Almanlar

CommonsDelinker (müzakirə | töhfələr) (Ymblanter tərəfindən Image:Luther46c.jpg fayl Image:Martin_Luther,_1529.jpg faylla dəyişdirilir. Səbəbi: File renamed:.) tərəfindən edilmiş 23:49, 16 iyul 2014 tarixli redaktə


Almanlar (Almanca: die Deutschen) bir xalqdır. Dünyada ana dili alman dili olan 120 milyon nəfərdən 80 milyonu özünü etnik alman sayır. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan 85 milyona yaxın şəxs özünü alman adlandırır və etnik baxımıdan alman sayılır. Beləliklə dünyada 165 milyona qədər insan bu xalqın nümayəndəsidir.

Almanlar


Martin Lüter, Lüdviq van Bethoven, Otto fon Bismark, Albert Eynşteyn, Angela Merkel, Klaudia Şiffer
Ümumi sayı
140 000 000
Yaşadığı ərazilər
Almaniya Almaniya 75 000 000
ABŞ ABŞ 30.000.000
Braziliya Braziliya 3 000 000
Kanada Kanada 2 000 000
Argentina Argentina 2 800 000
Avstraliya Avstraliya 2 000 000
Fransa Fransa 1 500 000
Rusiya Rusiya 394 138 (2010)[1]
Qazaxıstan Qazaxıstan 180 832 (2012)[2]
Çili Çili 70 000
Ukrayna Ukrayna 33 302 (2001)[3]
Azərbaycan Azərbaycan 700
Dili

alman dili

Dini

xristianlıq

Qohum xalqlar

hollandlar, ingilislər

Tarix

Bir etnos kimi almanlar bu günkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdırlar və burada keltlərlə, slavyanlarlaUral tayfalarıyla qarışmışdılar. Halbuki Deutsche ("alman") adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdi. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman əmirliklərin birləşib vahid Almaniya dövləti olmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.

Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, ŞimaliCənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, QafqazdaOrta Asiyada məskən salmışdılar. 1940-cı illərdə Hitler Almaniyasının faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti QazaxıstanaSibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu.

Din

1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir birindən ayırdı. Bu günlər onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə e'tiqad edir.


İstinadlar

  1. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации
  2. Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года
  3. Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001

Həmçinin bax