Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني; d. 3 fevral 1978) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifidir. Hal-hazırda Doughty Street Chambers vəkil idarəsində işləyir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi vardır.
Əməl Kluni | |
---|---|
ərəb. أمل علم الدين كلوني brit. ing. Amal Alamuddin Clooney | |
Doğum tarixi | 3 fevral 1978[1] (46 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | 2[2] |
Fəaliyyəti | advokat[d], insan hüquqları fəalı, yazıçı, vəkil, hüquqşünas, prokuror, public prosecutor general[d] |
Fəaliyyət illəri | 2000-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan[4] vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir.[5] Əməl Klunin ana dili ərəb dilidir.
2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir. Daha sonra üç il ərzində Nyu-Yorkdakı Sullivan & Cromwell vəkil idarəsində, Haaqadaki Beynəlxalq ədalət məhkəməsində kontor işçisi kimi çalışmışdır. 2010-ci ildən etibarən Doughty Street Chambers-də vəkildir. Eyni zamanda Kolumbiya Universitetində, Haaqa Beynəlxalq Hüquq Akademiyasında və London Universitetinin Şərq və Afrika Bilimləri Ali Məktəbində mühazirələr də oxuyur. 2010-ci ildən bəri 10-dan çox elmi məqalə nəşr etdirmişdir. 2011-ci ildən başlayaraq Əməl Kluni bir sıra beynəlxalq məhkəmə prosesində vəkil kimi iştirak etmişdir.
İstinadlar
- ↑ Amal Clooney // Munzinger Personen (alm.).
- ↑ English Wikipedia community Wikipedia (ing.). 2001.
- ↑ Deutsche Nationalbibliothek Record #1051385075 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Globe Staff. "George Clooney rejects Daily Mail's apology for 'fabricated' story". The Globe and Mail. Phillip Crawley. 11 July 2014. İstifadə tarixi: 21 August 2014.
whose father, Ramzi, belongs to a prominent Druze family.
- ↑ Gebeily, Maya. "Amal Alamuddin from 'Druze family of sheikhs'". NOW News. 30 April 2014. İstifadə tarixi: 28 September 2014.