Ağaxan Salmanlı

Azərbaycanlı aktyor

Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı.

Ağaxan Salmanlı
Ağaxan Əli oğlu Salmanlı
Digər adı Ağaxan Salmanov
Doğum tarixi 29 oktyabr 1941(1941-10-29)
Doğum yeri
Vəfat tarixi 29 fevral 2020(2020-02-29) (79 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Əli Salmanov
Fəaliyyəti aktyor, rejissor
Fəaliyyət illəri 1959–2020
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Sənətkar" medalı "Qızıl Dərviş" mükafatı
IMDb ID3429378

Həyatı

redaktə

Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb.[1] İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964).[2] Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[3][4] 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[5] 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]

29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmişdir. Suraxanı qəbiristanlığında dəfn olunub.

Teatr sahəsindəki rolları

redaktə
  • Cəfər Cabbarlı — ("Aydınlığa doğru" Seyfəddin Dağlı)
  • Romeo — ("Romeo və Cülyetta" Vilyam Şekspir)
  • Dinar — ("Yadındamı" Altay Məmmədov)
  • Səməd — ("Sən nə üçün yaşayırsan?" İmran Qasımov, Həsən Seyidbəyli)
  • Doktor — ("Yuxulama" Kamal Aslanov)
  • Kazım — ("Məhəbbət bir bəladır" Əhməd Orucoğlu)
  • Qulam — ("Pul dəlisi" Əhməd Orucoğlu)
  • Artur — ("Ovod" Eteri Voyniç)
  • Hacı Murad — ("Tamahkar" Süleyman Sani Axundov)
  • Kərbəlayi Mirzalı — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə)
  • Flibert — ("Məzəli Hadisə" Karlo Qoldoni)
  • Molla Nəsrəddin — ("Molla Nəsrəddin və Əmir Teymurun filləri"Əjdər Ol)
  • Bəylər — ("Nənənin kələyi" Əhməd Orucoğlu)
  • Məcid — ("Dələduz" N. B. Vəzirov)
  • Fecin — ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  • Milisoner Səfər — ("Buzovna kəndinin əhvalatları" Elçin)
  • Dədə Qorqud — ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov)
  • Həzrəti Übeydulla — ("Əlincə qalası" Dilsuz)

Quruluş verdiyi tamaşalar: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

  • "Dovşanın ad günü" — Xanımana Əlibəyli
  • "Qarışqa şıllaq atdı" — Qılman İlkin
  • "Pul dəlisi" — Əhməd Orucoğlu
  • "O da mənəm, bu da" — Dadaş Mehdi
  • "Bala bəla sözündəndir" — Əli Əmirli
  • "Arvad olmaq istəmirəm" — Əli Əmirli /Rus bölməsi/
  • "Məhəbbət bir bəladır" — Əhməd Orucoğlu
  • "Məzəli hadisə" — Karlo Qoldoni
  • "Nənənin kələyi" — Əhməd Orucoğlu
  • "Güc birlikdədir" — Rəvan Tohidoğlu
  • "Tıq-tıq xanım" — Abdulla Şaiq

N. B. Vəzirov adına Lənkəran Dövlət Musiqili Dram teatrında:

  • "Çal oyna" — İskəndər Coşğun

"Zaman" teatrında:

  • "Cəhənnəmin yuxusu" — Xalq rəvayəti

Dərbənd Azərbaycan Dövlət Dram teatrında:

  • "Dovşanın ad günü" — Xanımana Əlibəyli
  • "Xatirə" — Yusif Əzimzadə
  • "Nənənin kələyi" — Əhməd Orucoğlu
  • "Solğun çiçəklər" — Cəfər Cabbarlı
  • "Mənim ağ göyərçinim" — Tamara Vəliyeva
  • "Tıq-tıq xanım" — Abdulla Şaiq
  • " Bankir adaxlı" — Tamara Vəliyeva
  • "Bir də etmərəm" — Rəvan Tohidoğlu
  • "Taleyin oyunu" — Rəvan Tohidoğlu

Filmoqrafiya

redaktə
  1. İstintaq davam edir (film, 1966)
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)
  3. Tülkü həccə gedir (film, 1971)
  4. Maqarıç (film, 1973)
  5. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  6. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  7. Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Haşım (Əhməd Əhmədov)
  8. Putyovka (film, 1975)
  9. Arxadan vurulan zərbə (film, 1977)
  10. İşgüzar adamlar (film, 1977)
  11. Müqavilə (film, 1978)
  12. Ordan-burdan (film, 1987)
  13. Ötən ilin son gecəsi (film, 1983)
  14. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: ?
  15. Nigarançılıq (film, 1998)
  16. Güllələnmə təxirə salınır!... (film, 2002) – filmi səsləndirən: Yetim Paşa (Ayşad Məmmədov)
  17. Ərazi (film, 2005)
  18. Dağlı çörəyi (film, 2007)
  19. Vəkil hanı? (film, 2011)
  20. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  21. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  22. Naxox (film, 2016)
  23. Qaragöz (film, 2018)

İstinadlar

redaktə
  1. "İnce saat Ağaxan Salmanlı Xalq artisti 23 11 15". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
  2. "Dünənin kasıb sənətkarları, yoxsa, bu günün varlı şou əhli? - MÜZAKİRƏ". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  5. "Teatr günü aktyorlar müküfatlandırılıb". 2016-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
  6. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.

Xarici keçidlər

redaktə