İşğal (lat. occupatio — tutmaq, zəbt etmək) ümumi mənada — silahlı qüvvələrin köməyi ilə özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi. İşğal adətən Anneksiyadan fəqləndirilir. Məskunlaşmış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi işğal, məskunlaşmamış özünə aid olmayan ərazilərin zor gücünə zəbt edilməsi isə anneksiya adlanır.

Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan əraziləri

Əlamətlər

redaktə
  • Müvvəqəti missiya ya qeyri müəyyən status
  • Təcavüzə məruz qalan ölkənin vacibliyi
  • Müharibə vəziyyətinin mövcudluğu
  • Ərazinin idarə üsulunun işğalçı tərəfindən öz üzərinə götürülməsi
  • Beynəlxalq qurumlar tərəfindən işğalın tanınması

Növləri

redaktə
  • Müharibə şəraitində işğal;

IV Haaqa (1907) konfransı, eləcə də Cenevrə konvensiyasına (1949) və ona 1977-ci ildə edilmiş əlavəyə əsasən işğalın rejimi və hüququ bazası xüsusi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüquq normalarına əsasən hərbi işğal müvəqqəti olaraq bir ölkənin silahla zor gücünə digər bir ölkənin ərazisini zəbt edərək, idarəetmə funksiyasının mənimsənilməsi deməkdir. İşğalçı tərəf insan haqqlarına hörmət etməli, deportasiya və kütləvi qırğınlara yol verməməlidir. İşğalçı ordu dövlətə məxsus pul xəzinəsini, dövlət aktivlərini mənimsəyə bilər, lakin şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülklərinin toxunulmazlığını təmin etməlidir. Buna misal olaraq SSRİ və Avropanın faşist Almaniyası tərəfindən işğalını (1939–1945), Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ərafındakı rayonların işğalını (baxmayaraq ki Cenevrə konvensiyasının hüquqi tələbləri Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Əhali kütləvi qırğınlara və deportasiyaya məruz qalmışdır. Şəxsi və xüsusi, dini icma, mədəni-maarif, elmi və humanitar müəssələrin mülkləri tamamilə vəhşiliklə qarət və talan edilmişdir.) misal göstərmək olar.

  • Müharibə sonu sülh müqaviləsi şərtlərinə əsasən işğal;

Müharibə bitdikdən sonra hərbi işğalın hüquqi normaları xüsusi beynəlxalq sülh razılaşmasına görə müəyyən olunmuş təzminata əsaslanır. Buna misal olaraq YaltaPotsdam konfranslarını göstərmək olar. Bu konfranslara əsasən (1945–1949) AlmaniyaAvstriya əraziləri işğal zonası elan edilmişdir. 1919-cu ildə Versal sülh müqaviləsinə əsasən Reymar respublikası qalib ölkələrə təzminat ödəmək öhdəliyi götürür. Bu öhdəliklərin ödənilməsində fasilə yarandığına görə fransız ordusu Almaniyanın işğaldan kənar əraziləri tutması qarşı tərəfi öz öhdəliklərinə əməl etdirmək məqsədi güdürdü. 8 mart 1921-ci ildə fransız və belçika hərbi birləşmələri DüzburqDüsseldorf şəhərlərini, Reyn demilitarizasiya olunmuş zonanı tutaraq Rur kömür hövzəsinin istismarını öz əllərinə almışdılar. 5 may 1921-ci il London ultimatumunda 132 milyard qız marka həcmində təzminatın ödənilməsi tələb edilirdi. Əks təqdirdə Rur regionunun işğal ediləcəyi nəzərdə tutulurdu.

  • Sülh şəraitində müharibəsiz ing. non-belligerent baş vermiş işğal. Buna misal sovet qoşunlarının 1939–1949-cu illərdə Baltikyanı ölkələrin işğalını misal göstərmək olar.