Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018).
Ülviyyə Hacıbəyova | |
---|---|
Ülviyyə Vaqif qızı Hacıbəyova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1960 (64 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı |
|
Atası | Vaqif Vəliyev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar |
Fəaliyyət illəri | 1983–indiyə kimi |
Musiqi aləti | piano |
Mükafatları |
Həyatı
redaktəÜlviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir.[1] Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur.[2]
Yaradıcılığı
redaktəÜlviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.[3]
Ülviyyə Hacıbəyova, ilk əsərini 6 yaşında yazmışdır. Bunun nəticəsində Azərbaycan Telefilm tərəfindən onun haqqında "Ülviyyənin mahnıları" adlı film çəkilmiş, bu film Bakı və Moskva televiziyasında nümayiş etdirilmişdir.[3] Ülviyyə Hacıbəyova Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi və b. bəstəkarların əsərlərini redaktə edərək ilk dəfə ifa etmişdir.[4]
Ülviyyə Hacıbəyova alman musiqisindən ibarət "İthaf" disk yazısının, "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan bəstəkarlarının arxivdən tapılmış əsərləri", həmçinin 15 diskdən ibarət olan, 143 Azərbaycan bəstəkarının 1000-dən çox əsərini əhatə edən "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası"nın ifaçısıdır. Bu siyahıya "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi arxivindən", "Azərbaycan bəstəkarlarının antologiyası" diskləri də daxildir. Bundan əlavə, o, bir sıra mahnılar və piano əsərlərinin, piano üçün işləmələrin, eyni zamanda 30-dan artıq elmi məqalələrin, "Sənət fədailəri. Hacıbəyovların musiqi dünyası", "Xalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığında", üç cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası layihəsi çərçivəsində piano üçün yazılmış əsərlərin ifaçılıq problemləri", "İsmayıl Hacıbəyov" adlı kitabların müəllifidir. Bununla yanaşı o, 3 cildlik "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası" not kitablarının tərtibçi redaktorudur.[2][4]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 17 sentyabr 2007[5]
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 27 may 2018[6]
İstinadlar
redaktə- ↑ "Azərbaycan ifaçıları — Hacıbəyova Ülviyyə" (az.). Məktəblinin Elektron Musiqi Kitabxanası. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ 1 2 "İxtisas fortepiano kafedrasının müəllimləri — Hacıbəyova Ülviyyə Vaqif qızı" (az.). Bakı Musiqi Akademiyası. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ 1 2 "Maestro Niyazinin 100 illik yubileyinə həsr olunmuş konsert..." (az.). Azərbaycan Milli İncəsənət Muzeyi. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ 1 2 "İfaçılar" (az.). azculture.az. 2019-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2019.