Şəlalə
Şəlalə — suyun çay yatağında bərk süxurdan əmələ gəlmiş çıxıntı üstündən dik tökülməsi.
Şəlalənin əsasən iki tipi vardır:
- Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi.
- Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.
Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Həmçinin bax
Coğrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |