Qalatasaray FK
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qalatasaray Futbol Klubu — Türkiyə Super Liqasında mübarizə aparan futbol klubudur. Türkiyənin İstanbul şəhərini təmsil edir. 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təhsil aldıqları Qalatasaray Liseyində təsis olunan İdman Klubunun ilk bölməsidir. Bu günə qədər 22 dəfə Türkiyə Super Liqasının Çempionu olub, 18 dəfə Türkiyə Kuboku və 15 dəfə Türkiyə Super-Kubokunu qazanıb.
Qalatasaray FK | ||||
---|---|---|---|---|
Galatasaray Spor Kulübü | ||||
Klubun tam adı | Qalatasaray Peşəkar Futbol Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) |
Cim-Bom Sarı-Qırmızılılar Aslanlar Avropa Fatehi Kubok Bəyi |
|||
Rəng(lər) | Sarı-Qırmızı | |||
Yaranma tarixi | 20 oktyabr 1905 | |||
Stadionu | Nef Stadionu | |||
Tutumu | 52.652 | |||
Prezidenti | Dursun Özbək | |||
Baş məşqçisi | Okan Buruk | |||
Liqa | Türkiyə Super Liqası | |||
2021/2022 | 13. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1999–2000
Fatih Terim rəhbərliyində və Faruk Süren Prezidentliyində Qalatasaray, 1999–2000 sezonunun əvvəlində heyətini Mehmet Yozgatlı, Ahmet Yıldırım, Emrah Eren, Kapone və Bruno ilə gücləndirdi. Heyətdən isə Tolunay Kafkas, Ceyhun Eriş, Ufuk Taley və Orkun Uşak kimi futbolçular ayrıldı. Qalatasaray UEFA Çempiyonlar Liqasına pis başlamışdır, 14 sentyabr 1999-cu il tarixində Ali Sami Yen Stadionunda oynanılan ilk qrup mərhələsinin oyununda Herta Berlin ilə 2–2 hesablı heç-heçəyə razılaşmışdır. 22 sentyabr 1999-cu il tarixindəki ikinci oyununda İtaliya nəhəngi Milana 2–1 hesabı ilə məğlub olaraq qrup mərhələsindəki ilk məğlubiyyətini alan Qalatasaray, 29 sentyabr 1999-cu il tarixində üçüncü oyununda İngiltərə nəhəngi Çelsiyə 1–0 hesabı ilə məğlub olmuşdur. 19 oktyabr 1999-cu il tarixində dördüncü oyununda Çelsiyə Ali Sami Yen Stadionunda 5–0 hesabı ilə məğlub olmuşdur. Bu oyundan sonra UEFA Çempionlar Liqasında mübarizəni dayandırması dəqiqləşən Qalatasarayın yeganə hədəfi UEFA Avropa Liqasında iştirak etmək olmuşdur. Beşinci oyununda Herta Berlini 1–0 hesabı ilə geri düşməsinə baxmayaraq 4–1 məğlub edən Qalatasaray, son oyunda Milan ilə qarşılaşacaqdı.
2017–2018
Sezona İqor Tudor rəhbərliyində başlayan aslan heyətinə Bafetimbi Qomis, Maicon, Younis Belhanda, Mariano, Fernando, Sofian Feghouli və Ndiayeni cəlb etdi. Klubda Lukas Podolski, Uesli Sneyder, Bruma, Orelyan Seyşu, Semih Kaya, Josué Pesqueira və Cenk Gönen ilə yollar ayrıldı. Yuto Naqatomo "İnter Milan"dan kirayə heyətə qoşuldu. İlk həfdə də Konyasporu 4–1 məğlub etdilər. 16-cı həftədə İqor Tudorun yerinə Fatih Terim gətirildi. Həmin sezonda komandasına qolları ilə dəstək olan Bafetimbi Qomis liqanın bombardiri olmuşdur. 24-cü həftədə Bafetimbi Qomisin 4 qol vurduğu oyunda Qalatasaray Kardemir Karabüksporu 7–0 məğlub etmişdir. Liqanın 2-ci yarısında Qalatasaray Fatih Terim rəhbərliyində derbilərdə məğlubiyyət üzü görməmişdir. Son həftədə Göztəpə matçı çempionluq oyunu oldu.
Azarkeşləri
Qalatasarayın İstanbul şəhərini təmsil etməyinə baxmayaraq Türkiyədə böyük azarkeş topluluğuna malikdir. 2013-cü ilin aprel ayında aparılan tədqiqata görə ölkədə ən çox azarkeşi olan ilk 3 klubdan biridir. Klubun əsas azarkeş qrupu ultrAslan’dır. Qalatasarayın oyunlarından əvvəl Ciao Bella mahnısı azarkeşlər tərəfindən səsləndirilir. Azarkeşlərin şüarı isə Hərkəs gedər biz qalarıq biz Qalatasaraylıyıq’dır.
UEFA reytinqində
Yer | Ölkə | Klub | Xal |
---|---|---|---|
47 | Zenit St. Petersburq | 32.000 | |
48 | Qalatasaray | 31.500 | |
49 | AZ Alkmaar | 30.500 |
Heyəti
|
|