II Leopold

Wikipediya M (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:28, 24 noyabr 2019 tarixli redaktə

II Leopold (9 aprel 1835[1][2][…], Brüssel17 dekabr 1909[1][2][…], Laken[d], Brabant əyaləti[d]) - Belçikanın 2-ci kralı.

II Leopold
Léopold Louis Philippe Marie Victor
Belçika Kralı
Belçika Kralı
Şəxsi məlumatlar
Doğum adı Léopold Louis-Philippe Marie Victor de Saxe-Cobourg-Gotha
Doğum tarixi
9 aprel 1835(1835-04-09)
Doğum yeri Brüssel,Belçika
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Laeken,Belçika
Vəfat səbəbi beyin qansızması[d]
Fəaliyyəti monarx
Atası I Leopold
Anası Luiz-Mariya
Həyat yoldaşı Mariya Henriette
Uşaqları
Dini Roma-Katolik kilsəsi
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1865-1909-cu illərdə Belçika da hökmranlıq etmişdir. II Leopold 1884-1908-ci illər də Konqo imperatoru kimi də tanınmışdır. Atası I Leopoldun yerinə hakimiyyətə gəlmişdır.

II Leopold 9 aprel 1835-ci ildə Brüsseldə anadan olmuşdur. Belçikada monarx ailəsində anadan olan kral, atası I Leopold və onun ikinci həyat yoldaşı Fransa kralı Luizin 2-ci övladıdır.

1853-cü ildə 18 yaşı olarkən Avstriya kralı I Franz Josefin yaxın qohumu Marie Henriyette ile evləndi. Bu evlilikdən 3 qız və 1 oğlan uşağı dünyaya gəldi. Oğlan uşağının adı da Leopold qoyuldu.

II Leopold əsasən Konqolulara etdiyi insanlıqdan kənar əziyyətlər və soyqırımlarla tanınır. Onun hakimiyyəti illərində Belçika Konqo Respublikasını öz müstəmləkəsinə çevirdi və bütün təbii ehtiyatlarını öz xeyrinə istifadə etdi. Kongodan gələn gəlirlər ilə Belçika da tarixi binalar tikildi, Belçika varlanmağa başladı. Həmən dövrdə böyük tələbat olan “Rezin” bitkisini (Ficus Elastica) Kongolulara güç tətbiq edilərək becərməyə məcbur etdilər. Bu müddət ərzində Kongolular xalq olaraq istismar edildi, kasıblaşdı və kütləvi halda soyqırımlara məruz qaldı. II Leopold düşünürdü ki, Belçika da digər avropa ölkələri kimi müstəmləkələr əldə etməlidir. 1860-cı ildəki bir çıxışında belə demişdir:

“Artıq torpaqlarımızı genişləndirməyimizin zamanıdır, vaxt itirmədən yerdə qalan gözəl torpaqları digər ölkələrdən daha tez əldə etməliyik”

1861-ci ildəki çıxışı zamanı Belçika xalqına bu aşağıdakı məsləhətləri verdi :

“Qonşularınızdan ehtiyatlı olun. İmkan olan kimi dənizləri, okeanları aşın. Orda məhsullarınız üçün bazarlar, ticarət üçün qida və böyük Avropa üçün daha yaxşı mövqe tapacaqsınız”

1905-ci ildə Belçika parlamenti Konqoda baş verən soyqırımlar haqqında araşdırmalara başladı və cinayət işi açıldı. Araşdırmaların nəticələrinə görə II Leopoldun Konqodakı katibi günahkar hesab edildi. Katib bir müddət sora boğazını kəsərək intihar etdi. 1908-ci ildə Belçika Parlamenti II Leopoldun Konqo üzərində olan bütün səlahiyyətlərini ləğv etdi. Konqo Belçika parlamentinin tabeçiliyinə daxil oldu. II Leopoldun hökümranlığı dövründə Konqo əhalisinin sayl 20-30 milyondan 9 milyona kimi azalmışdır.

17 dekabr 1909-cu ildə II Leopold Laeken şəhərində vəfat edib.

İstinadlar

  1. 1 2 Hochschild A. Leopold II // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Leopold II van België // RKDartists (nid.).

Xarici keçidlər

http://www.moreorless.net.au/killers/leopold.html