Şamaxı FK

futbol klubu

Şamaxı FKAzərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə 1-ci Liqanın qalibi olaraq növbəti mövsümdə Preymer liqaya yüksəlib.

Şamaxı FK
Loqonun şəkli
Klubun tam adı Şamaxı Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) şirlər
Rəng(lər) ağ-qırmızı
Yaranma tarixi 1997 (27 il əvvəl) (1997)[1]
Stadionu Şamaxı Şəhər Stadionu
Tutumu 2.200
Prezidenti Azərbaycan Elçin Usub
Baş məşqçisi Azərbaycan Ayxan Abbasov
Liqa Birinci Liqa
2023-24 1 (Premyer Liqaya yüksəldi)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb.

 
"Keşlə" adı altında çıxış edərkən istifadə olunan loqosu.

"Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.

Bu nəticə "Xəzər Universiteti"nə UEFA-İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı.

  • Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:-) və 2:1.
  • İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. Komandamız ilk görüşdə 0:3 hesabı ilə uduzsa da, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gələrək, UEFA-İntertoto Kubokunda iştirakını dayandırdı.

Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümndə 3 qələbə qazandı. 2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 13-cü çempionatda "İnter" gözəl oyunu ilə fərqlənsə də, yekun cədvəldə 7-ci pillə ilə kifayətlənib. 14-cü Milli çempionatımızda isə "İnter" medallara layiq yer tutmağa çox yaxın olsa da komanda yekun cədvəldə 4-cü yerdən yuxarı qalxa bilməmişdir. Gənc komanda olmasına baxmayaraq, 2007–2008-ci il mövsümündə ölkə çempionu olub. Növbəti çempionatda isə 2-ci yeri tutub. 2009–2010-cu il mövsümündə "İnter" ikinci dəfə Azərbaycan çempionu adını qazandı. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 256,5 xal ilə Azərbaycan klubları arasında 4-cü, dünyada isə 465-ci pillədə başa vurmuşdur[2].

2017-ci il 28 oktyabrdan etibarən klub rəsmən "Keşlə" adlandırılıb.[3] 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.[4]

Liqa və kubok tarixi

redaktə
Mövsüm Liqa Azərbaycan kuboku Bombardir
Div. Yer Oy. Q H M VQ BQ X Adı Liqa
1999–00 1 11 22 5 3 14 19 41 18 1/8 Final   Samir Ələkbərov 7
2000–01 1 7 20 9 2 9 26 38 29 1/8 Final   Ramin Nəsibov 8
2003–2004 1 4 26 15 6 5 43 16 51 1/8 Final   A. Soxadze 6
2004–2005 1 7 34 19 9 6 44 24 66 Finalçı   Elşən Məmmədov 10
2005–2006 1 4 26 14 8 4 35 14 50 1/4 Final   Idahor 6
2006–2007 1 4 24 13 6 5 36 12 45 Yarımfinal   Samir Əliyev 6
2007–2008 1 1 26 18 4 4 55 18 58 Finalçı   Xəqani Məmmədov 19
2008–2009 1 2 26 18 7 1 54 16 61 Finalçı   Valter Quqlielmone 17
2009–10 1 1 32 22 12 8 58 37 78 Yarımfinal   Robertas Poşkus 12
2010–11 1 5 32 13 10 9 29 24 49 Finalçı   Robertas Poşkus 5
2011–12 1 3 32 16 8 8 29 21 56 Yarımfinal   Baçana Tsxadadze 7
2012–13 1 3 32 16 9 7 38 22 57 1/4 Final   Baçana Tsxadadze 8
2013–14 1 2 36 20 7 9 60 37 67 1/4 Final   Vaqif Cavadov 16
2014–15 1 2 32 17 12 3 55 20 63 Yarımfinal   Mikel Alvaro 9
2015–16 1 4 36 16 11 9 39 28 59 Yarımfinal   Nizami Hacıyev /   Mirsahib Abbasov 6
2016–17 1 3 28 11 10 7 39 33 43 Yarımfinal   Rauf Əliyev 11
2017–18 1 6 28 8 7 13 29 39 31 Qalib   Pərdis Fərcad-Azad /   Adrian Skarlataçe /   Slavik Alxasov 4
2018–19 1 8 28 6 5 17 29 45 23 1/4 Final   Amil Yunanov /   Conatan Ayite 5

Uğurları

redaktə
  • Azərbaycan çempionatı:
    • 1  Qızıl medal (2) — 2007/2008, 2009/2010
    • 2  Gümüş medal (3) — 2008/2009, 2013/2014, 2014/2015
    • 3  Bürünc medal (3) — 2011/2012, 2012/2013, 2019/2020
  • Azərbaycan Kuboku:
    • 1  Qızıl medal (2) — 2017/2018, 2020/2021
    • 2  Finalçı (4) — 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
  • Azərbaycan Birinci Liqası:
    • 1  Qızıl medal (1) — 2023/2024
  • Birlik Kuboku:

Keşlə Avrokuboklarda

redaktə

Son yenilənmə: 2020-ci il

Turnir Oyunlar Q H M VQ BQ
UEFA Çempionlar Liqası 6 1 3 2 3 5
UEFA Avropa Liqası 26 12 7 7 37 29
UEFA İntertoto Kuboku 4 3 0 1 6 4
Cəmi 36 16 10 10 46 38
Mövsüm Turnir Mərhələ Klub Ev Qonaq Ümumi
2004 UEFA İntertoto Kuboku 1R   Breqens 2–1 3–0 5–1  
2R   Tampere Yunayted 1–0 0–3 1–3  
2008–09 UEFA Çempionlar Liqası 1M   Rabotniçki 0–0 1–1 1–1(a)  
2M   Partizan 1–1 0–2 1–3  
2009–10 UEFA Avropa Liqası 2M   Spartak Trnava 1–2 1–3 1–5  
2010–11 UEFA Çempionlar Liqası 1M   Lex Poznan 0–1 1–0 1–1(8–9 p.)  
2012–13 UEFA Avropa Liqası 1M   Narva Trans 5–0 2–0 7–0  
2M   Asteras Tripolis 1–1 1–1 2–2(2–4 p.)  
2013–14 UEFA Avropa Liqası 1M   Mariehamn 1–1 2–0 3–1  
2M   Tromsö 1–0 0–2 1–2  
2014–15 UEFA Avropa Liqası 1M   Tiraspol 3–1 3–2 6–3  
2M   Elfsborq 0–1 1–0 1–1(3–4 p.)  
2015–16 UEFA Avropa Liqası 1M   Laçi 0–0 1–1 1–1(a)  
2M   Hafnarfyordur 2–2(ə.v.) 2–1 4–3  
3M   Atletik Bilbao 0–0 0–2 0–2  
2017–18 UEFA Avropa Liqası 1M   Mladost Luçani 2–0 3–0 5–0  
2M   Fola Eş 1–0 1–4 2–4  
2018–19 UEFA Avropa Liqası 1M   Balzan 2–1 1–4 3–5  
2020–21 UEFA Avropa Liqası 1M   Laçi 0–0(4–5 p.) N/A N/A  
2021–22 UEFA Konfrans Liqası 2M   Soçi 2–4 0–3 2–7  

Heyəti

redaktə
25 Sentyabr 2021 tarixində yenilənib
Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Stanislav Namaşko
27   GK Əkbər Vəliyev
85   GK Kamal Bayramov
2   DF İlkin Qırtımov
3   DF Tərlan Quliyev (Kapitan)
4   DF Şəhriyar Əliyev
5   DF Kərim Diniyev
8   DF Tural Axundov
11   DF Sadio Tounkara
18   DF Ruslan Əmircanov
20   DF Rail Məlikov
21   DF Miyuşko Boyoviç
22   DF Elçin Mustafayev
Nömrə Ölkə Mövqeyi Futbolçu
10   MF Felipe Santos
14   MF Turan Vəlizadə
17   MF Omar Qudiabi
50   MF Samir Abdullayev
72   MF Aldair Neto
77   MF Merab Qiqauri
99   MF Rafael Məhərrəmli
9   FW Anatole Abanq
29   FW Amil Yunanov

İstinadlar

redaktə
  1. "Haqqında". Shamakhifc.az. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  2. Reytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine  (az.) apasport.az tarixi:2010.11.27
  3. "Peşəkar Futbol Liqasının məlumatı 2017–10–28". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-29.
  4. ""Keşlə"nin adı dəyişdi". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə