Aşşurbanipal (e.ə. 685[1], Nineviyae.ə. 631, Nineviya) — Assuriya padşahı (e.ə. 689 - e.ə. 633(634))

Aşşurbanipal
Aššur-bāni-apli
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 685[1]
Doğum yeri
Vəfat tarixi e.ə. 631
Vəfat yeri
Fəaliyyəti suveren[d], kitab kolleksioneri[d]
Atası Asarhaddon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə gəlişi

redaktə

Aşşurbanipalın atası Asirxaddon taxt-tac uğrunda mübarizənin qarşısını almaq üçün e.ə. 672-ci ildə Aşşurbanipalı vəliəhd elan etmişdi. Aşşurbanipal dövlət işlərini öyrəndiyi illərdə şimaldakı dağ qəbilələri ilə mübarizə apararaq təcrübə topladı.

Assuriya Aşşurbanipalın hakimiyyəti illərində

redaktə

Atasının ölümündən sonra o, hakimiyyəti ələ aldı. Aşşurbanipalın ilk işi Nil deltasını ələ keçirmiş və ətrafda dəstək qazanmış Misir fironunu məğlub etmək oldu. O hücum çəkərək Misir fironu Taxakanı geri çəkilməyə məcbur etdi. Bölgənin idarə işlərini yerli hakimlərə tapşırdı. Hakimlərin bəziləri gizlicə Taxaka ilə işbirliyi etdiyinə görə onlar Ninevaya göndərildi. Buna baxmayaraq o, bölgədəki idarə orqanlarına yenə də yerli hakimləri gətirdi, yerli hakimlərdən olan Nexonu dəstəklədi. Amma Taxarkanın ardıcılı Tanutamonun hücumları yenə də davam etdiyinə görə Aşşurbanipal e.ə. 664-663-cü illərdə onların üzərinə hücuma keçdi, Memfis ələ keçirildi.

Xarici siyasəti

redaktə

Aşşurbanipal siyasətini dəyişdirərək e.ə. 663-cü ildə Nexonun yerinə yerli hakim Psametiki gətirdi.Onun Misirdə təmin etdiyi bu barış onun başqa yerlərə də səfər etməsinə imkan verdi.

E.ə. 654-cü ildə Aşşur qarnizonları Misirdən qovuldu. Amma ticarət əlaqələri davam etdiyinə görə, bu itki Assuriyanın bu bölgədəki mövqeyini sarsıtmadı. Aşşurbanipal sonralar Misir və Lidiyalıların müstəqillik meyillərini dəstəkləmiş olan Finikiyaya hücum etdi. Bu yürüş uğurlu oldu, Suriya Assuriyanın təsiri altına düşdü. Bu uğur, Lidiyanın işğalçı kimmerlərə qarşı Assuriyadan kömək istəməsinə səbəb oldu. Amma Lidiyalı əsgərlər daha öncə Misirə kömək etdiyi üçün bu istək rədd edildi. İskitlərin başçısı ilə ittifaq quran Aşşurbanipal kimmerlərin irəliləyişini dayandıraraq diqqətini cənub qonşusu Babilə verdi.

Aşşurbanipal,qardaşı Şamaş-Şumukini Babilin hökmdarı kimi tanımışdı, amma səlahiyyətlərini məhdudlaşdırmışdı. 16 il boyunca münasibətlərini barış içində davam etdirdilər. Bu dövrdə bütün şəhərlərdə Aşşurbanipalın adamları fəaliyyət göstərirdilər. Yazışmalarda özlərini çarın qulları və ya nökərləri adlandıran bu şəxslər mütəmadi olaraq çara məlumatlar göndərirdilər. Bununla da qonşu dövlətlərdə olan hadisələr diqqətlə izlənilirdi.

Şama-Şumukin Assuriyaya qarşı ittifaq(Finikiya, Misir, Elam, Lidiya, ərəb qəbilələri) yaratdı. Aşşurbanipal bu intriqalarda babilləri günahkar bilib onların üzərinə vergi qoydu. Onlar bu vergini qəbul etmədilər. Belə olduqda, Aşşurbanipal onların üzərinə hücum etdi.

Müharibə 3 il davam etdi. Elamın başı daxilinə qarışmışdı, babilə sığınan ərəblər ölkədə aclıq olduğu üçün burdan getdilər. Şamaş-Şumukin isə özünü öldürdü. Şamaş-Şumukin darmadağın edildikdən sonra Babillilərin çoxu şəhərdən qonşu Elam ərazisinə qaçmışdılar. Elam çarlığı az sonra anti-assur qruplaşmasının mərkəzinə, yeni mübarizə ocağına çevrilmişdi. Səfirlik Elama daxil olan kimi qaçqınların yubadılmadan ələ verilməsini tələb etmişdir. Hədə dolu qəti tələb qarşısında Elam çarı Aşşurbanipalla danışıqlara getməyə məcbur olsa da, qaçqınları verməkdən imtina etmişdir. Bu hadisədən bir az sonra özünü Elam çarı elan edən bir şəxs hərbi rəislər tərəfindən qətlə yetirildi, lakin yeni Elam çarı Aşşurbanipalın etimadını doğrultmadı. Tezliklə taxt-tacdan devrildi. Assuriya sarayının dəstəklədiyi Tammarid Elam çarı oldu. Bir müddət sonra o da Aşşurbanipala xəyanət etdi. Aşşurbanipala sui-qəsdin təşkil edilməsi Elam çarlığı ilə Assuriya arasında müharibəyə səbəb oldu. Assuriyaya düşmən digər qüvvələr Babil şahzadələri ətrafında birləşməyə başladılar. Bu qiyam da yatırıldı. Elam çarlığı siyasi müstəqilliyini itirərək Assuriya çarlığının tərkibinə daxil olur.

Çar Aşşurbanipal Şamaş-Şumukinin məğlub edilməsindən sonra özünü bu portretdə Babilistanın yeni yaradıcısı kimi təsvir etdirdi.

Qısa xülasə

redaktə
  1. :Tir, Arvad şəhər-dövlətlərini işğal etmişdi.
  2. :Şərqdə və Şimalda Kimmerlərə,Skiflərə,İranlılara,Madaylara qarşı mübarizə aparmışdı.
  3. :E.ə 648-ci ildə Babil şəhərini işğal etmişdi.
  4. :E.ə 639-cu ildə Elam torpağını istila etdi.

Mədəniyyətə münasibəti

redaktə
  1. Aşşurbanipal tarixdə qədim yazılı abidələrin toplayıcısı kimi tanınır
  2. 1849-1854-cü illərdə aparılan arxeoliji qazıntılar nəticəsində Neynəvadakı(Nineviya) kitabxanası tapılıb

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  1. Assuriya
  2. Assuriyalılar