Aminturşuların sorulması
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qida maddələrinin həzm orqanlarının selikli qişasını örtən bioloji membranlardan qana və ya limfaya keçməsi sorulma
adlanır. Qida maddələrinin həzm sistemində sorulmasının mühüm bioloji əhəmiyyəti vardır. Mədənin selikli qişas- ında cüzi miqdarda duzlar, monosaxaridlər, spirt və su sorulur. Nazik bağırsaq yüksək soruculuq qabiliyyətinə malikdir. Orqanizm tərəfindən mənimsənilən qidanın 70–80% nazik bağırsağın selikli qişasında sorulur. Selikli qişadakı xovların səthi xeyli böyükdür. Məhz ona görə də nazik bağırsaqda sorulma mütənasib və sürətli gedir. Aminturşular nazik bağırsaqda sorulur. Aminturşuların zülala keçməsində bəzi maddələrin təsiri ilə öyrənilmişdir. Məsələn, üzvi maddələrdən 2,4 — dinitrofenol aminturşuların nazik bağırsaqda sorulmasını zəiflədir. Bu onu göstərir ki, aminturşuların sorulması prosesi fosfat turşusu ilə birləşir. Aminturşu qarışığına ATF-lər əlavə etdikdə aminturşuların sorulması güclənir, digər tərəfdən müəyyən edilmişdir ki, aminturşuların sorulması natrium kationu ilə də sürətlənir. Bu prosesin bu günə qədər dəqiq mexanizmi məlum deyildir. Lakin əldə olunan məlumata görə aminturşuların membrandan keçməsində ən azı beş nə- qlolunma sistemi iştirak edir. Bu sistemin hər biri spesifik fermentə malik olmaqla müəyyən aminturşular qrupunun sorulmasını təmin edir. Bunlar aşağıdakılardır:
- Neytral alfatik aminturşular;
- Tsiklik halqavi aminturşular;
- Əsasi aminturşular. Məsələn, lizin, arginin;
- Turş xassəyə malik aminturşular – asparagin aminturşusu;
- Pirrol halqası olan aminturşular.
Bu sistemin hər birində iştirak edən fermentlərin müvafiq aminturşularla birləşmə əmələ gətirməsində biokimyəvi rəqabət prinsipi vardır. Məsələn, nazik bağırsaqda leysinin miqdarı çox olduqda izoleysin və valinin qana sorulması çətinləşir. Aminturşuların membrandan keçməsi üçün xüsusi γ-qlütamintransferaza fermenti məlumdur. Bu ferment kofaktoru qlütation tripeptitdən ibarətdir. Qlutation γ-qlütamil-sistenil-qlisindən təşkil olunmuşdur. Qlutamin turşusundan əmələ gəlmiş γ-qlütation turşusunu dipeptidi hüceyrə tərkibinin daxilinə asan keçir. Beləliklə, qlütationun peptid əlaqəsinin enerjisi xaricdən hüceyrə daxiliniə daşınmasında istifadə olunur.
Aminturşuların transaminləşməsi (yenidən aminləşməsi)
redaktəAminturşuların α-ketoturşu ilə qarşılıqlı təsirindən amin qrupunun keto qrupunu əvəz etməsinə transaminləşmə deyilir. İnsan orqanizmində bir-biri ilə substrat spesifikliyi ilə fərqlənən 10-dan artıq amintransferaza fermenti vardır. Bu fermentlərin təsiri, demək olar ki, bütün aminturşular transaminləşməyə məruz qalır. Yalnız lizin və treonin transaminləşmə reaksiyasında iştirak etmir. Transaminləşmə reaksiyasında akseptor rolunu α-ketoqlutar turşusu oynayır:
Transaminləşmə reaksiyası həm peptidlərin sintezində, həm də zülalların sintezində və onların katabolizmində müşahidə edilir. Amintransferazalar insanın bədəninin bütün üzvlərində vardır. Lakin transaminləşmə reaksiyası qaraciyərdə ən fəal gedir. İnsanın bədən üzvlərində transaminləşmə reaksiyası müxtəlif surətdə gedir. Məsələn, əzələlərdə süd turşusundan əlavə alanin də alınır. Təbii ki, alanin piroüzüm turşusundan alınır. Piroüzüm qlükoneogenezdə istifadə olunur. Qaraciyərdə aminturşusunun amin qrupu hesabına sidik cövhəri (karbamid) əmələ gəlir və orqanizmdən xaric edilir. Transaminləşmə reaksiyası 1937-ci ildə görkəmli biokimyaçılardan A. Braunştein və M. Krisman tərəfindən ixtira edilmişdir.
Aminsizləşmə
redaktəAminsizləşmə reaksiyası nəticəsində aminturşuları ammonyak itirərək keto turşulara çevrilir. Ümumiyyətlə, orqanizmdə aminsizləşmə ilə transaminləşmə paralel gedir və onların sayı həmişə sabit qalır. Aminsizləşmə reaksiyayasının təsirindən ən tez qlütamin turşusu alınır. Əsasən qlütamidehidrogenaza fermentinin təsiri ilə qlütamin turşusu oksidləşdirici aminsizləşməyə məruz qalır. Burada koferment rolunu NAD+ oynayır:
- Reaksiyanın mexanizmi
- RNH2 + R'NH− → RR'NH + NH2−
- İkili aminlər Ni katalizatorunun iştirakı ilə alınır:
- R4N+ + NH2CH2CH2OH → R3N + RN+H2CH2CH2OH
- Aminlər də aminsizləşməyə uğrayır.
Orqanizmdə ammonyakın zərərsizləşdirilməsi
redaktəSidik vasitəsilə xaric olan karbamidin miqdarı 25–30 qr olur. Aşağıdakı proseslər nəticəsində ammonyak alınır:
- Aminturşuların aminsizləşməsi;
- Biogen aminturşuların (histidin, serotonin, histamin və s.) aminsizləşməsi;
- Turş əsaslı aminturşuların (quanin, adenin) aminsizləşməsi;
- Aminturşuların amidlərinin (aspargin və qlütamin) aminsizləşməsi;
- Pirimidin əsaslarının (sitozin, urasil) parçalanması.
Ammonyak olduqca zəhərli maddə olub, sinir hüceyrələrinə təsir edir. Onun bədəndə toplanması sinir sistemini qıcıqlandırır. Ona görə də toxumada əmələ gələn ammonyakı zərərsizləşdirmək lazımdır. Bu aşağıdakı yollarla həyata keçirilir:
- Karbamidin əmələ gəlməsi;
- Transaminləşmə reaksiyası və ya aminləşmənin reduksiya edilməsi;
- Aspargin və qlütamin turşusu amidlərinin əmələ gəlməsi;
- Ammonium duzlarının əmələ gəlməsi:
Ammonyakın zərərsizləşdirilməsinin əsas yolu karbamidin alınmasıdır. Hələ keçən əsrdə rus alimləri M. V. Nenski və S. S. Salazkin ammonyak və karbonat turşusunun təsirindən karbamid almışdır. H. Krebs və Qeyzenleyt müəyyən etmişlər ki, karbamidin alınmasında ornitin turşusu katalitik təsir göstərir və digər tərəfdən karbamidin alınması dövrü xarakter daşıyır. Koqen və Ratner aydınlaşdırmışlar ki, bu dövrün ilk mərhələsində karbamoilfosfat alınır. Bunun üçün bir molekul karbamidə üç molekul ATF sərf olunur. Karbamid orqanizm üçün zərərsiz birləşmədir. O, əsasən qaraciyərdə əmələ gəlir, çünki orada onun əmələ gəlmə- si üçün lazım olan fermentlər vardır. Əgər qaraciyərin funksiyası hər hansı bir səbəbdən pozulsa, onda orqnizmdə karbamidin əmələ gəlməyə bilər. Baş beyində sidik cövhərinin sintezi üçün bütün fermentlər var. Yalnız karboamoilfosfatsintetaza çatışmır. Ona görə də orada sidik cövhəri əmələ gəlmir. Qaraciyərin funksiyası pozulduqda, sidiyin əmələ gəlməsi çətinləşir və karbamidin miqdarı azalır.
Karbamidin əmələ gəlməsinin dövranı
redaktəReduksiya ilə aminləşmə və ya yenidən aminləşmə səmərəsiz bir proses olub, ammonyakın birləşdirilməsində az rol oynayır. Ammonyak zərərsizləşdirilməsinin ən başlıca yolu qlütamin turşusunun alınmasıdır. Bu prosesdə qlütaminsintetaza fermenti iştirak edir. Qlütaminin alınması orqanizmin müxtəlif üzvlərinin toxumalarında gedir. Qlütaminin alınması prosesi ən aktiv əzələlərdə, beyində və qaraciyərdə baş verir. Əmələ gəlmiş qlütamin qana keçir və bağırsaq hüceyrəsi vasitəsilə udulur. Bağırsaqlarda axan qanda çoxlu miqdarda alanin olur. Ehtimal edilir ki, qlütamindən alanin alınır. Bu çevrilmələrin səbəbi hələ də məlum deyildir. Qapı venası ilə qanda olan alanin qaraciyər vasitəsilə tutulur və qlükoneogenez üçün istifadə edilir. Bu halda alanindəki amin qrupu karbamidə zəncir vasitəsilə birləşdrilir. Karbamidin dövranına ornitin dövranı da deyirlər. H. Krebs və K. Xenzeleyt tərəfindən karbamid dövranı 1932-ci ildə kəşf edilmişdir.
Ədəbiyyat
redaktə- http://elibrary.bsu.az Arxivləşdirilib 2017-07-21 at the Wayback Machine