İstifadəçi müzakirəsi:Sortilegus/Arxiv 2022

Ən son rəy:1 il öncə, Araz.Zeyniyev tərəfindən "Ələddin.Məlikov" mövzusunda

How we will see unregistered users

redaktə

Hi!

You get this message because you are an admin on a Wikimedia wiki.

When someone edits a Wikimedia wiki without being logged in today, we show their IP address. As you may already know, we will not be able to do this in the future. This is a decision by the Wikimedia Foundation Legal department, because norms and regulations for privacy online have changed.

Instead of the IP we will show a masked identity. You as an admin will still be able to access the IP. There will also be a new user right for those who need to see the full IPs of unregistered users to fight vandalism, harassment and spam without being admins. Patrollers will also see part of the IP even without this user right. We are also working on better tools to help.

If you have not seen it before, you can read more on Meta. If you want to make sure you don’t miss technical changes on the Wikimedia wikis, you can subscribe to the weekly technical newsletter.

We have two suggested ways this identity could work. We would appreciate your feedback on which way you think would work best for you and your wiki, now and in the future. You can let us know on the talk page. You can write in your language. The suggestions were posted in October and we will decide after 17 January.

Thank you. /Johan (WMF)

18:10, 4 yanvar 2022 (UTC)

Dəvət

redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 12:49, 8 yanvar 2022 (UTC)Cavabla

Vandalism

redaktə

Hi, sorry for writing you in English! Can you please block this user for vandalism? Please also consider to protect the page, many thanks and best regards :) — Superpes15 (müzakirə) 01:35, 30 yanvar 2022 (UTC)Cavabla

Gülşad

redaktə

Hər vaxtınız xeyir, Sortilegus. 2007-ci ildə tərtib etdiyiniz Gülşad məqaləsini SNS-ə təqdim edəcəkdim, ancaq tarixçədə adınızı gördüm və əvvəlcə sizə müraciət etməyin daha doğru olacağını düşündüm. Məqaləni işləmək niyyətiniz varsa, təqdim etməyim. — Burocan (müzakirə) 18:42, 31 yanvar 2022 (UTC)Cavabla

Salam Burocan. Azvikinin ədəbiyyatla və ədəbiyyat adamları ilə bağlı məqalələrinin bir qisminin müəllifi mənəm. Onların içində də bəzən ensiklopedik kriteriyalara cavab verməyəni olur. Bəzən də elə olur ki, məqalənin müəllifi kimi mən görünsəm də, hansısa təcrübəsiz istifadəçinin fəaliyyətinin redaktəsi nəticəsində bu baş verir. Məsələn, son vaxtlar xatırlayıram ki, İstifadəçi:Sortilegus/Qaralama səhifəsindən gənələr haqqında xeyli məqalə çıxarmışam :) Amma onu hansısa təcrübəsiz istifadəçi toplu halda hansısa səhifəyə yükləyib, o səhifə silinəndə içindəki materialdan gərəkli olan məqalələr çıxarıram ki, itbat olmasın. Şairlər, yazıçılar haqqında da bu prinsiplə yaratdığım xeyli sayda məqalə var. Gülşadın da ensiklopedikliyi müzakirə oluna bilər. Ona görə qarşınıza belə məqalələr çıxanda, heç onların müəllifinə müraciət etmədən silinməsi üçün müzakirəyə çıxara bilərsiniz. Hər belə məqalənin müəllifinə yazıb ondan cavab gözləsək, o proses uzun sürər. Hörmətlə: — Sortilegus (müzakirə) 18:56, 31 yanvar 2022 (UTC)Cavabla

Dəvət

redaktə

Salam dəyərli Sortilegus/Arxiv 2022, sizi burada olan səs verməyə dəvət edirəm. Təşəkkürlər Santorica 13:35, 5 fevral 2022 (UTC)Cavabla

Salam hörmətli wikipedia idarəçisi, yeni yaradılmış Hüseyn Azizoğlu məqaləsinə stil kitabçasının pozulması şərti altında səhifə silinməsi üçün müraciət olunub. Amma heç bir stil kitabçası pozuntusu yoxdur. Sizdən xahiş edirəm yardım edəsiniz. Təşəkkürlər.

Türk xalqları məqaləsində Türk dilləri başlığı

redaktə

Salam hörmətli Sortilegus. Türk xalqları məqaləsində Türk dilləri haqqındakı bölmədəki məktəb dərsliklərinə, xəbər saytlarına belə girən o böyük səhvi düzəltməyə çalışdım. Sizdən xahişim odur ki, onu əvvəlki kimi geri qaytarmayasınız. Bölmənin doğruluğunu qısa araşdırma ilə yoxlaya bilərsiniz. bax: Türk dilləri, və ya Johanson, Lars & Csató, Éva Ágnes, (eds.) (1998). The Turkic Languages. London: Routledge (Türk vikidən alınıb) Atabeg00 (müzakirə) 08:11, 9 fevral 2022 (UTC)Cavabla

Salam Atabeg00. Vikipediyanın məqsədi, əslində, səhv düzəltmək deyil. Siz deyirsiniz ki, məktəb dərsliklərinə girən səhvi burada düzəltmisiniz. Vikipediya isə fakt səhvdi-düzdü - bu işlərlə məşğul deyil, olanı olduğu kimi əks etdirir. Düşünün ki, sizin kimi hamı burada məktəb dərsliklərindəki, ensiklopediyalardakı, elmi kitablardakı səhvləri "düzəldib" faktları öz bildiyi kimi yazsa nə olar. Nəsə düzəliş etmisinizsə, yoxlanıla bilən etibarlı, elmi, ensiklopedik mənbələrə istinadla bunu edin. Səhv düzəltməyə qalsa hələ bu günəcən də dünyanın Günəş ətrafında fırlanmadığını, inək buynuzları üstündə dayandığını düşünənlər var və onlar da məktəb dərsliklərində dünya haqqında yazılanları silib öz iddialarını vikipediyaya əlavə edə, hətta istəsələr bu iddialarını dəstəkləyən mənbə də tapa bilərlər. Hörmətlə:— Sortilegus (müzakirə) 21:54, 9 fevral 2022 (UTC)Cavabla
Salam. Cavabınıza görə təşəkkürlər. Sizə yazdığım measjda özümü bir az tərifləmiş kimi görünürəm. Əgər yanlış başa düşdünüzsə, üzr istəyirəm. Həmin məqalədəki təsnifatı Britannica/Turkic languagesturcologica(Johanson mənbəsindəndir) mənbələri təsdiqləyir. Bildiyimə görə əsl Vikipediyanın vəzifəsi, mənbələri ilə birlikdə təsdiqlənmiş məlumatları ensiklopedik bir şəkildə oxucuya çatdırmaqdır. Bu təsnifatı da bir çox dillərdəki vikipediyalar təsdiqləyib. Atabeg00 (müzakirə) 05:24, 10 fevral 2022 (UTC)Cavabla

Qaya

redaktə

Salam hörmətli Sortilegus müəllim. Qaya istiqamətləndirmə səhifəsini niyə silmisiniz? Lavici mesaj? 17:00, 19 fevral 2022 (UTC)Cavabla

Salam. Yanlış istiqamətləndirmə səhifəsi idi. Süxur səhifəsinə yönləndirilmişdi. — Sortilegus (müzakirə) 00:08, 20 fevral 2022 (UTC)Cavabla

Qaydalarda dəyişiklik barədə məlumat

redaktə

Salam hörmətli Sortilegus. Vikipediyada yeni ad fəzasının tətbiqi ilə bağlı prinsiplər rəsmi olaraq qəbul edilib. Buradan : 1, 2 dəyişikliklər barədə xəbərdar olar bilərsiniz. Hörmətlə, Turkmen müzakirə 20:22, 25 fevral 2022 (UTC)Cavabla

Müraciət

redaktə

Salam! Hörmətli, Sortilegus/Arxiv 2022. Zəhmət olmasa bu müraciətimə nəzər yetirərdiz. Təşəkkürlər! Elonizm(?) 16:33, 5 aprel 2022 (UTC)Cavabla

Otel

redaktə

Salam həmkar. Kateqoriya:Hotellər kateqoriyasındakı adlar Otel kimi düzəldilməsini düşündüm. Çox olduğundan yanlışlıq etməmək üçün məsləhətləşməyi lazım bildim. Hotel kimi qalsın ya Otel edək? — Araz Yaquboglu (müzakirə) 15:48, 26 aprel 2022 (UTC)Cavabla

Salam Araz müəllim. 2006-cı il Azərbaycan dilinin orfoqrafiya lüğətində hər iki variant var - (otel və hotel). "Hotel" variantı ingilis dilindən gəlir, türkcədə çox vaxt "otel" işlənir, ruslar isə "гостиница" (mehmanxana) variantını işlədirlər. "Mehmanxana" köhnəlmiş variantdır, məncə, onu ləğv edib istiqamətləndirmə səhifəsi eləsək, daha məqsədəuyğun olar. Mənə qalsa, "otel" variantındansa "hotel" variantına üstünlük verərdim. Çünki, məsələn, bir otaqda çox qonağın qaldığı yerə "hostel" deyirik və bu variantı işlədirik ("hotel" - "hostel"). Yəni sanki "hotel"i "otel" yazsaq, "hostel"i də "ostel" yaza bilərik :) Halbuki türklər "otel" desələr də "hostel", ruslar "mehmanxana"(гостиница) desələr də "hostel" (хостел) deyirlər. Hörmətlə:— Sortilegus (müzakirə) 21:49, 26 aprel 2022 (UTC)Cavabla
Aydındı. Təşəkkürlər. — Araz Yaquboglu (müzakirə) 05:40, 27 aprel 2022 (UTC)Cavabla
Bu müzakirəni indi oxudum. Keçən il bunla bağlı Kənd meydanında yazmışdım. Yeni lüğətdə "hotel" olduğu üçün hamısını hotel etmişdim. White Demツnyaz 17:04, 25 may 2022 (UTC)Cavabla

İmamqulubəyli (kənd, Ağdam)

redaktə

YM şablonunda |region = Ağdam rayonu hissəsini saxlayanda Ağdam rayonunun xəritəsində kəndin yeri çox dəqiq görsənir. Xəritəni göstər/gizlə-ni tıklayanda. — Araz Yaquboglu (müzakirə) 05:40, 27 aprel 2022 (UTC)Cavabla

Hə, bu əladır. Görəsən bu əməliyyatı vikidatada eləmək olur? Orda olsaydı bura əlavə etməyə gərək qalmazdı.— Sortilegus (müzakirə) 10:03, 27 aprel 2022 (UTC)Cavabla

«Gümüş Ulduz»

redaktə
  «Gümüş Ulduz»
Siz, 2022-ci ilin aprel ayı ərzində 3.630 redaktə etmisiniz. Buna görə də Redaktə Liqasının «Gümüş Ulduz» mükafatına layiq görülürsünüz. — Xeyal (müzakirə) 21:20, 2 may 2022 (UTC)Cavabla

İnzibatçının rolunun qərəzli olması

redaktə

Salam. İnzibatçı öz rolundan istifadəçini sıxırsa, hara şikayət etmək olar. Metavikiyə?— Azerifactory (müzakirə) 10:37, 21 may 2022 (UTC)Cavabla

Salam. Vikipediya:Bürokratlara müraciət səhifəsində bürokratlara müraciət edə bilərsiniz. Cavab sizi qane etməsə metada qlobal idarəçilərə də şikayət yaza bilərsiniz. — Sortilegus (müzakirə) 16:36, 21 may 2022 (UTC)Cavabla
Mersi. Bəs Azərbaycan vikisində klonları haradan yoxlamaq olar. İngilis vikisində deyirlər ki, Azvikisinin idarəçilərinə yazmaq lazımdır— Azerifactory (müzakirə) 15:25, 25 may 2022 (UTC)Cavabla
Azerifactory, istərsiniz Vikipediya:İnzibatçılara müraciət səhifəsində inzibatçılara müraciət edə bilərsiniz. Amma məncə, metada kukla hesab ehtimalını sadəcə inzibatçılar yox, istənilən vikipediya redaktoru yoxlatdıra bilər.— Sortilegus (müzakirə) 18:05, 25 may 2022 (UTC)Cavabla

Şablon

redaktə

Salam. Xahiş edirəm, bu şablonu bərpa edin. İstifadəsiz olsa da, lazımi şablondur. Lavici mesaj? 19:30, 30 may 2022 (UTC)Cavabla

Salam. Zəhmət deyilsə, bunu da bərpa edin. Dancewithdevil (müzakirə) 03:50, 30 oktyabr 2022 (UTC)Cavabla

Əhməd Qaraca səhifəsinin silinməyə namizəd göstərilməsi

redaktə
 
Əhməd Qaraca məqaləsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Əhməd Qaraca səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Azerifactory (müzakirə) 23:07, 2 iyun 2022 (UTC)Cavabla

Ranse

redaktə

salam, bu məqalə köklü vandalizmə məruz qalmışdı. zəhmət olmasa bu istifadəçiləri bloklayın: Wikiroka, ADELI RANSE və bu IP. Atakhanli (müzakirə) 13:31, 9 iyun 2022 (UTC)Cavabla

Xəritə

redaktə

Salam hörmətli @Sortilegus mənim Vikipediyada üzləşdiyim çətinlik var və qərara gəldim ki sizdən kömək etməyinizi istəyim üzləşdiyim çətinlik məqaləyə xəritə əlavə etməkdi məsələn Bakı Dövlət Universiteti məqaləsində yerləşdirilən xəritənin hansı yolla yerləşdirilməsi və necə yerləşdirliməsini bilmək istərdim bir neçə məqalə var ki xəritə əlavə etmək istəyirdim ancaq alınmadı köməklik etsəydiniz çox sevinərdim -- Hörmətlə: Qraf 061   (müzakirə) 17:05, 10 iyun 2022 (UTC)Cavabla

Salam Qraf061. Səhifənin başındakı xəritə və s. kimi məlumatlar adətən birbaşa vikidataya əlavə edilir. Siz Bakı Dövlət Universitetinin vikidata məlumatlarına bu keçiddən baxa bilərsiniz → Bakı Dövlət Universiteti (vikidata). Hər bir məqalənin bu cür vikidata məlumatları var. Onlara səhifədə solda ən alt tərəfdə "Keçidlərin redaktəsi" üzərinə tıklayaraq baxa bilərsiniz. Hörmətlə:— Sortilegus (müzakirə) 17:15, 10 iyun 2022 (UTC)Cavabla
Hörmətli @Sortilegus çox sağolun təşəkkür edirəm -- Hörmətlə: Qraf 061   (müzakirə) 17:23, 10 iyun 2022 (UTC)Cavabla

Siyahıyaalınma

redaktə

Salam. Sizin Ataqut və digər kəndlərdə etdiyinizi redaktələrdə 2009cu il əhalinin siyahıyaalınmasını əlavə etdiyinizi gördüm deyə bir sual vermək istəyirəm. Əhalinin 2019cu ildə siyahıyaalınması baş vermişdi, amma bunun PDF-ini tapa bilmirəm internetdə. Bu haqda məlumatınız var? — Golden müzakirə 07:44, 13 iyun 2022 (UTC)Cavabla

Salam. 1999 və 2009-da siyahıyaalma aparılıb, amma 2019-da aparılacağı elan edildi, nəticələri açıqlanmadı. Ya da bəlkə heç aparılmadı. O nəticələr açıqlananda yeni rəqəmləri əlavə edəcəyik səhifələrə, amma köhnə rəqəmləri silməyəcəyik, 1999 da, 2009 da qalacaq. Hörmətlə:— Sortilegus (müzakirə) 07:56, 13 iyun 2022 (UTC)Cavabla
@Sortilegus, @Golden, salam, siyahıyaalınma icra olunub. Nəticələr açıqlanmayıb. Amma nəticələrin sağlam olacağına inanmıram. Elektron sistem əvəzinə təkbətək yoxlamadan istifadə olunub. Bu da qeyri-dəqiqliyə və manipulasiyaya səbəb olur. - Dr.Wiki54 (müzakirə) 08:27, 13 iyun 2022 (UTC)Cavabla
@Dr.Wiki54, Çox sağolun. Görəsən niyə 3 ildən sonra hələ də nəticələr açıqlanmayıb? Belə gec olması normaldır yoxsa açıqlanması ümumiyyətlə gözlənilmir? — Golden müzakirə 08:42, 13 iyun 2022 (UTC)Cavabla
Dr.Wiki54 rəsmi statistika olduğu üçün qeyri-dəqiq də olsa, istinad edəcəyik. Amma qeyri-dəqiqliklər, qarşıqlıqlar elə köhnə siyahıyaalmalarda da var. Mən incələdikcə ortaya çıxır. Məsələn, Alaxançallı ilə Şahkərəm (Daşkəsən)in 1999 rəqəmlərini qarışdırıblar və s. Belə faktlar çoxdu.Tapdıqca qeyd edirəm. — Sortilegus (müzakirə) 08:45, 13 iyun 2022 (UTC)Cavabla
@Golden, adətən gec açıqlanır. Müharibə, korona da buna mane oldu. Keçən il dedilər 2022-nin əvvəlində açıqlanacaq. Sonra dedilər sonuna doğru. Səs yoxdur hələ. @Sortilegus, təəssüf ki, bəli. Rəqəm qarışdırmaqdan başqa şəxsən sorğu götürənlərin manipulasiyalarına şahid olduğum üçün çox da etibarlı gəlmir mənə. Amma məcburuq istifadə edək. - Dr.Wiki54 (müzakirə) 09:11, 13 iyun 2022 (UTC)Cavabla

Yönləndirmələr

redaktə

Salam. "Sədərək (qəsəbə)", "Sədərək qəsəbəsi", "Sədərək kəndi" kimi yönləndirmələrin qalmasında nə kimi bir problem var ki, silirsiz? dancewithdevil (müzakirə) 17:02, 29 iyun 2022 (UTC)Cavabla

«Bürünc Ulduz»

redaktə
  «Bürünc Ulduz»
Siz, 2022-ci ilin iyun ayı ərzində 3.511 redaktə etmisiniz. Buna görə də Redaktə Liqasının «Bürünc Ulduz» mükafatına layiq görülürsünüz. Hörmətlə, dancewithdevil (müzakirə) 00:24, 30 iyun 2022 (UTC)Cavabla

Sual

redaktə

Salam. İnzibatçının müzakirəsiz məlumatı silməyi qayda pozuntusu deyil? Xüsusi ilə müzakirə səhifəsində yazılandan sonra yenə də eyni silinməsi.

Xahiş edirəm tədbir görün— Azerifactory (müzakirə) 18:12, 1 iyul 2022 (UTC)Cavabla

İstifadəçi adı

redaktə

Salam. Bu istifadəçinin adını necə dəyişmisiniz ki, ayrı-ayrı hər 2 adda da istifadəçi var. Hörmətlə, dancewithdevil (müzakirə) 04:07, 2 iyul 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi

redaktə
 
İdarəçi seçkisi
Salam, Sortilegus.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 15:13, 4 iyul 2022 (UTC) Cavabla

Kateqoriya

redaktə

Salam həmkar. Necəsiniz? Qurban bayramınız mübarək olsun. Bu Kateqoriya:Uşaqlara qarşı zorakılıq kateqoriyanı hansı kateqoriya ilə (ru:Категория:Насилие над детьми və ya ru:Категория:Преступления против детей) birləşdirmək uyğundur? — Araz Yaquboglu (müzakirə) 12:45, 9 iyul 2022 (UTC)Cavabla

Salam Araz müəllim. Təşəkkür edirəm, yaxşıyam. İnşallah ki, siz də yaxşısınız. Məntiqli olanı Kateqoriya:Uşaqlara qarşı zorakılıqru:Категория:Насилие над детьми birləşdirməkdir. Hörmətlə: — Sortilegus (müzakirə) 19:14, 11 iyul 2022 (UTC)Cavabla

BNS-də müzakirəyə çıxan səhifələr

redaktə

Salam, müəllim. Necəsiniz? Təxminən bir ay əvvəl Mirmehdi Ağaoğlunun istinadsızlığı və Stil kitabçasına uyğunsuzluğu qərarlarıyla haqlı olaraq silinmiş səhifəsini yenidən işləyərək zənginləşdirdim və müzakirəyə çıxardım Mirmehdi Ağaoğlu. Həmkarları müzakirədə iştiraka dəvət etsəm də, müzakirənin çox passiv keçdiyini düşünürəm. Sizdən qaralama versiyayla tanış olub və şəxsin ensiklopedikliyini nəzərə alıb müzakirəni yekunlaşdırmağınızı xahiş edirəm. Eyni şey Fərid Hüseyn səhifəsi üçün də keçərlidir. Orda nisbətən aktiv müzakirə oldu. Düşünürəm ki, hər iki şəxs kifayət qədər ensiklopedikdir. Məqalələri də mümkün qədər yaxşı hazırlamağa çalışmışam. Təşəkkür edirəm! Hörmətlə: Orkhan Juvarli (müzakirə) 07:35, 13 iyul 2022 (UTC)Cavabla

Salam Orkhan Juvarli. Təşəkkür edirəm, yaxşıyam. Mən 1-2 günə müzakirələri və məqalələri təftiş edib sonlandıraram. Hörmətlə: — Sortilegus (müzakirə) 22:25, 17 iyul 2022 (UTC)Cavabla

Təşəkkür edirəm! Hörmətlə: Orkhan Juvarli (müzakirə) 08:03, 18 iyul 2022 (UTC)Cavabla

Yarımçıq qalmış məqalələr

redaktə

Salam. Xocavənd rayonunun kəndlərinə aid olan məqalələrə 1 aydır ki, iş gedir şablonu yerləşdirmisiz amma məqalə üzərində işləyən yoxdur, əgər məqalələr üzərində işləmirsinizsə iş gedir şablonunu məqalədən çıxardın. — Xeyal (müzakirə) 20:10, 18 iyul 2022 (UTC)Cavabla

Salam Xeyal. Hə, bilirəm. 5-6 rayonun kəndləri haqqında məqalələri eyni vaxtda zənginləşdirirəm. İndilik sadəcə Tovuz və Biləsuvar rayonlarının kəndlərini demək olar ki, tamamlamışam. Babək (Naxçıvan), Xocavənd, Daşkəsən və Sabirabad rayonlarının kəndləri haqqında məqalələr üzərində hələ işləyirəm. İndi Azərbaycanda məzuniyyətdə olduğum üçün vikipediyaya çox vaxt ayıra bilmirəm. Türkiyəyə geri dönən kimi o məqalələri redaktə etməyə davam edəcəm. Amma şablonun o məqalələrdə qalması sizi narahat edirsə onu silə bilərsiniz. — Sortilegus (müzakirə) 18:27, 19 iyul 2022 (UTC)Cavabla
Xeyr narahat etmir, dedim birdən yadınızdan çıxar xatırlatma edim. — Xeyal (müzakirə) 09:41, 20 iyul 2022 (UTC)Cavabla

BNS yekunlaşdırması

redaktə

Salam. Hansı əsasla bu müzakirəni belə yekunlaşdırmısınız? Hanı orada tutarlı fakt? Tərəqqi medalı nə vaxtdan ensiklopedik olub? Əgər "konsensus yoxdur" desəniz yenə hardasa anlamaq olardı. - Dr.Wiki54 (müzakirə) 05:47, 29 iyul 2022 (UTC)Cavabla

Salam. Ceyhun Musaoğlu kifayət qədər tanınmış jurnalistdir. Məşhurluq kriteriyalarına tam cavab verir. Tərəqqi medalı olmasaydı da məqalə bərpa edilməli idi. Hörmətlə:— Sortilegus (müzakirə) 14:53, 29 iyul 2022 (UTC)Cavabla
Məşhurluq ensiklopediklik deyil. Bunu daha yaxşı bilərsiniz. Əleyhinə olan iradlar daha tutarlıdır -- açıq-aydın. - Dr.Wiki54 (müzakirə) 16:05, 29 iyul 2022 (UTC)Cavabla
"Açıq-aydın" yazdığınızda buna siz qərar verirsiniz? — Sortilegus (müzakirə) 16:30, 29 iyul 2022 (UTC)Cavabla
Xeyr. İstənilən istifadəçi görə bilər. Məşhur olduğunu yazıb ensiklopedik olduğunu iddia edərək müzakirədəki şərhləri diqqətə almadan yekunlaşdırma etmisiniz. - Dr.Wiki54 (müzakirə) 16:55, 29 iyul 2022 (UTC)Cavabla
Dr.Wiki54 niyə ki? Bütün şərhləri nəzərə almışam. Siz heç orda şərh yazmamısınız, sadəcə əleyhinə səs vermisiniz. Tərəqqi medalı ilə bağlı irada burada cavab yazdım. Əsas 1-ci əleyhinə olan şərh var ki, "şəxsin hazırda olan tərcüməyi halının göstəriciləri ilə 100-lərlə şəxs məqaləsinin bərpa olunması və ya yaradılmasını tələb edə bilər" - ki, yüzlərlə deyil, amma ən azı onlarla haqsız yerə silinən şəxslər haqqında məqalələr var ki, onlar müraciət olunduqca yavaş-yavaş bərpa olunacaq.— Sortilegus (müzakirə) 18:54, 29 iyul 2022 (UTC)Cavabla
Mən şərh bildirməmişəm? Bəs bu nədir "Tərəqqi medalı ensiklopedikləyə zəmanət vermir. Minlərlə belə şəxs var. Kitab müəllifi olan yüzlərlə şəxs var. Yaxşı olardı ki, qaralama fəzasında məqalə yaradılsın baxaq görək nədir nə deyil." Məşhurluq ensiklopediklik deyil. Lehinə verilən arqumentlərdən kitab müəllifi olmaq və tərəqqi medalı almaq da ensiklopedik etmir. Bu qədər sadə. - Dr.Wiki54 (müzakirə) 20:48, 29 iyul 2022 (UTC)Cavabla
Dr.Wiki54 şərhinizi "şərh" şablonu olmadan yazdığınız üçün diqqətimdən qaçıb. Üzürlü sayın. "Tərəqqi medalı" ilə bağlı fikirlərimi də yazdım.— Sortilegus (müzakirə) 16:22, 5 avqust 2022 (UTC)Cavabla

Uyğunsuz istifadəçi adı

redaktə

Salam, hər vaxtınız xeyir. Zəhmət olmasa, bu istifadəçi adını bloklayasınız, uyğunsuz olması səbəbi ilə. Hörmətlə, dancewithdevil (müzakirə) 19:10, 19 avqust 2022 (UTC)Cavabla

Təşəkkür edirəm. White Demon həll etdi. Hörmətlə, dancewithdevil (müzakirə) 19:17, 19 avqust 2022 (UTC)Cavabla

Möcüzə qadın

redaktə

Salam, Sortilegus. Ecazkar qadın bəzi mənbələrdə "Möcüzə qadın" kimi də göstərilir, məsələn, BBC saytında. Ümumiyyətlə, "Wonder Woman" bizim dilə "Möcüzə qadın" kimi tərcümə olunur, sadəcə Park Cinema Ecazkar qadın kimi tərcümə edib deyə məqalənin də adı elədir. Ona görə istiqamətləndirməni bərpa etdim. Şiroi Akuma 11:27, 29 avqust 2022 (UTC)Cavabla

Ənvər Rza səhifəsinin silinməyə namizəd göstərilməsi

redaktə
 
Ənvər Rza səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Ənvər Rza səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Atakhanli (müzakirə) 22:57, 3 sentyabr 2022 (UTC)Cavabla

«Bürünc Nişan»

redaktə
  «Bürünc Nişan»
Siz, 2022-ci ilin sentyabr ayı ərzində 3.266 redaktə etmisiniz. Buna görə də Redaktə Liqasının «Bürünc Nişan» mükafatına layiq görülürsünüz. Uğurlar ! Hörmətlə Grenzsoldat 20:50, 29 sentyabr 2022 (UTC)Cavabla

Mühafizə

redaktə

salam hörmətli həmkar. zəhmət olmasa bu məqaləni uzun müddətli mühafizə edə bilərsinizmi? məqaləyə günlərdir eyni redaktələr gedir. təşəkkürlər Atakhanli (müzakirə) 05:54, 20 oktyabr 2022 (UTC)Cavabla

İstifadəçi:ByAriz

redaktə

Salam.

İstifadəçi:ByAriz talış millətçisidir və Azərbaycan, Talış diliTalışlar məqalələrində, Azərbaycanın demoqrafik göstəriciləri haqqında yalan və mənbəsiz POV məlumatlarını yerləşdirir.

Zəhmət olmasa, bu istifadəçini yoxlayın və gələcəkdə hər hansı qeyri-konstruktiv redaktələri geri qaytarın.

Daha yaxşısı, bu istifadəçinin vandalizm etdiyi məqalələri qoruyun.

Hörmətlə, Multituberculata (müzakirə) 21:17, 22 oktyabr 2022 (UTC)Cavabla

VP:BNS

redaktə

Salam. Zəhmət olmasa VP:BNS-dəki Cahan Holdinq müzakirəsini yekunlaşdıra bilərsiz? Müzakirənin başlamasının artıq 1 ayı tamam olub. Əvvəlcədən təşəkkürlər. samral müzakirə 09:14, 20 noyabr 2022 (UTC)Cavabla

«Gümüş Medal»

redaktə
  «Gümüş Medal»
Siz, 2022-ci ilin noyabr ayı ərzində 4.851 redaktə etmisiniz. Buna görə də Redaktə Liqasının «Gümüş Medal» mükafatına layiq görülürsünüz. Uğurlar! Hörmətlə, Gadir (müzakirə) 23:00, 29 noyabr 2022 (UTC)Cavabla

Vandalizm

redaktə

Salam. Diqqət yetirərdiniz. 85.107.81.80 Bikar Orxan (müzakirə) 19:12, 9 dekabr 2022 (UTC)Cavabla

Yuxusuz redaktor ulduzu

redaktə
  Yuxusuz redaktor ulduzu
Gecə saatlarında etdiyiniz dəyərli redaktələr üçün təqdim olunur :)— Şiroi Akuma 00:31, 12 dekabr 2022 (UTC)Cavabla

müzakirəni silmək

redaktə

@Sortilegus, bu dəyişikliyə göz ata bilərsinizmi zəhmət olmasa. mənə doğru gəlmir. müzakirə açdıqdan sonra, suala cavab olaraq, müzakirə silinib. təşəkkür. Araz Zeyniyev (müzakirə) 09:52, 21 dekabr 2022 (UTC)Cavabla

Araz.Zeyniyev, əslində müzakirə səhifəsinin sahibi istədiyi müzakirəni səhifəsindən silə, arxivləşdirə bilər. Digər istifadəçi bunu etməməlidir. Şərhi silən görünür ki, təcürbəsiz istifadəçidir. Xəbərdarlıq eləmək daha məntiqli olar. Hörmətlə:— Sortilegus (müzakirə) 14:40, 21 dekabr 2022 (UTC)Cavabla

Ələddin.Məlikov

redaktə

bu adlı istifadəçi öz adına olan məqaləyə əlavələr edir, özü baş redaktor olduğ jurnalın məqaləsini işləyir. bunlar reklam xarakterli işlərdir. bundan əlavə, elmi və din adlı məqaləyə istinadsız, qeyri-elmi mətn daxil edir. xahiş edirəm, tədbir görün. bunların viki qaydalarına zidd oldğunu düşünürəm. Araz Zeyniyev (müzakirə) 21:56, 23 dekabr 2022 (UTC)Cavabla

"Sortilegus/Arxiv 2022" istifadəçi səhifəsinə qayıt.