Argişti Kərəmyan
Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991[1], Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru.[2]
Arqişti Elbəyi Kərəmyan | |
---|---|
Արգիշտի Էլբեկի Քյարամյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1991[1] (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Ermənistan |
Hərbi fəaliyyəti | |
Vəzifəsi | Ermənistan İstintaq Komitəsinin sədr müavini |
Həyatı
redaktə2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir.
2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır.
2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir.
2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur.
Evlidir, 2 övladı var.
İstinadlar
redaktə- ↑ 1 2 Կենսագրությունը՝ ՀՀ Քննչական կոմիտեի կայքում.
- ↑ "Arqişti Kərəmyan — Ermənistan Hökümətinin rəsmi səhifəsi". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-19.