"İgidliyə görə" medalı

Azərbaycan Respublikasının hərbi medalı

"İgidliyə görə" medalıAzərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir.

"İgidliyə görə" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status verilir
Statistika
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Yüksək mükafat "Vətən uğrunda" medalı
Aşağı mükafat "Cəsur döyüşçü" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və əsasnaməsi

redaktə

"İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.[1]

Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir:[2]

  • Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə;
  • Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə;
  • Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə;
  • Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə;
  • Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə.

"İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır.[2]

Təsviri

redaktə

"İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir.

Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir:

"İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir.

Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.

Medal halqa və ilgəyin vasitəsilə 27 mm x 43 mm tünd və açıq yaşıl fonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

medalın ilk təsviri[3]

Medalının ikinci və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 731-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:

"İgidliyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, 36 mm diametrli dairəvi lövhədən ibarətdir.

Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd yaşıl rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq yaşıl rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

medalın ikinci təsviri[4]
2009-cu ilədək 2009-cu ildən[a]
   
Lent
 
 
Qeyd
  1. Təsvir 2013-cü ildə təsdiq olunsa da, 2009-cu ildən təqdim olunur

Təltif edilənlər

redaktə

İstinadlar

redaktə
  1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 10 noyabr 1992. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  2. 1 2 "Azərbaycan Respublikasının "İgidliyə görə" medalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 29 dekabr 1998. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  3. "Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 8 dekabr 2000. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  4. ""Azərbaycan Respublikasının "İgidliyə görə" medalının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 28 noyabr 2013. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.