Amerikalılar
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi.
Tarixi
redaktəMüasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır:
- ABŞ amerikanları;
- Aborigenlər;
- İmmiqrantlar.
ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır:
Birinci qrup
redaktəI qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib.
İkinci qrup
redaktəII qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln. nəfər). Əvvəl qaradərililər Cənubda yaşayırdılarsa, sonra onlar Şimala, daha sonra isə Qərbə istiqamət alırlar. Hal-hazırda 84 % zənci şəhərlərdə (Vaşinqton, Detroyt, Filadelfiya, Baltimor, Nyu-York) yaşayır. Qaradərililər əsasən Missisipi, Alabama, Corciya, Texas, İllinoys, Nyu-York və Kaliforniya ştatlarında cəmlənib.
Üçüncü qrup
redaktəIII qrup – Latın Amerikası mənşəli amerikanlar. Bu qrupun payı 13 % təşkil edir (37 mln. nəfər). Meksikanlar üstünlüyə malikdirlər və onlar Texas, Kaliforniya, Arizona, Nyu-Meksiko, Kolorado, İllinoys ştatlarında yaşayırlar. Puertorikolular Nyu-York, kubalılar Florida ştatında cəmlənib.
Dördüncü qrup
redaktəIV qrup – Sakit okean sahili Asiya mənşəli amerikanlar. Bu qrupun payı 3,3 %-dir (11,6 mln. nəfər). Son dövrlərdə bu qrupun payı artır, səbəbi isə immiqrasiya ilə əlaqədardır. Yaponiya, Çin, Filippindən gələnlər Kaliforniya və Havay adalarında, digər ölkələrdən gələnlər isə Nyu-York, İllinoys, Texas, Vaşinqton ştatlarında cəmlənib.
Qrupların tərkibi
redaktəBeləliklə ümumi ölkə əhalisinin 89 %-ə qədərini təşkil edən ABŞ amerikanları daxilində 4 qrup ayrılır və onların faiz göstəriciləri aşağıdakılardır:
- Avropa-Kanada mənşəli – 71 %;
- Afrika mənşəli – 12,7 %;
- Latın Amerikası mənşəli – 13 %;
- Sakit okean sahili Asiya mənşəli – 3,3 %.
Aborigenlərə hindular, eskimoslar, aleutlar və havaylılar aiddir. Bu qrup ölkə əhalisinin 0,9 %-ni təşkil edir (2,5 mln. nəfər). ABŞ statistikası ölkə ərazisində 1,5 mln. nəfər hindu yaşadığını göstərir. Hinduların yarısı şəhərlərdə, yarısı isə rezervasiyalarda yaşayır. 300 rezervasiya mövcuddur (Arizona, Nyu-Meksiko, Cənubi Dakota, Yuta, Vayominq ştatlarında). Navaho rezervasiyası Arizona ştatında yerləşir (sahəsi 64 min km2 ) və bura çoxlu turist cəlb edir.
Amerika hinduları ölkənin cənub-qərbində yaşayır. Ən böyük Navaho qəbiləsidir ki, onlar da "Dörd künc" ərazisində (Kolorado, Yuta, Arizona və Nyu-Meksiko ştatlarının sərhədləri daxilində) yaşayırlar. Apaçi qəbilələri Arizona və Nyu-Meksiko; pueblo qəbilələri Nyu-Meksiko; papaqo qəbilələri Arizonanın cənubunda; hopilər Arizonanın şimal-qərbi, Yuta və Koloradonun cənub-qərbində yaşayırlar. Santa-Fe şəhərindən (Nyu-Meksiko ştatının paytaxtı) şimalda avtomobil yolu ətrafında kərpicdən tikilmiş evləri ilə hindu qəsəbələri mövcuddur. Albukerke şəhərindən bir qədər aralı, şose yolunun üzərində bir neçə hindu kənd evləri vardır ki, onlar da "pueblo" adlanır.
İmmiqrantlara – ABŞ-dən kənarda anadan olanlar və az müddət əvvəl bu ölkəyə gələnləri aid edirlər. Hal-hazırda ABŞ-də 30 mln. xarici mənşəli əhali yaşayır (ümumi ölkə əhalisinin 10 %-i). Bunlar əsasən Qərb və Şimal-qərbdə cəmləniblər. Həmçinin immiqrantların iri etnik qrupları bir çox ABŞ şəhərlərinin simasını dəyişdirmiş, "Şəhər içərisində şəhər" yaratmışlar. Bu şəhərcik (kiçik şəhər) və məhəllələrdə digər etnik qrupların nümayəndələrinin nəinki yaşaması, işləməsi, hətta oraya daxil olması demək olar ki, qadağandır. Belə gərgin vəziyyət, həmçinin cinayətkarlıq yerli əhalinin narazılığına səbəb olur. Əgər əvvəllər ABŞ əhalisi yəhudiləri, irlandları, yunanları sevmirlərdisə, indi onlar əsasən Latın Amerikası və Asiyalıları qəzəb, nifrətlə qarşılayırlar.
Hal-hazırda ABŞ-də "rəngli əhali" və ya "rənglilər" anlayışından istifadə olunur. "Rəngli əhali" və ya "qeyri-avropalı" get-gedə böyük faiz üstünlüyünə malik olurlar. Onlar öz dilini və adət-ənənəsini saxlamaqları ilə fəxr edirlər. Ümumiyyətlə ölkə əhalisinin 14 %-i dövlət dili sayılan ingilis dilini bilmirlər. "Rəngli" şəhərlərə Mayami, Detroyt, Los-Ancelos, Hyuston, Yeni-Orlean, Nyu-York misaldır. Amerikan ekspertlərinin fikrincə 2080-ci ildə ABŞ-də "ağ dərililər" ilə "qeyri-ağ dərililər" eynilik təşkil edəcəklər.