Şəmkir PFK

Futbol kulubu

Şəmkir PFKŞəmkir rayonunu təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir. 2017-ci ildə fəaliyyəti dayandırılmış Şəmkir FK-nın xələfi deyildir. 2023-cü ilədək adı "Qala" (Şəmkir) FK olmuşdur.

Şəmkir PFK
Loqonun şəkli
Klubun tam adı Şəmkir Peşəkar Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Şəmkirlilər", "Yeni Şəmkir"
Rəng(lər) qızılı-ağ
Yaranma tarixi 2013
Stadionu Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Tutumu 2 000
Prezidenti Azərbaycan Vüsal Məmmədov
Baş məşqçisi Azərbaycan Ceyhun Əhmədov
Liqa Azərbaycan İkinci Liqası
2023/2024 5
Rəsmi saytı

2013-cü ildə şəmkirli iş adamları tərəfindən Şəmkir rayonunun Qədimqala kəndinin yaxınlığında yerləşən Şəmkir qalasının şərəfinə Qala futbol klubu ("Qala" FK) adı ilə Şəmkir şəhərində yaranmışdır. "Qala" FK əsasən uşaq komandaları ilə müxtəlif yaş qrupları üzrə Azərbaycan çempionatlarında Şəmkir rayonunu təmsil etmişdir. 2022/2023 mövsümündə Azərbaycan Region Liqasında iştirak etmişdir. 2023-cü ildə "Qala" FK adını "Şəmkir" PFK dəyişərək Azərbaycan İkinci Liqasında iştirak etməyə başlamışdır.[1] 2017-ci ilədək fəaliyyətdə olmuş Şəmkir Futbol Klubu ilə heç bir tarixi bağlılığı yoxdur.[2][3] 2024-cü ilin avqust ayında klub rəhbərliyi komandanın rənglərini qırmız-ağdan qızılı-ağ rənglərə dəyişdirdi və yeni loqonu təqdim etdi.[4]

Klubun tarixi loqoları

redaktə
 
Qala Şəmkir FK-nın ilk loqosu (2013-2023)

[5]

 
Şəmkir PFK adı ilə ilk loqo(2023-2024)

Klubun rəngləri

redaktə
Qızılı

Klubun yeni loqosu

redaktə
 
Şəmkir PFK-nın rəsmi loqosu (2024)

[6]

Heyəti

redaktə

2024/2025 mövsümü üçün heyəti (16 sentyabr 2024-cü il)

Nömrə Ölkə Mövqeyi Futbolçu
1   GK Norvuz Rəhimov (Kapitan)
19   GK İsmayıl Əskərov
2   DF Əyyub Cabbarov
3   DF Kamran Kərimov
4   DF Kənan İbişov
6   DF Cavid Abbasov
14   DF Surac Şahbazov
15   DF Ümid Nəğdəliyev
20   DF Cavid Abbasov
30   DF Kərəm Əhmədli
5   MF Sehran Abbasov
7   MF Sahib Cümşüdov
8   MF Əli Tağızadə
10   MF Akif Tağıyev
11   MF Rövşən Şahmuradov
17   MF Elnur Mustafazadə
23   MF Cavanşir Cavanşirov
44   MF Elşad Mirzəyev
9   FW Vidadi Cəfərov

[7]

İstinadlar

redaktə
  1. "II Liqa Klublar - Şəmkir PFK". www.pfl.az. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  2. ""Şəmkir"in prezidenti yerli iş adamlarının köməyinə bel bağlayır". www.sport24.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  3. "Bundan sonra "Şəmkir" PFK kimi fəaliyyətinə davam edəcək". Rekord.az. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  4. "Azərbaycanın tanınmış klubu yenilik etdi". www.sportinfo.az. 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-121.
  5. ""Şəmkir"in prezidenti yerli iş adamlarının köməyinə bel bağlayır". www.sport24.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  6. "Azərbaycanın tanınmış klubu yenilik etdi". www.sportinfo.az. 2024-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-121.
  7. "II Liqa /Şəmkir PFK". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.