Şibata Katsuie (柴田 勝家?, ən geci 1530, Ovari vilayəti[d], Tokaydo[d]6 iyun 1583 və ya 14 iyun 1583, Fukui)Senqoku dövrünün yapon samurayı və hərbi xadimi.[1] O, Oda Nobunaqanın ən çox güvəndiyi generallardan biri olmuşdur.[1]

Şibata Katsuie
yap. 柴田勝家
Şəxsi məlumatlar
Doğum tarixi ən geci 1530
Doğum yeri
Vəfat tarixi 6 iyun 1583(1583-06-06) və ya 14 iyun 1583(1583-06-14)
Vəfat yeri
Vəfat səbəbi bıçaqlama[d]
Vətəndaşlığı
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi karyerası

redaktə

Şibata Oda Nobunaqa ilə kiçik qardaşı Nobuyuki arasında baş vermiş münaqişə zamanı Nobuyukinin tərəfini tutsa da, daha sonra ona xəyanət etmiş və Nobunaqanın tərəfinə keçmişdir.[1] O, Nobunaqanın bir çox hərbi əməliyyatında iştirak etmişdir: 1569-cu ildə İsedə döyüşmüş, 1570–1573-cü illərdə daymyolar Asay NaqamasaAsakura Yoşikaqenin devrilməsində iştirak etmiş, 1570–1575-ci illərdə Eçizen və Osakada İkko İkki silahlı qruplaşmalarına qarşı mübarizə aparmışdır.[1] Eçizen əyalətinin 1575-ci ildə ələ keçirilməsindən sonra əyalətin idarəçiliyi ona verilmiş və Nobunaqanın təyin etdiyi üç müfəttişin nəzarəti altında əyaləti idarə etməyə başlamışdır.[1]

Şibatanın Eçizendə tətbiq etdiyi bir çox siyasət – kəndlilərin samuray zümrəsindən uzaqlaşdırılması, qılınc ovu, torpaq soğrusu, dini inkvizisiya Nobunaqa rejiminin əyalət idarəçiliyinə olan yanaşmasını əks etdirir.[1] Onun tətbiq etdiyi bu siyasətlər Nobunaqanın davamçıları olan Toyotomi HideyoşiTokuqava İeyasu tərəfindən mənimsənilmiş, genişləndirilmiş, sistematikləşdirilmiş və bütün Yaponiyada tətbiq olunmuşdur.[1]

İkko sektasının KaqaNotoda yerləşən ərazilərinin 1580-ci ildə ələ keçirilməsi onun Nobunaqa üçün gördüyü sonuncu əsas iş olmuşdur.[1] Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Hideyoşinin rəqibi olmuşdur.[1] Hideyoşi 11 iyun 1583-cü ildə Şizuqatake döyüşündə Şibatanı məğlub etmişdir.[1] Şibata döyüşdən 3 gün sonra intihar etmişdir.[1]

Populyar mədəniyyətdə

redaktə

"Fate/Grand Order" video oyunundakı Şibata Katsuie personajı ona əsaslanır.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 84. ISBN 0-87011-627-4. İstifadə tarixi: 25 yanvar 2023.