Ətirli sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Ətirli sumaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Ətirli sumaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəBitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir.
Botaniki təsviri
redaktəUzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır.
Ekologiyası
redaktəTorpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur.
Azərbaycanda yayılması
redaktəMərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır.
İstifadəsi
redaktəBordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir.