Aspirantura
Aspirantura — ali təhsilli şəxslərin ixtisas səviyyələrinin artırılması, təhsil sisteminin ali təhsildən sonrakı növbəti hissəsi. Məzmununa və praktikasına görə konkret elmi mövzu üzrə elmi-tədqiqat işinin aparılması və yekununa görə elmim dərəcənin elmlər namizədi adının verilməsi.
Ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin yüksək səviyyəli ali məktəb müəllimləri və elmi işçilərin hazırlanması üçün xüsusi bölməsi. Aspirantura Sovet İttifaqı və kecmiş sosialist ölkələrinin ali təhsil sistemi üçün xarakterik idi. Müasir dövrdə o ölkələrin böyük əksəriyyəti aspirantura sistemindən imtina etmişdir. Aspirantura şəbəkəsi indi Rusiya Federasiyası və bir neçə ölkədə qalmaqdadır.
Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul edildikdən sonra aspirantura sistemi ləğv edilərək tamamilə Bolonya təhsil sisteminə uyğun doktarantura sisteminə keçilmişdir. Hal-hazrda ali və ondan sonrakı təhsil bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru ardıcılllığı ilə aparılır.
Аdyunktura, klinik ordinatura
redaktə- Аdyunktura — ali hərbi məktəblərin aspiranturası.
- Klinik ordinatura — həkimlərin tibb universitetlərində və tibb elmi-tədqiqat institutlarında elmi ixtisaslarını artırma forması.
Аspirant
redaktəАspirant (latın dilində " aspirans " "nəyəsə can atan ") — aspiranturada təhsil alan, elmlər namizədi elmi adı almaq üçün dissertasiyasını müdafiəyə hazırlayan şəxs.
Elm ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |