Şimal Qütb dairəsi
Şimal Qütb dairəsi — Yer kürəsində yerləşən beş əsas paraleldən biridir.
Şimal Qütb dairəsi 66°36′43″ (66,5622°) şimal enliyindən keçir. Bu xətdən şimalda yerləşən ərazilər Arktika adlanır. Şimal Qütb dairəsi qarşı tərəfində isə anoloji olaraq Cənub Qütb dairəsi yerləşir.
Şimal Qütb dairəsi qütb qündüzlərinin cənub sərhəddini təşkil edir. Burada qütb gecələri məsələn Murmanskda 40 gün qütb gecələri, 61 gün qütb gündüzləri olur.
Dünyada olduqca az bir qisim insan qütb dairəsi daxilində yaşayır. Qütb dairəsi daxilində yerləşən iri yaşayış məntəqələri: Murmansk, Norilsk, Vorkuta və Tromse.
Şimal Qütb dairəsinin keçdiyi ölkələr
redaktə- ABŞ (Alyaska)
- Kanada
- Danimarka (Qrenlandiya)
- İslandiya (Qrimsey adası və ölkənin şimal hissəsindən)
- Norveç
- İsveç
- Finlandiya
- Rusiya
Həmçinin bax
redaktəMənbə
redaktə- Terra Incognita: Exploration of the Canadian Arctic Arxivləşdirilib 2016-04-27 at the Wayback Machine—Historical essay about early expeditions to the Canadian Arctic, illustrated with maps, photographs and drawings
- Temporal Epoch Calculations ©2006 by James Q. Jacobs Download: Epoch v2009.xls (modify D4)
- Useful constants" See: Obliquity of the ecliptic
- ArcticFocus Facts and news about Arctic