Rəqsanə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəqsanə (tam adı: Rəqsanə İsmayıl qızı İsmayılova; 25 may 1979, Qasım İsmayılov) — Azərbaycan və Türkmənistanda tanınmış müğənni.
Rəqsanə | |
---|---|
Rəqsanə İsmayıl qızı İsmayılova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Goranboy,[1] Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Həyatı
Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Goranboyda doğulmuşdur.
Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olmuşdur[2].
Ailəsi
Müğənni Rəqsanə bir dəfə rəsmi ailəli olub və həmin evlilikdən bir qızı dünyaya gəlib. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Sonradan sevdiyi şəxslə qeyri-rəsmi birlikdə yaşayan Rəqsanənin bu yaxınlarda bir qızı dünyaya gəlib. Lakin müğənni hazırda nə birinci, nə də ikinci qızının atası ilə deyil, sevdiyi başqa bir insanla birlikdədir.[3]
Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var[4].
Tənqid
2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rəqsanənin Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi "Dəli balam" duet mahnısı da yer alıb.[5][6]
Videoqrafiya
Say | Klip | Tarix |
---|---|---|
01 | Qaragöz Boy-Boy (duet Aslan) | |
02 | Bivəfa | 2006 |
03 | Sevdim | 2007 |
04 | Gözəl Gecələr | 2007 |
05 | Возьми меня | |
06 | İsmayıllı | |
07 | Alma Məndən Gözlərini | 2014 |
08 | Alma Məndən Gözlərini Remix | 2014 |
09 | Aman-Aman | 2018 |
10 | Necəsən | 2019 |
11 | Alınmır Ayrılaq Biz | 2019 |
12 | Sən, Mən... Bəli Sən (duet Nuran Ələkbərov) | 2020 |
13 | Həyatıma Xoş Gəldin | 2020 |
14 | Sevgi (duet Aysun) | 2020 |
15 | Tutdumu Yerimi | 2021 |
16 | Öpüm Keçsin | 2021 |
17 | Məhəbbət | 2022 |
18 | Fani | 2022 |
19 | Ana | 2022 |
20 | Qəsəbə | 2023 |
21 | Nəfəsim Daralır | 2023 |
22 | Köç Eləmişik | 2023 |
23 | Oğlum | 2023 |
24 | Yenə Sən (Səhv) (duet Aysun) | 2023 |
Filmoqrafiya
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Kim harada və nə vaxt doğulub? (SİYAHI) Arxivləşdirilib 2013-08-07 at the Wayback Machine. anspress.com
- ↑ "Rəqsanə hüquq fakültəsinə qəbul olub". 2013-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-04.
- ↑ "Şou-biznesimizin boşanmış tanınmışları". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
- ↑ Müğənni Rəqsanə qızları ilə[ölü keçid]
- ↑ ""Sevənə söyüş qoymuşam", "Zor eləmişəm", "Nağaracuğa" – Zərərli mahnıların siyahısı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ "Zorakılığı təbliğ edən mahnılar qadağan olunmalıdır". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.