן עֶזְרָא
Doğum tarixi
Doğum yeri İspaniya
Vəfat tarixi
Vəfat yeri İspaniya
Elm sahələri poeziya, Talmud, Alaha
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Müsəlman İspaniyanısnın yetişdirdiyi ən böyük yəhudi mütəfəkkirlərindən olan Avraam ibn Əzra (Abraham ben Meir ben Ezra) 1089-cu ildə İspaniyanın Tudela şəhərində doğulmuşdur. Öz dövrünə görə mükəmməl təhsil almış, qrammatikanı, fəlsəfəni, tibbiastronomiyanı öyrənmişdir. Onun əsas fəaliyyəti isə ilahiyyat və poeziya ilə bağlı olmuşdur. İbn Əzranın həyatı bir sıra məhrumiyyətlərlə keçmiş, ona görə də mesenatların xidmətində yaşamaq məcburiyyətində qalmışdır. Uzun müddət Şimali Afrikada yaşamış, 1140-cı ildə daxili çəkişmələrlə sarsılan İspaniyanı tərk edərək, Qərbi Avropa ölkələrinə yollanmışdır. Fransa, İtaliyaProvansda yaşamış, 1158-ci ildə Londonda səfərdə olmuşdur. Həyatının bu hissəsində daha çox kasıb və demək olar ki səfil tərzində yaşamışdır. 1164-cü ildə Fransanın cənubunda vəfat etdiyi ehtimal olunur.

Yaradıcılığı

redaktə

İbn Əzranın ədəbi yaradıcılığı dini və dünyəvi motivli əsrlərdən ibarətdir. Bu ədəbiyyat çoxşaxəli olmaqla yanaşı, həm də bədii tərtibatı və mükəmməlliyi ilə fərqlənir. Dünyəvi poeziya nümunələrində müxtəlif həyat və məişət mövzuları işlənmişdir. Bunların tərkibinə qəsidələr, mədhiyyələr, poemalar daxildir. Əsərlərində klassik Şərq poeziyasının üslublarından geniş surətdə istifadə edərək, poeziyaya yeni nəfəs gətirməyə nail olmuşdur. Məhz onun yaradıcılığının sayəsində ispan-ərəb poeziyası Avropa ölkələrində yayılmağa başlamış və burada inkişaf etməyə müvəffəq olmuşdu. Həmçinin, dini mövzulara toxunaraq, Tanrı ilə insan arasında münasibəti aydınlaşdıran əsərlər də meydana gətirmişdir. Burada Tanrıya qarşı məhəbbət, insan ruhunun sirləri bacarıqla açılmış, günahkarın duyduğu iztirab və tövbə hissi sənətkarlıq çalarları ilə diqqətə çatdırılmışdır. şerlərdə yəhudi xalqının acı taleyi, onların başına gələn müsibətlər əks olunmuşdur. Bu şeirlərin bir hissəsi yəhudi dua toplularının tərkibinə daxil edilmişdir. Onun yaradıcılığında "Oyananın oğlu Diri" poeması xüsusi yer tutur. Bu alleqorik əsərin qəhrəmanı Şüurdur və o, sirli dünyalara səyahət edir. Poemada İbn Qabirolun təsiri açıq şəkildə duyulmaqdadır.

İlahiyyat

redaktə

İbn Əzra Bibliyanın demək olar ki, bütün hissələrinə təfsir yazsa da, bir hissəsi dövrümüzədək gəlib çatmışdır. O, təfsir yazarkən Bibliyanın hərfi mənasını aydınlaşdıracağını bildirmiş, bu təfsirdə də öz nəticələrinin digər məşhur alimlərdən istifadə etməmişdir. İbn Əzranın bu barədə yazdığı əsərlər əsasən sözlərin qrammatik mənasına diqqət yetirmiş, yalnız qanunvericilikdən bəhs edən hissələrdə digər müəlliflərin kitablarından istifadə etmişdir.

Qrammatika

redaktə

O, qrammatikaya dair əsərlər də yazmış, burada bir sıra yeni qaydalar tərtib etmişdir. İbn Əzra uzun müddət bu sahədə ən görkəmli alimlərdən hesab edilmişdir. Onun xidmətlərindən biri də Avropada yaşayan yəhudiləri İspaniyada məskunlaşmış və ibrani dili haqqında əsərlərini ərəb dilində yazan yəhudi alimlərin fikirləri ilə tanış etməsi olmuşdur.

Fəlsəfə

redaktə

Mütəfəkkir fəlsəfə ilə də məşğul olmuşdur. O, fəlsəfəyə dair ayrıca əsərlər yazmasa da, öz təfsirlərində bu barədə fikirlərini təfsirlərində qeyd etmişdir. Bu düşüncələri araşdırarkən İbn Əzranın neoplatonizm tərəfdarı olduğunu görmək mümkündür. O, Tanrı məsələsində bir qədər panteizmə yaxın münasibət göstərmişdir. Bəzən bu onun fikirlərində ziddiyyətə də gətirib çıxarmışdır. Məsələn İbn Əzra bir yerdə materiyanın Tanrının istəyilə yarandığını, digər yerdə isə matriyanın əbədi olduğunu və heç vaxt yaranmadığını iddia etmişdir. Ruh haqqında düşüncələr də neoplatonik xarakter daşıyır. Onun fikrincə, ruhun mənbəyi universal ruhdur və özlümsüzlük bu iki ruhun birləşməsidir. Tanrı şüuru məsələsində isə müsəlman peripatetiklərinin əsərlərindən istifadə edilmişdir. İbn Əzra Tanrının bilgisinin ümumi bilginin bir parçası olduğunu bildirmişdir. Həmçinin onun fikrincə, insanın ruhi kamilliyə yüksəlməsi onun intellektinin yüksəlməsindən asılıdır.

Mütəfəkkir bunlardan əlavə astronomiya və riyaziyyatla da məşğul olmuşdur. O, ibrani əlifbasının hərflərini əbcəd hesabı ilə onluq say sisteminə uyğunlaşdırmış, sıfır üçün xüsusi işarə də icad etmişdir.

İstinadlar

redaktə
  1. 1 2 3 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Swartz A. Abraham ben Meïr Ibn Ezra // Open Library (ing.). 2007.