İbrahimxəlil xan
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806[1][2]) — Qarabağ xanlığının ll xanı.
İbrahimxəlil xan | |
---|---|
İbrahimxəlil xan Sarıcalı-Cavanşir | |
| |
II Qarabağ xanı | |
1759 (yaxud 1763) – 1806 | |
Əvvəlki | Mehrəli bəy |
Sonrakı | Mehdiqulu xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alaqarğu, Arazbar |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa qalasının yaxınlığında |
Dəfn yeri | Şuşa qalası |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Atası | Pənahəli xan |
Həyat yoldaşları |
Xanımnənə xanım (Cəbrayıllı Nəbi ağanın qızı) Bikə ağa (IV Ümmə xan bacısı) Xurşid bəyim (1743—?) (Şahverdi xan Ziyadoğlu-Qacar qızı) Tuba xanım (?-1806, 12 iyun) Hurizad xanım (Məlik II Şahnəzərin qızı) |
Uşaqları |
oğlanları: 13 (Mehdiqulu xan daxil olmaqla) qızları: 9 (Ağabəyim ağa, Gövhər ağa daxil olmaqla) |
Ailəsi | Cavanşirlər |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general-leytenant |
İbrahimxəlil xan
redaktəİbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.
Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, Osmanlı və Rusiya imperiyası bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.
Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü
redaktəBelə bir dövrdə İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd şah Qacar atası Məhəmmədhəsən xan Qovanlı-Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60-minlik bir ordu ilə Qafqaza yürüş edir.
Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir.
1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şimali Azərbaycana qaçıb gizlənir. Aqa Məhəmməd şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şaha nəsib olmur.[3]
12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi
Ailəsi
redaktəOğulları
redaktə- Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir (1755-1806) general-mayor
- Mehdiqulu xan Cavanşir general-mayor
- Talıbxan
- Cavad ağa (1757-1779)
- Xanlar ağa (?-1831)
- Əbülfət xan Tuti (?-1835)
- Məhəmmədqasım ağa
- Əhməd xan
- Hüseynqulu ağa
- Səfiqulu ağa
- Fətəli ağa
- Şıxəli ağa
- Abbasqulu ağa
Qızları
redaktə- Ağabəyim ağa (1782-1832) Fətəli şah Qovanlı-Qacarla ailə qurmuşdu.
- Tuti bəyim Səlim xan Şəkili ilə ailə qurmuşdu.
- Baxşı bəyim Fərəculla xan Şahsevən ilə ailə qurmuşdu.
- Güllü bəyim II Nəzərəli xan Şahsevən ilə ailə qurmuşdu.
- Kiçik bəyim Hüseynqulu xan Dünbili ilə ailə qurmuşdu.
- Əzət bəyim Əbuturab xan Dünbili ilə ailə qurmuşdu.
- Gövhər ağa (Göbhərnisəbəyim ağa) (1796-1888) öncə Cəfərqulu xan Dünbili ilə, sonra Xankişi bəy Sarıcalı-Cavanşirlə həyat qurmuşdu.
- Şahnisə bəyim Əli bəy Sarıcalı-Cavanşirlə evlənmişdi.
- Səltənət bəyim (?-1806)
Törəmələri
redaktə- Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvannın babasıdır.
- Mehdiqulu xan onun nəticəsidir.
- Xanbikə xanım onun nəticəsidir.
İstinadlar
redaktə- ↑ Məlik Cəmşidin Yuli təqvimi ilə 1806-cı ilin mayın sonunda (Qriqori təqvimi ilə: 12.07.1806) general-mayor Nesvеtayevə yazdığı məktubda İbrahim xanın öldürülməsi qeyd olunub. Bax: Акты, собранные Кавказской археографической комиссией. Т. III. Тифлис. 1869. С. 329-330. — № 600.
- ↑ Ф.М.Абасов. Гарабагское ханство, стр.: 126, Баку, 2007. ханство[ölü keçid]
- ↑ http://www.karabakh-doc.azerall.info/ru/isegod/isg030az-2.php Arxivləşdirilib 2013-04-06 at the Wayback Machine. www.karabakh-doc.azerall.info
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri:İbrahimxəlil xan Cavanşir (1732-1806)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
SƏLƏF Pənahəli xan |
İbrahim xan Cavanşirlər |
XƏLƏF Mehdiqulu xan |