Aşağı Maralyan
Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd.[1] Araz çayının sol sahilində, düzənlikdədir.
Aşağı Maralyan | |
---|---|
39°20′43″ şm. e. 47°13′05″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 170 m |
Saat qurşağı | |
Tarixi
redaktə1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
redaktəBəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır.[3] Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.[4]
İqtisadiyyatı
redaktəErməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. I cild, səh.427
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. II cild, səh.94
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |