Viləş: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 38:
== Tarixi ==
 
Kalinovka kəndi azərbaycan ərazisində ən qədim malakan kəndlərindəndir.
Malakan təriqəti Rusiyada XVIII əsrdə yaranmışdır. Onlar ikonanı, məbədi və kilsə hökmranlığı ilə razılaşmırdılar. Rus imperatorlarının malakanların sürgün edilməsi haqda verilən fərmanlara baxmayaraq onlar öz adət-ənənələrini qoruyub saxlayırdılar. Malakanlar başqa protestant qruplarının təsirinə uymurlar və daha mötədildirlər, yeni təriqətlərin ardıcılları ilə müqayisədə öz təlimlərinin təbliğatına az meyllidirlər.
Rusların ilk məskunları 1828- ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun tərəfdarları Lənkəran qəzasının Qızılağac kəndi yaxınlığında poçt yolu ətrafında yerləşirlər. Yaşayış ərazisi hər tərəfli yararlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni dəstəsi Rusiyadan sürgün edilir və otuz iki malakanlılar bu ərazidə yerləşdirilir. Yeni salınmış ərazi Mixail Popovun şərəfinə Mixaylovka adlandırılır. Sonralar bu ad dövlət tərəfindən dəyişdirilib Nikolayevka qoyulur. Malokanlar bu adla barışırlar- qəbul edirlər. Sürgün edilən malakanlar əsasən Rusiyanın mərkəzindən, Volqaboyundan gətirilmişlərdirlər. Onların hamısına Popov rəhbərlik edirdi. Malakanlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Sonrakı illər buraya yeni-yeni dəstələr, Popovun tərəfdarları axıb gəlməkdə davam edirdilər.
Malakanlar, hal-hazırda, yalnız özlərinin əsl dindarlar olduğunu bildirir, heç bir dini hekayəti, kilsə qərarını qəbul etmir, yalnız Bibliyanın göstərişlərinə əməl edirlər. Onlar kilsədə xüsusi səlahiyyətlərə malik şəxslərin iyerarxiyasını rədd edirlər. Malakanların kilsələri yoxdur, onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir.
Sovet hakimiyyətinin qələbəsindən sonra kəndin adı “Ümumittifaq starosta” Kalininin şərəfinə dəyişdirildi..