Henriyetta Onodi

TexnoBot (müzakirə | töhfələr) (Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 12:37, 19 iyun 2021 tarixli redaktə

Henriyetta Onodi (mac. Henrietta Ónodi; 22 may 1974[1], Bekeşçaba) ― Macarıstan bədii gimnastı. 19921996 Yay Olimpiya Oyunların iştirakşısı olan Onodi 1992-ci ildə qızıl və gümüş medalları qazanmışdır.[2] 1997-ci ildə gimnast karyerasını bitirdikdən sonra ABŞ-a köçdü, amerikalı olimpiya beşnövçüsü Cimbo Heyli ilə evləndi və ABŞ vətəndaşı oldu. 2010-cu ildə adı Beynəlxalq Gimnastika Şöhrət Zalına salındı.[3]

Henriyetta Onodi
Onodi (ortada) 1992 Olimpiyadasında
Onodi (ortada) 1992 Olimpiyadasında
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 22 may 1974(1974-05-22)[1] (50 yaş)
Doğum yeri
Boyu 146 sm
İdman növü bədii gimnastika
Karyera illəri 1989-1997
Məşqçisi Mihay Unyatinski (baş məşqçisi)
Yuliya Karakas (məşqçi köməkçisi)
Komandası Békéscsabai Előre Atlétikai Club
ATorna Club Békéscsaba
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Gimanstlar arasında "Henni" kimi də tanınan Onodi gimnastika fəaliyyətinə 1978-ci ildə başladı və beynəxalq səviyyədə ilk dəfə 1986-cı ildə çıxış etdi. Yaşı çatmadığı üçün 1988 Yay Olimpiadasına vəsiqə qazana bilmədi. Böyüklər arasında debütu 1989-cu ilə təsadüf etdi, həmin ilin dünya çempionatında Macarıstan təmsilçiləri arasına salındı və burada çoxnövçülükdə 19-cu, gimnastika tiri yarışında isə 5-ci yeri tutdu.

Növbəti bir neçə il ərzində Onodi böyük yarışlarda medallara iddialı yarışçı kimi göstərdi. 1989-cu ildə Avropa çempionatında müxtəlif hündürlüklü qollar yarışında qızıl medal qazanan ilk qadın macar gimnastı oldu; 1990-cı il Avropa çempionatında çoxnövçülük və sərbəst hərəkətlər yarışlarında üçüncü yeri tutdu. 1990-cı ildə o, həmçinin çoxnövçülük üzrə Xoşməramlı Oyunlar yarışının üçüncüsü oldu və Dünya çempionatında dayaqla tullanma yarışında tüm rəqibləri üstəliyərək birinci yeri tutdu. 1991 Dünya Çempionatında Onodi qəfil bel zədəsi alsa da bu, dayaqla tullanma üzrə gümüş medal qazanmasına mane olmadı.və bu göstəricinin sayəsində Macarıstan yığması komanda finalında səkkizinci yeri tutaraq, 1992 Olimpiadasına vəsiqə qazandı.

Növbəti il Barselonada keçirilən Olimpiya Oyunlarında Onodi 30 ildən sonra Olimpiya qızıl medalını qazanan ilk Macarıstan gimnastı oldu. O, dayaqla tullanma üzrə finalda Rumıniya təmsilçisi Laviniya Miloșoviçi ilə birlikdə qızıl medal qazandı; sərbəst yarışlarda "Macarıstan rapsodiyası" altında çıxış edərək və təkçə Miloşoviçidən geri qalaraq, gümüş medalın sahibi oldu. Onodinin dayaqla tullanma çıxışı çətinlik baxımından göstəriciləri Miloşoviçidən əslində daha yüksək qiymətləndirildi. Onodi həmçinin sərbəst hərəkətlərdə üçqat dönüş etdi və sonra qeyri-adi bir hərəkət etdi (həmin olimpiyadada heç kəs bu hərəkəti təkrarlamadı). Onodi Barselona Olimpiadasından sonra diqqətini təhsilə cəmləmək üçün karyerasını müvəqqəti bitirdi. 1995-ci il Universiada zamanı beynəlxalq yarışlara döndü və daha sonra 1996 Olimpiya Oyunlarında Macarıstan komandasına başçılıq etdi. 1997-ci ildə karyerasının ikinci Universiadasında iştirak edərək yenidən təqaüdə çıxdı.[3]

Bacarıqları və növü

Nodi rəqabətçi karyerası boyunca gimnastikaya böyük töhfələr verdi. Onun sərbəst hərəkətlər və dayaqla tullanma yarışlarında göstərdiyi çıxışları yüksək qiymətləndirilmişdir.

Şərəfinə adlandırılmış fəndlər

Alət Adı Təsviri Çətinlik Qeydlər
Gimnastika tiri Onodi İrəli keçidə yarım dönüş atlama D Onodinin şərəfinə adlandırlmasına baxmayaraq bu hərəkəti ilk dəfə Olqa Mostepanova Dünya çempionatı və ya Olimpiya Oyunlarında nümayiş etdirmişdir. Olqa 1983 Dünya çempionatının iştirakçısı olmuşdur. Henriyetta bu fəndi sərbəst hərəkətlərdə də istifadə etmişdir, lakin sərbəst hərəkətlər baxımından bu fəndin çətinlik səviyyəsi A kimi qiymətləndirilir.

Karyerasını bitirdikdən sonra

2001-ci ildə Onodi marketinq mütəxəssisi üzrə diplom aldı və Florida ştatının Mayami şəhərində Dünya Olimpiya Birliyinin ictimaiyyətlə əlaqələr direktoru. O, 1992 Olimpiya Oyunlarında da iştirak etmiş amerikalı olimpiya beşnövçüsü Cimbo Heyli ilə evləndi və ABŞ vətəndaşı oldu. 2010-cu ildə adı Beynəlxalq Gimnastika Şöhrət Zalına salındı.[3] 2007-ci ildə ona doğma şəhəri Bekeşçabada fəxri vətəndaşı adı verildi,[4] 10 il sonra 2017-ci ildə isə Bekeşçabanın ömürlük idman ulduzu elan olundu.[5]

İstinadlar

  1. 1 2 Olympedia (ing.). 2006.
  2. Henrietta Ónodi Arxivləşdirilib 2013-09-24 at the Wayback Machine. sports-reference.com
  3. 1 2 3 Henrietta Ónodi. ighof.com
  4. Hazatért az olimpikon: Ónodi Henrietta Békéscsaba díszpolgára, Beol.hu, 2008. április 10.
  5. http://www.nemzetisport.hu/egyeb_egyeni/elismeres-bekescsaba-halhatatlanja-lett-onodi-palotai-es-gedo-2608055 (#bare_url_missing_title).

Xarici keçidlər