Çiuaua (səhra)
Çiuaua (ing. Chihuahuan Desert; isp. Desierto de Chihuahua) — Şimali Amerikada, ABŞ-Meksika sərhəddində yerləşir. İnzibati cəhətdən ABŞ-nin Nyu-Meksiko, Texas, Arizona və Meksikanın Çiuaua, Koauila, Duranqo, Sakatekas və Huevo-Leon ştatları ərazisinə daxildir. Səhranın sahəsi 362,600 km² təşkil edir. Şimali Amerikada yerləşən Böyük Hövzə səhrasından sonra ikinci böyük səhradır. Səhranın tərkibində Vayt-Sendz qoruğu vardır.
Çiuaua səhrası | |
---|---|
ing. Chihuahuan Desert | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.545 m |
Sahəsi | 362,600 km² |
Uzunluğu |
|
Eni | 4,4 km |
Yerləşməsi | |
30°32′26″ şm. e. 103°50′14″ q. u.HGYO | |
Yerləşdiyi yer | Şimali Amerika |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sonora səhrasından yüksəkdə yerləşir. Hündürlüyü 600 - 1675 metr təşkil edir. İyun ayında 35-40 °C təşkil edir. Qışda güclü şimal küləyi əsir. İl boyu 254 mm yağıntı düşür. Yağıntı musson yağışları dönəmində yayın sonunda düşür. Qar isə dağlıq ərazilər istisna olmaqla demək olar ki, yağmır.
Ərazisində bir neçə şəhər vardır. Ən böyük şəhəri Dyodad-Xuaresdir və burada iki milyon insan yaşayır.