Zamiq Əliyev: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
k →Həyatı: qrammatik düzəliş, replaced: ABŞ-ın → ABŞ-nin |
1 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5 |
||
(3 istifadəçi tərəfindən edilmiş 3 dəyişiklik göstərilmir) | |||
Sətir 35:
== Həyatı ==
Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, [[Əbülfət Əliyev]], [[Şövkət Ələkbərova]], [[Sara Qədimova]], Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət etmişdir. Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak etmişdir. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.
1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunmuşdur. İlk dəfə "Dan Ulduzu" ansamblının müşayəti ilə Emin Sabitoğlunun "Bu gecə" mahnısnı lentə yazdırmışdır. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair, İsveç, İspaniya və s. qastrol səfərlərində olmuşdur. 1979-cu ildə Zeynəb Xanlarovanın xalq çalğı ansamblının yaradıcısı olduğu kollektivin konsertmeysteri daha sonra isə uzun illər musiqi rəhbəri kimi çalışmışdır. Bu illər ərzində 50-dən çox xarici dövlətdə, Sovet Sosialist Respublikalarında, Azərbaycanın rayonlarında xalq musiqisi və muğamlarını təbliği ilə məşğul olmuşdur. ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, İordaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 1991-ci ildə Zamiq Əliyev Ağaxan Abdullayev və Ədalət Vəzirovla birlikdə Zülfü Adıgözəlov adına muğam üçlüyü tərkibində fəaliyyətə başladı. 1992-ci ildə muğam üçlüyü ABŞ, Kanada, İranda konsertlər vermişdir. Mədəniyyət Nazirliyinin xətti ilə 15 günlük İran səfərinin müddəti sonradan bir ay da uzadılmışdır. Bu qərarın ardından musiqiçilərinin təkidi ilə Təbrizdə, Əhərdə, Ərdəbildə və bir çox şəhərlərdə konsertlər vermişdir. Respublikanın müstəqilliyindən sonra Təbrizdə konsert verən ilk ifaçılar məhz bu muğam üçlüyü olmuşdur. Bundan əlavə olaraq o illərdə Fransa, Belçika, Hollandiya, Almaniya və bir çox ölkələrdə layiqincə milli musiqimizi təbliğ etmişdir. 1992-ci ildən əksər dövlət tədbirlərində Zamiq Əliyev Ədalət Vəzirovla birlikdə xanəndələri müşayət etmişdir. 1993-cü ildə Ədalət Vəzirovla birgə qərara gəlindi ki, gənc bir ifaçını xalqımıza təqdim etsinlər. Bu, hal-hazırda respublikanın xalq artisti Simarə İmanova idi. İlk olaraq ümummilli lider Heydər Əliyevin qarşısında dövlət tədbirində Simarə İmanovanın iştirakını Zamiq Əliyev keçmiş mədəniyyət naziri Polad Bülbüloğluna təklif etmişdir. İlk ifadan sonra Heydər Əliyevin rəsmi səfərlərdə olduğu müddətdə məhz bu üçlük iştirak etmişdir. Zamiq Əliyevin müəllifi olduğu mahnıların ilk ifaçısı öz yetirməsi olan Simarə İmanova olmuşdur. Bunlardan ən populyar olan "Yar bu gecə" mahnısı indiyənədək məşhurluğunu itirməyib. Zamiq Əliyev Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Famil Mehdi, Adil Mürşüdoğlu, Tağı Sadiq, Qənirə Paşayeva, Adil Babayev, Vahid Əziz kimi bir çox şairlərin sözlərinə mahnılar yazmışdır.
Sətir 60:
* 1998-ci ildə "Əməkdar Artist"
* 2005-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərmanı
* 2007-ci ildə isə "Xalq Artisti"<ref>{{Cite web |url=https://e-qanun.az/framework/13594 |title=Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında |access-date=2024-05-19 |archive-date=2024-04-09 |archive-url=https://web.archive.org/web/20240409172025/https://e-qanun.az/framework/13594 |url-status=live }}</ref>
* 2010-cu ildə Prezident mükafatçısı
* 2010-cu ildə Mədəniyyət Nazirliyinin fəxri fərmanı
* 2011-ci ildə Prezident mükafatçısı
* 2020-ci ildə Milli Məclisin Mədəniyyət Komitəsinin yubiley təbriki
* 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.<ref>{{cite web |url=https://president.az/az/articles/view/59640 |title=Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı |author=President.Az |date=
== Diskoqrafiya ==
Sətir 138:
== Xarici keçidlər ==
* [http://news.day.az/radioarchive/260800.html Передача "SoLo" на Day.Az Radio была посвящена народному артисту Замику Алиеву - Запись передачи] {{ref-ru}}
* [https://www.youtube.com/watch?v=C9ZF7EFVpiQ Xalq artisti Zamiq Əliyev
[[Kateqoriya:Tarzənlər]]
|