Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 csм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı.

Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir. Alfa hissəciyi Alfa dağılması zamanı çoxlu kinetik enerjisini itirir. Həmçinin, Alfa hissəciyi nüvə reaksiyaları əsasında da formalaşa bilir. Məhz 1919-cu ildə ilk nüvə reaksiyasını həyata keçirən Ernest Rezerford reaksiyada Alfa hissəciyindən istifadə etmişdir..

İstinadlar

redaktə
  • О.И. Василенко, Б. С. Ишханов, И. М. Капитонов, Ж. М. Селиверстова, А. В. Шумаков "РАДИАЦИЯ", М., Изд-во Московского университета. 1996.
  • В. Соловьев "Альфа-, бета- и гамма-спектроскопия", пер. с англ., в.2, М., 1969;
  • М. Кюри "Теория атомного ядра. Ядерные модели", М., 1981.
  • С. Г. Кадменский, В. И.Фурман "Альфа-распад и родственные ядерные реакции", М., 1985.