Almanlar
Almanlar (Almanca: die Deutschen) bir xalqdır. Dünyada ana dili alman dili olan 120 milyon nəfərdən 80 milyonu özünü etnik alman sayır. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan 85 milyona yaxın şəxs özünü alman adlandırır və etnik baxımıdan alman sayılır. Beləliklə dünyada 165 milyona qədər insan bu xalqın nümayəndəsidir.
Martin Lüter, Lüdviq van Bethoven, Otto fon Bismark, Albert Eynşteyn, Angela Merkel, Klaudia Şiffer | ||||||||||||||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
140 000 000 | ||||||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||||||||||||||
Tarix
Bir etnos kimi almanlar bu günkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdırlar və burada keltlərlə, slavyanlarla və Ural tayfalarıyla qarışmışdılar. Halbuki Deutsche ("alman") adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdi. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman əmirliklərin birləşib vahid Almaniya dövləti olmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər.
Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular. XX əsrin ilk yarısında onlar artıq Mərkəzi Avropada, Şimali və Cənubi Amerikada, Böyük Britaniyada, Rusiyada, Ukraynada (həmçinin Krımda), Baltikyanı dövlətlərdə, Qafqazda və Orta Asiyada məskən salmışdılar. 1940-cı illərdə Hitler Almaniyasının faşist siyasəti aparmasına görə Sovet İttifaqının Avropa hissəsində yaşayan almanların əksəriyyəti Qazaxıstana və Sibirə sürgün edildi. Mərkəzi Avropada yaşayan almanların çoxu isə Almaniyaya köçmək məcbur oldu.
Din
1517-ci ildə başlayan reformasiya almanları dini baxımından bir birindən ayırdı. Bu günlər onların əksəriyyəti ya etirazçı (protestant) ya da aləmi (katolik) məsihiliyə e'tiqad edir.
İstinadlar
- ↑ Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации
- ↑ Агентство Республики Казахстан по статистике: Численность населения Республики Казахстан по отдельным этносам на 1 января 2012 года
- ↑ Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001