Aslan İlyasov

Azərbaycanlı qarmon ifaçısı

Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı.

Aslan İlyasov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Salyan, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1963—2013
Musiqi aləti qarmon

Həyatı

redaktə

Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub.[1] 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.

2005-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.

Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də tanınmışdır.

Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır

İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb.

20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.[2]

İstinadlar

redaktə
  1. "Aslan İlyasov Mikayıl oğlu". 2013-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
  2. "Məşhur qarmon ifaçısı Aslan İlyasov vəfat etdi". 2013-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.

3. Aslan İlyasovun musiqilərini bütün platformalarda Mübariz İlyasov paylaşır