Ənvər Əsgərov
Ənvər Əsgərov (1 may 1940 — dekabr 2014) — Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı,[1][2] Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-da şəxsi kolleksiyalarda saxlanılır.[3]
Ənvər Əsgərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qəbələ, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | dekabr 2014 (74 yaşında) |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Bioqrafiya
Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi rəssamlardan almışdır.[4] Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb.[4] 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.[2][1]
Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur.[5] Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər.[5] 1973-cü ildə onun “Abşeronun Orqanı” əsəri gənclər üçün “Smena” jurnalının aprel nəşrinin cildini bəzəmişdi. Post-sovet dövründə Ənvər Əsgərovun əsərlərində dəyişiklik baş verdi. Yaradıcılığında monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam kamera tipli həndəsi natürmortlar çəkməyə başlamış, az sonra isə formal baxımdan çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir.[4]
Ənvər Əsgərovun 1995, 2003, 2010, 2015 və 2017-ci illərdə Bakıda fərdi sərgiləri təşkil ediliib. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilən “World bank art” adlı sərgidə nümayiş etdirilib və bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınıb.[6] 2009-cu ildə “Azerbaijan culturalscapes” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən “Baku Unlimited” adlı sərgidə Ənvər Əsgərovun əsərləri də nümayiş etdirilib. Əməkdar rəssamın əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında və bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.[6]
Sərgiləri
Kollektiv
- 1985 — Faşist Almaniyası üzərində qələbənin 40 illiyinə həsr olunmuş ümumittifaq sərgisi[2]
- 1994 — Qara dəniz ölkələrinin rəssamlıq üzrə beynəlxalq simpoziumu (İstanbul, Türkiyə)[2]
- 1998 — Müasir Azərbaycan rəssamları (Vaşinqton, ABŞ)[2]
- 2009 — "Baku Unlimited" müasir incəsənət sərgisi (Bazel, İsveçrə)[2]
Şəxsi
Şəxsi həyatı
Ənvər Əsgərov Elvira Əsgərova (Atayeva) ilə evli olub. Cütlüyün 3 uşağı var: bir oğlan və iki qız. Oğlu — Rövşən Əsgərov, "Nə? Harada? Nə zaman?" televiziya verilişinin məşhur oyunçusu və jurnalistdir.[3] Qızları — Xumar və Səlimə.
İstinadlar
- ↑ 1 2 3 В Баку открывается выставка художника, влюбленного в Абшерон
- ↑ 1 2 3 4 5 6 7 8 9 Юбилейный вечер Энвера Аскерова
- ↑ 1 2 3 Ənvər Əsgərovun Bakıda baş tutan şəxsi sərgisi - REPORTAJ
- ↑ 1 2 3 Ənvər Əskərov
- ↑ 1 2 Rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi
- ↑ 1 2 Ənvər Əsgərovun yubiley sərgisi
- ↑ Ənvər Əsgərovun «Rapsodiya» sərgisi Port Baku Mall-da!