Qorxmaz Sücəddinov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
(2 fərqli istifadəçi tərəfindən edilmiş 1 dəyişiklik göstərilmir)
Sətir 7:
 
Nənəsi, "vətən xaini"nin oğlunun həmişə "təcrid" olunacağından qorxaraq, nəvəsinə öz "Sücəddinov" soyadını vermiş və onu Bakıya gətirmişdir. Burada o, dayısı Yaqub Sücəddinovun ailəsində böyümüş və tərbiyə almışdır.<ref>{{Cite web |title=Горхмаз Суджаддинов: Великий скульптор из Гянджи |url=https://azerhistory.com/?p=11335 |access-date=2022-04-12 |archive-date=2021-12-06 |archive-url=https://web.archive.org/web/20211206132221/https://azerhistory.com/?p=11335 |url-status=live }}</ref>
[[Fayl:1._Bakhram_Gur Bakhram Gur.jpg|left|thumb]]
Müharibədən sonrakı çətin həyat şəraitinə baxmayaraq, oğlanda rəsmə həvəs yaranır və o, [[Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi]]ndə oxumağa başlayır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Qorxmaz [[Lvov]]dakı Tətbiqi və Dekorativ Sənət İnstitutuna qəbul olunur, oradan [[Tbilisi Dövlət Rəssamlıq Akademiyası]]na köçürülür və burada onun mentoru məşhur heykəltaraş Konstantin Mixayloviç Merabişvili olur.
 
Qorxmaz Sücəddinovun ilk peşəkar işi bu gün Bakı şəhərinin simvollarından biri sayılan "[[Bəhram Gurun heykəli|Bəhram Gur]]" dekorativ fəvvarəsidir. Son işlərindən biri isə – Azərbaycanın xalq artisti, məşhur "Qaynanaqayınana" [[Nəsibə Zeynalova]]nın qəbirüstü abidəsi və xatirə lövhəsidir. Bunların arasında isə bütöv bir monumental və dəzgah işləri qalereyası yer alır.<ref>[https://novayaepoxa.com/bakinskaya-gorodskaya-skulptura-isto-12/235342/ Бакинская городская скульптура: История создания композиции "Бахрам–Гур"] — Новая Эпоха</ref> Onlar arasındakı dövrdə isə Gəncədə Nizami Gəncəvinin mavzoleyi qarşısında dahi şairin əsərlərinin motivləri üzrə hazırlanmış "Xəmsə" kompozisiyası, Qazaxda "Vidadi və Vaqif" abidəsi, Bakıda [[Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı|Rus Dram Teatrının]] fasadında Səməd Vurğunun portret barelyefi, Zaqulbada "Abşeron" dekorativ kompozisiyası və s. əsərləri qeyd etmək olar.
 
Qorxmaz Sücəddinov həyatı boyu çoxsaylı sərgilərin iştirakçısı olmuş, onun əsərlərindən bəziləri, o cümlədən, bürünc və ağacdan hazırlanmış əsərləri: "Musiqi", "Fikirlər", Füzuli, Xəqani, Dədə Qorqud, Cavad xan və Rixard Zorgenin portretləri ölkədə və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. [[Fayl:Memorial_PhotoMemorial Photo.jpg|thumb|314x314px]]Bu və ya digər səbəblərdən sənətkarın bəzi əsərləri bu günlərə gəlib çatmamışdır. Belə ki, Gəncə şəhərinin girişində duran alüminiumdan hazırlanmış əzəmətli "Qız əlində piyalə" heykəli 1990-cı illərin əvvəllərində yoxa çıxmış, Lenin və Qatır Məmmədin heykəlləri isə ideoloji səbəblərdən sökülmüşdür.
Sovetlər dövründə Qorxmaz Sücəddinov uzun illər ərzində [[Azərbaycan Texniki Universiteti|Bakıda Politexnik İnstitutunun]] Memarlıq fakültəsinin təsviri incəsənət kafedrasında rəsm dərsi demişdir. 90-cı illərdə Türkiyədə, əvvəlcə [[Ərzurum]]da Atatürk Universitetinin Təsviri incəsənət fakültəsində, sonra isə [[Kayseri]]də Erciyes Universitetinin İncəsənət fakültəsində müəllimlik fəaliyyətini davam etdirmiş və burada Rəssamlıq və heykəltaraşlıq kafedrasına rəhbərlik etmişdir. O, Türkiyədə yaşadığı dövr ərzində bu ölkənin görkəmli xadimləri Mustafa Kamal Atatürkün, Memar Sinanın və Yunus Emrenin portret heykəllərini yaratmışdır.