1966 FİFA Dünya Kuboku

FIFA Dünya Çempionatı 1966 — sayca səkkizinci dünya çempionatı olub, 11-30 iyul tarixlərində İngiltərədə keçirilmişdir. Finalda İngiltərə Qərbi Almaniyanı 4-2 məğlub edərək çempionatın qalibi olmuşdur. Bu qələbə İngiltərənin ilk dünya çempionatı qələbəsi olmaqla, çempionata ev sahibliyi edən və qalib olan üçüncü ölkə olmuşdur. İlk ikisi isə 1930-da Uruqvay1934-də İtaliya olmuşdu.

1966 FİFA Dünya Kuboku
Yarış məlumatları
Ev sahibi İngiltərə İngiltərə
Tarix 11–30 iyul
Başlama tarixi 11 iyul 1966
Bitmə tarixi 30 iyul 1966
Komanda sayı 16
Yekun nəticəsi
Çempion  İngiltərə (1-ci dəfə)
İkinci Almaniya Qərbi Almaniya
Üçüncü yer  Portuqaliya
Dördüncü yer  SSRİ
Yarış statistikası
Oyun sayı 32
Qol sayı 89 (matç başına: 2.78)
Tamaşaçı sayı 1.635.000 (matç başına: 0)
Mükafat sahibləri
Bombardir(lər) Portuqaliya Eysebio
(9 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
FIFA Dünya Çempionatı 1966

Final oyunu Uembli stadionunda keçirilmiş və televiziyada ağ-qara yayımlanan sonuncu dünya çempionatı finalı olmuşdur. Həmçinin, bu oyun görüşün yan hakimi Tofiq Bəhramovun İngiltərənin xeyrinə saydığı mübahisəli qol qərarına görə tarixə düşmüşdür. Bu çempionat, oyunları stadionlarda izləyən tamaşaçıların sayı üzrə rekordu 1994-cü il ABŞ-dəki çempionatadək, 28 il qorumuşdur.

İngiltərə – 1966

redaktə

Final Mərhələsi

redaktə

11 – 30 iyul

16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdiriblər.

32 oyun

1 614 677 tamaşaçı (orta hesabla hər oyunda 50 459)

89 qol (orta hesabla hər oyunda 2,78)

Ən yaxşı futbolçu – Çarlton (İngiltərə), Eysebio (Portuqaliya)

"Het-trik" (bir oyunda üç qol) – Herst (İngiltərə)

"Poker" (bir oyunda dörd qol) – Eysebio (Portuqaliya)

Yubiley qolu: 700-cü qol R. Çarlton (İngiltərə)

Bombardir: Eysebio (Portuqaliya) – 9

Nəticələr

redaktə
Qrup 1
Y K O Q H M T/F B X
1 İngiltərə 3 2 1 0 4-0 +4 5
2 Uruqvay 3 1 2 0 2-1 +1 4
3 Meksika 3 0 2 1 1-3 -2 2
4 Fransa 3 0 1 2 2-5 -3 1


Qrup 2
Y K O Q H M T/F B X
1 Qərbi Almaniya 3 2 1 0 7-1 +6 5
2 Argentina 3 2 1 0 4-1 +3 5
3 İspaniya 3 1 0 2 4-5 -1 2
4 İsveçrə 3 0 0 3 1-9 -8 0


Qrup 3
Y K O Q H M T/F B X
1 Portuqaliya 3 3 0 0 9-2 +7 6
2 Macarıstan 3 2 0 1 7-5 +2 4
3 Braziliya 3 1 0 2 4-6 -2 2
4 Bolqarıstan 3 0 0 3 1-8 -7 0


Qrup 4
Y K O Q H M T/F B X
1 SSRİ 3 3 0 0 6-1 +5 6
2 Şimali Koreya 3 1 1 1 2-4 -2 3
3 İtaliya 3 1 0 2 2-2 = 2
4 Çili 3 0 1 2 2-5 -3 1
S Tarix Yer M Rəqiblər Hesab
1 11.07.66 London 1-1 İngiltərə Uruqvay 0:0
2 12.07.66 Şeffild 2-1 Qərbi Almaniya İsveçrə 5:0
3 12.07.66 Liverpul 3-1 Braziliya Bolqarıstan 2:0
4 12.07.66 Midlsbro 4-1 SSRİ Şimali Koreya 3:0
5 13.07.66 London 1-1 Fransa Meksika 1:1
6 13.07.66 Birmingem 2-1 Argentina İspaniya 2:1
7 13.07.66 Mançester 3-1 Portuqaliya Macarıstan 3:1
8 13.07.66 Sanderlend 4-1 İtaliya Çili 2:0
9 15.07.66 London 1-2 Uruqvay Fransa 2:1
10 15.07.66 Şeffild 2-2 İspaniya İsveçrə 2:1
11 15.07.66 Liverpul 3-2 Macarıstan Braziliya 3:1
12 15.07.66 Midlsbro 4-2 Şimali Koreya Çili 1:1
13 16.07.66 London 1-2 İngiltərə Meksika 2:0
14 16.07.66 Birmingem 2-2 Qərbi Almaniya Argentina 0:0
15 16.07.66 Mançester 3-2 Portuqaliya Bolqarıstan 3:0
16 16.07.66 Sanderlend 4-2 SSRİ İtaliya 1:0
17 19.07.66 London 1-3 Uruqvay Meksika 0:0
18 19.07.66 Şeffild 2-3 Argentina İsveçrə 2:0
19 19.07.66 Liverpul 3-3 Portuqaliya Braziliya 3:1
20 19.07.66 Midlsbro 4-3 Şimali Koreya İtaliya 1:0
21 20.07.66 London 1-3 İngiltərə Fransa 2:0
22 20.07.66 Birmingem 2-3 Qərbi Almaniya İspaniya 2:1
23 20.07.66 Mançester 3-3 Macarıstan Bolqarıstan 3:1
24 20.07.66 Sanderlend 4-3 SSRİ Çili 2:1
25 23.07.66 Sanderlend 1/4 F SSRİ Macarıstan 2:1
26 23.07.66 Şeffild 1/4 F Qərbi Almaniya Uruqvay 4:0
27 23.07.66 Liverpul 1/4 F Portuqaliya Şimali Koreya 5:3
28 23.07.66 London 1/4 F İngiltərə Argentina 1:0
29 25.07.66 Liverpul 1/2 F Qərbi Almaniya SSRİ 2:1
30 26.07.66 London 1/2 F İngiltərə Portuqaliya 2:1
31 28.07.66 London TF Portuqaliya SSRİ 2:1
32 30.07.66 London F İngiltərə Qərbi Almaniya 4:2 ə.v.